Bağışlana bİlən, bağışlana bİlİnməyən və cəzasız qalmayan zülmlər hansıdır?


Başımıza gələn müsibətlərin bir çoxu nalayiq əməllərimizin nəticəsidir. Ona görə də gərək keçmiş əməllərimiz haqqında bir qədər düşünək və görək ki, başqalarına nə qədər əziyyət vermiş və onların haqlarını nə qədər tapdalamışıq. Onlara zülm etmiş və lənətlərinə məruz qalmışıq. (Tebyan)
Zülm nədir?
Zülm - haqqı naqis etməkdir və ədaləti öz yerinə qoymamaqdır. Ona görə də zülmün əksi ədalətdir. Ədalətin tərifində deyilmişdir ki, ədalət o şeydir ki, öz münasib yerinə qoyular. Zülm isə o şeydir ki, məsələn, əməli, əqidəni öz həqiqi yerinə qoymayasan. İctimai elmdə zülm - qəsb, ictimai hüquqları görməməzliyə vurmaq, insanları nalayiq işlərə vadar etməkdir. Quranın nəzərincə isə zülm bir insanın və ya bir dəstə insanın hüququna təcavüz etməkdir. Bəlkə insan öz nəfsinə də zülm edə bilər. İnsanın həqiqi yoldan azması və fəsada tərəf hərəkət etməsi də zülmdür. “Şübhəsiz, Biz Öz peyğəmbərlərimizi aydın dəlillərlə (məntiq və möcüzə ilə) göndərdik və onlarla birlikdə insanların (dünya həyatında) ədalət və insafa əməl etmələri üçün (səmavi) kitab və (mənaları seçmək, haqq ilə batili bir-birindən ayırd etmək və əşyaları çəkmək üçün) ölçü vasitəsi nazil etdik”. (“Hədid” 25).
İmam Əli (ə) “Nəhcul-bəlağə”də zülmü üç yerə bölmüşdür. Həzrət (ə) buyurur: “Bilin ki, zülm üç cürdür: o zülm ki, heç bir zaman bağışlana bilməz. O zülm ki, cəzasız qalmaz. O zülm ki, ondan əl çəkərlər. Ancaq bağışlanmayan zülm - Allaha şirkdir. Allah buyurur: “Şübhəsiz, Allah Ona şərik qoşulmasını (bu günahı) bağışlamaz”. (“Nisa” 48). Bağışlana bilən zülm o zülmdür ki, bəndə özünə qarşı səğirə günahları etmişdir. Ancaq cəzasız qalmayan zülm o zülmdür ki, bəzi bəndələr bəzilərinə edərlər. Bu məsələdə qisas çox çətindir. Burada qisas bıçaqla yaralamaq və ya şallaqla döymək deyildir. Bəlkə elə şeylərdir ki, bu cəzalar onun yanında kiçik qalar”.
Ən pis zülm - o zülmdür ki, zəif insana edilər. Fərqi yoxdur ki, ailə rabitələrində olsun, ya da ictimai rabitələrdə. Mehriban Allah öz peyğəmbərləri (ə) vasitəsilə bizlərə elə nişanələr tanıtmışdır ki, onun vasitəsilə siratül-müstəqim yolunu və ya yanlış yolu müəyyən etmək olar. İmam Əli (ə) buyurur: “Zalımın üç nişanəsi vardır. Özündən yüksəklərin əmrindən çıxar, özündən alçaqlara qüdrət nümayiş etdirərək zülm edər, zalımların tərəfdarı olar və onlara arxa olar”.
Həzrət Peyğəmbər (s) buyurur: “Küfrlə olan hökumət qalıcıdır, ancaq zülmlə olan hökumət davamlı olmaz”.
İmam Əli (ə) buyurur: “O gün ki, məzlum zalımdan intiqam alar, zalımın ona zülm etdiyi gündən daha çətin olar”.
Başqalarına zülmdən amandan qalmaq üçün çox sayda yollar zikr edilmişdir. O cümlədən, edilən zülmlərin nəticələri haqqında düşünməkdir. Varlıq aləmində belə bir qanun vardır ki, başqalarına edilən hər bir pislik insanın özünə geri qayıdar. Əgər əməl yaxşı olarsa, səmərəsi şirin olar, əgər nalayiq olarsa, ardınca acı nəticələr gətirər. Allahın iradəsi belədir ki, hər kəsi etdiyi əməlin nəticəsinə çatdırar.
Əgər insanlar yəqin etsələr ki, heç bir zülm cavabsız qalmayacaqdır heç kim zülm haqqında düşünməz və başqalarını incitməzlər. /Deyerler.org/


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter