Bütün arzularımızın həyata keçməsİ lazımdırmı?


Biz insanlar istəyirik ki, qəlbimizdən keçən bütün arzularımıza çata bilək və həmçinin hadisələr biz istədiyimiz kimi baş versin. İstəyirik ki, Allah hələ dilə gətirmədiyimiz arzularımızı da belə, yerinə yetirsin. (Tebyan)
Həqiqət budur ki, insanların Allaha olan hacətləri və arzuları müxtəlif olur. Bu da onların mərifət və tanımalarına görə fərqli olur. İnsan o zaman bütün arzularına çatacağını düşünər ki, bu iki şeyə elmi olmaz:
1. Allahı lazım olan şəkildə tanımamışıq.
2. Öz şəxsiyyətimizə qarşı agah deyilik. Bilmirik ki, hansı amillər bizə müvəffəqiyyət qazandırır və hansı amilər bizi naümid edir. Ona görə də arzularımıza nə qədər tez bacarırıqsa, çatmaq istəyirik.

İnsan onu bilmir ki, hər bir məsələ onun gördüyü və ya düşündüyü kimi deyildir. Hər bir məsələdə faydalı və zərərli cəhətlər vardır.
İki qonaq mələk gecəni keçirtmək üçün zəngin bir insanın evinə gəlirlər. Bu ailənin rəftarı xoşagalən deyildi. Bu iki mələyə qonaq otağında yer vermirlər, onları zirzəminə göndərirlər ki, ora da çox soyuq olur. Yaşlı mələk zirzəmində bir deşik görür və onu təmir edir. Cavan mələk ondan bu işi görməyinn səbəbini soruşur. O, belə cavab verir: “Bütün işlər göründüyü kimi deyildir”. Sabahısı gün bu iki mələk yoxsul bir insanın evinə gedirlər və bu kasıb insan çox qonaqsevər idi. Yüngül yemək yedikdən sonra ərlə arvad öz otaqlarını bu iki mələyi verirlər. Sabahısı gün mələklər bu ərlə arvadı ağlayan halda görürlər. Var-yoxları bir inəkləri var idi ki, onun südünü satıb dolanırdılar. Bu inəyi tarlada ölən halda tapırlar. Cavan mələk çox əsəbləşir və qoca mələkdən soruşur: “Niyə bu hadisənin baş verməsinə icazə verdin? Əvvəlki ailənin hər şeyi var idi, ancaq buna baxmayaraq sən onlara yardım etdin. Ancaq bu ailənin heç nəyi yoxdur və sən bu inəyin ölməsinə icazə verdin?”. Qoca mələk cavab verir: “O zaman ki, o zəngin ailənin zirzəminində idik, gördüm ki, divardakı deşikdən qızıl kisə görünür. Onlar həris insanlar olduqları üçün bu qızılı onlardan gizlətdim. Dünən gecə isə yatağa uzanan zaman ölüm mələyi gəldi və yoxsul qadının canını almaq istədi. Mən də qadının yerinə həmin inəyi ona verdim. Bütün məsələlər göründüyü kimi deyildir. Biz bəzən çox gec bu məsələni dərk edirik”.
Quran da bizə bir çox ayələrində açıq şəkildə buyurur ki, insanlar gərək öz istəkləri üçün təkid edərək, talelərini dəyişməsinlər. Çünki elmləri çox məhduddur. Maddi məsələlərdən çox şeyi bilmədikləri kimi, mənəvi məsələlərdən də agah deyildirlər. Bəzi arzular vardır ki, bu dünyada ona fayda gətirməz.
Qadir və Alim Allah insana verdiyi hər bir əmr və göstərişində onu səadət qalasına tərəf yönləndirər. O biri tərəfdən isə bəzi arzularını həyat keçirtmədən insandan ən böyük fəsadları uzaqlaşdırar. “Çox vaxt bir şeyi xoşlamırsınız, halbuki o sizin üçün xeyirlidir və çox vaxt bir şeyi xoşlayırsınız, halbuki o sizin üçün pisdir”. (“Bəqərə” 216).
Beləliklə, deyə bilərik ki, həyatda nailiyyət qazanmış insanlar üçün dua - müvəffəqiyyət qazanmağın ən mühüm amilidir. Bu, o demək deyildir ki, insan bütün maddi və mənəvi arzularına çatmaq üçün davamlı olaraq təkid etsin. Bəlkə o səbəbə görə dua edərlər ki, Alim və Qadir Allahın dərgahında olduqlarını bilirlər. Onlar bilir ki, Allah onların xeyirinə və ziyanına olanların hamısını bilir. Allahdan gələn hər bir şeyi nemət kimi qəbul edərlər. Yerinə yetməyən dualarına görə də şükür edərlər. Çünki bilirlər ki, bu məsələdə nə isə mühüm bir şey gizlənmişdir. Ola bilsin ki, indi onun xeyirinə olmasın. /Deyerler.org/


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter