NAMAZDA FİKRİN YAYINMAMASI ÜÇÜN NƏ ETMƏLİYİK?


Ayətullah Vəhid Xorasani “Nə edək ki, namazda fikrimiz yayınmasın?” sualına cavab verib

Ayətullah Vəhid Xorasanı buyurub:
1. Dəstəmazı diqqətlə almaq. İmam Rzanında (ə) buyurduğu kimi “Dəstəmaz qəlbi paklayar.” (Vəsailuşşiə 1/367)
2. Namaz və onun əzəməti barədə olan hədislər haqqında düşünmək.
3. Namazı sonuncu namaz kimi qılmaq.
4. Üzü qibləyə dayandığı zaman dünya və onun cah-cəlalını unutmaq, qəlbi və ağlı ondan boşaltmaq.
5. Namazın sözlərinə diqqət yetirmək və aram qılmaq.
6. Namazın əvvəlindən sonuna qədər Allahın nəzərinin onda olmasını və onu diqqətlə izlədiyini, bir mələyin ona belə dediyini düşünmək: “Ey namaz qılan şəxs. Əgər kiminlə danışdığını və kimin sənə nəzər etdiyi bilseydin, heç vaxt ondan üz döndərməzdin və yerindən qalxmazdın.”(Kafi 8/5)
7. Namaz əsnasında başının üzərindən asimana qədər Allahın rəhmətinin ona kölgə saldığını bilmək.(Kafi 8/5)
8. Namazda olan müstəhəblərə əməl, məkruhlardan isə çəkinmək.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter