Ölüm anı necə olur?


Quran ayələrinə və hədislərə görə ölüm mömin üçün zindandan bağa köçməkdir. Çətinliklərdən və zəhmətdən rahatlığa və istirahətə çıxmaqdır. Kafirlər və qeyri-möminlər üçün isə bağdan zindana köçmək, rahatlıqdan çətinliyə tərəf getməkdir.
Bəziləri elə bilir ki, Qiyamət günü çox uzaqdadır. Belə ki, Həzrət Adəm (ə), Nuh (ə), İbrahim (ə), Musa (ə) öz millətlərini Qiyamət günü ilə qorxudurdular. Ancaq o əsrdən indiyə qədər minlərlə il keçmişdir. Ancaq Qiyamət hələ də bərpa olmamışdır. Ola bilsin ki, min il sonra hələ Qiyamət olmasın. Yüz min il bir vaxt üçün indidən niyə yaxşı işlər görməliyik? Ya da özümüzü min ildən sonra bərpa olacaq Qiyamətdəki cəzaya niyə hazırlamalıyıq?
Bu təfəkkürdə olan insanlara demək olar ki, tutaq ki, Qiyamət günü min il sonra olacaqdır. Bəs bərzəx aləmi ki, “Kiçik qiyamət” adlandırılır, bizim bir addımlığımızdadır! Bəzən də bir dəqiqə fasilədədir. Məsələn, sağlam bədənə malik bir cavan maşına əyləşir və o, maşınla qəza edir və bərzəx aləminə gedir. Onun bərzəx aləmi ilə fasiləsi bir neçə dəqiqə olmuşdur.
Ona görə də gərək hamımız bunu bilək ki, ola bilsin ki, gündüzü gecə edə bilməyək. Ya da gecəni səhərə çıxmayaq. Bu aləmdən bərzəxə köçək. Bizim ilk məhkəməmiz Nəkir və Münkirin vasitəsilə başlayar. Ondan sonra isə bərzəx aləminin ya neməti, ya da cəzası gələr.
İmam Səccad (ə) buyurur: “Həqiqətən, qəbir - behişt bağlarındandır. Ya da cəhənnəmin quyularından biridir”.
Bir nəfər İmam Sadiqdən (ə) soruşur ki, bərzəx aləmi nədir? İmam (ə) cavab verir: “Bərzəx - həmin qəbir aləmidir. Fasiləsi ölümlə başlayıb Qiyamət günü bərpa olana qədərdir”.
Hamımız bilirik ki, ölüm haqdır. Bütün canlılar bir gün ölümü dadacaqlar. “Hər bir canlı (mütləq) ölümü dadacaqdır”. (“Ali-İmran” 185).
Bir insan bu dünyadan bərzəx aləminə köçən zaman şübhəsiz ki, çətinliklər və əziyyət çəkir. Bu ana ölüm anı deyirlər. “Ölüm bihuşluğu həqiqətən gələr və (başqa aləm barəsində insanın qarşısına) həqiqəti çıxarar. (Və ona deyilər:) Bu, sənin qaçdığın həmin şeydir”. (“Qaf” 19).
Hər bir insan üçün ölüm anı əziyyətlə dolu olur. Belə ki, bir tərəfdən dostlarından, ailəsindən ayrılır, o biri tərəfdən isə ölümdən sonra başına gələcəklərini görür. Bu yolda mühakimə, məhkəmə, əməllərinin nəticəsinə görə nigarançılıq vardır.
İnsan ömür boyu adət etdiyi şeylərdən və insanlardan ayrılır. Həyatın fani olduğunu dadır. Özünü başqa bir dünyaya daxil olan zaman görür. Bu an ayrılığın acı dadını hiss edir.
İmam Əli (ə) buyurur: “Ölüm - təsvir edilə bilməyən və ya tərəzidə çəkilə bilməyən şiddətli çətinliklərlə bir yerdə olar”.
Hədislərdə oxuyuruq ki, hətta İlahi peyğəmbərlər belə baxmayaraq ki, dünyaya heç bir bağlılıqları yox idi, bu andan çox nigaran olardılar. Belə ki, İslam Peyğəmbərinin (s) son ölüm anı haqqında oxuyuruq ki, Həzrət (s) əlini su olan qaba salıb, üzünə çəkərdi. Dilini “Lə iləhə İlləllah” kəlməsi ilə tərpədərdi. Buyurardı: “Ölümün şiddəti və çətinliyi vardır”.
İmam Həsən (ə) ömrünün son anlarında ağlayırdı. Orada olanlardan biri deyir: “Ey Rəsullahın (s) oğlu! Sənin Allah dərgahında məqamın dəyərlidir və 21 dəfə Mədinədən piyada halda Məkkəyə getmisən. Üç dəfə mal-dövlətini yoxsullara bağışlamısan. Yenə də ağlayırsan?”. İmam (ə) cavab verir: “İki mövzu üçün ağlayıram: Qiyamət gününün dəhşətinə və dostlarımdan ayrıldığıma görə”.
“Kaş zalımları ölüm burulğanında olduqları zaman görəydin ki, mələklər də əllərini (onlara tərəf) açıblar (və onların üstünə qışqırırlar) ki: «canlarınızı bədəndən özünüz çıxarın, (yaxud) canlarınızı bizim çəngimizdən qurtarın! (Bərzəx aləminə daxil olmaq günü olan) bu gün Allah barəsində haqsız dediklərinizin və Onun ayə və nişanələrinə (onları qəbul etmək və təslim olmaq müqabilində) təkəbbür göstərməyinizin cəzası olaraq alçaldıcı bir əzabla cəzalandırılacaqsınız”. (“Ənam” 93).
İslami hədislərdən və Quran ayələrindən belə nəticəyə gəlmək olur ki, ölüm mömin üçün istirahət və rahatlığa çıxmaqdır. Ancaq kafir üçün əksinə - əziyyət və əzabdır.
“(Münafiqlərin aldatması) şeytana (onun aldatmasına) bənzəyir. O insana: «Kafir ol!» – dedi və elə ki, (insan) kafir oldu, dedi: «Doğrusu, mən səndən uzağam, həqiqətən, mən aləmlərin Rəbbi olan Allahdan qorxuram!»”. (“Həşr” 16).
Alimlərin bəzisinin nəzərinə görə bu ayə insanın can verdiyi ana işarə edir. Necə insan şeytanla rastlaşır və şeytan çalışır ki, bu son anlarda onu kafir halda aparsınlar. İnsan bu zaman çox zəif olur və şeytan insana yaxınlaşır. Sevdiyi əşlayaları ona göstərir və bu əşyanın yardımı ilə onu küfrə tərəf sürükləyir. Sonra isə ondan qaçır.
Bir nəfər İmam Səccaddan (ə) soruşur: “Ölüm nədir?” İmam (ə) buyurur: “Mömin üçün çirkli və həşəratla dolu bir paltarı çırıb atmaqdır. Ağır zəncirləri və bağları açmaqdır. Və fəxr ediləsi libasları geyinmək və ən xoş ətirli ətirləri vurmaqdır. Kafir üçün isə fəxr ediləsi paltarı çırıb, meyli olan mənzildən köçməkdir. Ən çirkli və kobud paltarı geyinmək, ən dəhşətli mənzil və ən böyük əzabda olmaqdır”.
Allah Təala bizləri xeyir aqibətlilərdən qərar versin.
(Tebyan saytına istinadən) Deyerler.org


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter