Gözəlliyin zəkatı nədir?


Allah qadınla kişini yaradıb ki, varlıqlarında olan fərqlərlə bir-birini tamamlasınlar və bir-birini kamala çatdırmaq üçün yardım etsinlər. İnsan elə bir varlıqdır ki, həm kamala doğru irəliləyə bilər, həm də alçaqlığa doğru süqut edər. (Tebyan)
Həm kişilər və həm də qadınlarda gözəlliyə meyl hissi vardır. Ancaq qadınlarda daha çoxdur, bu da onların zərif ruha malik olmaqlarından irəli gəlir. Bu hiss hər bir qadını xoşbəxt də edə bilər, bədbəxt də.
Bəziləri belə güman edir ki, İslam dini gözəlliklə müxalifdir. Bu İlahi qanunlar insana məhdudiyyət gətirir. İslam dini gözəlliyi qəbul edir və bununla yanaşı gözəlliyin gətirə biləcək zərərlərindən qorunmağın yollarını bizə bəyan edir. İnsan maddi dünyada əldə etdiyi gözəllik hissləri ilə mənəviyyatını inkişaf etdirə bilər və onu bir nemət kimi görüb, Allaha itaət edər. İslam dini bizləri ruhi sağlamlığa dəvət etdiyi kimi zahirimizin də təmiz və səliqəli olmasına bir o qədər diqqət göstərir.
Həzrət Peyğəmbər (s) gözəlliyin gətirə biləcək zərərləri haqqında buyurur: “Gözəllyin bəlası qürurdur”.
İmam Əli (ə) buyurur: “Gözəllyin zəkatı - iffətdir”.
Hədislərdə oxuyuruq ki, Allah gözəlliyi sevər. Misal üçün Həzrət Peyğəmbər (s) buyurur: “Allah Təala gözəldir, gözəlliyi sevər. İstəyər ki, nemətinin təsirini bəndəsində görsün. O, yoxsulluğu düşmən bilər”.
Həzrət (s) başqa yerdə buyurur: “Allah Təala sevir ki, bəndəsi qardaşlarının yanına gedən zaman bəzənmiş halda getsin”.
Beləliklə deyə bilərik ki, İslam dini gözəlliklə müxalif deyildir, əksinə hər bir kəsin zahirinə diqqət etməsinin tərəfdarıdır. Ancaq hər bir şeyin zəkatı olduğu kimi, gözəllyin də zəkatı vardır. Bu da iffətdir. Hər bir gözəl insan iffətini qorumalı və yersiz qürura qapılmamalıdır. Bilməlidir ki, bu gözəlliyi ona Xaliq vermişdir və bu gözəlliyi əldə etmək üçün özünün heç bir səy və zəhməti olmamışdır. İnsan o şey üçün qürurlanar ki. ona əziyyət çəkib, səy edibdir. İnsanın bu dünyada qürurlana biləcəyi şey təqvası və elmi olmalıdır, gözəlliyi deyil.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter