BAĞIŞLAMAĞI NİYƏ ÖYRƏNMƏLİYİK?


Biz insanlar bilməliyik ki, intiqam almaq yerinə başqa bir iş görə bilərik ki, daha müsbət nəticələr gətirər. Bu, bağışlmaq və əfv etməkdir. O zaman ki, qarşı tərəfi bağışlayırsınız, onun kabusundan xilas olursunuz. Həyatınız daha aram və daha sakit olmağa başlayır. O zaman ki, qarşı tərəfi bağışlayırsınız, sizin daxilinizdə müsbət hisslər oyanar. Mühüm deyildir ki, o şəxs sizin bağışlamağınıza layiq olsun, yoxsa yox. Siz mənfi hisslərdən xilas olmağa layiqsiniz - mühüm olan budur.

Bəziləri belə fikirləşir ki, bağışlamaq o deməkdir ki, sən səhv etmisən və haqq qarşı tərəfdədir. Xeyr. Bağışlamaq o deməkdir ki, sizə sancılan tikanı bayıra çıxardırsınız. Bağışlamaq - cisminiz üçün faydalı olduğu kimi, ruhunuz üçün də faydalıdır. Keçmişin yaralarını diri saxlamaq - sağlamlığınız üçün zərərlidir. Hətta sübut edilib ki, keçmiş hadisəni xatırladan kiçik qılğılcım, qəlbdə stress yaratmağa kifayətdir. Əvvəl qəzəb və xəcalət hissi keçirdirsiniz, sonra baş verənləri təhlil etməyə çalışırsınız.

Bağışlamağı öyrənin:
1. Özünüzü mənfi hisslərdən xilas edin. Qəzəb və ya ümidsizlik hisslərinizi dostunuza və ya rəfiqinizə danışın. Sözlərinizə qulaq asılması sizi rahatladar. Bu yolla daxilinizdə olan qəzəb və nifrətdən qurtula bilərsiniz.

2. Sizi incidən insana məktub yazın. Sizi incidən insana olanları və nə hiss etdiyinizi artırmadan yazın. Sonra bu məktubu həmin şəxsə çatdırmağa çalışın. Yaxşı olar ki, həmin insana bu məktub haqqında danışasınız. Aranızda olan anlaşılmamazlıqlara görə narahat olduğunuzu bəyan edin. Əgər bu, mümkün deyilsə, yazdığınız məktubu axar suya atın.

3. Mübarizə aparmaq şərt deyildir. Bağışladığınız insan ola bilsin ki, heç bir zaman sizə zülm etdiyini dərk etməsin. Ya da özünü haqlı hesab etsin. Buna baxmayaraq, siz yenə də həmin insanı bağışlamağa çalışın. Çünki mühüm olanı budur ki, qəzəbiniz yatsın.

4. İbadət və təfəkkürü unutmayın. Bunu bilin ki, qəlblər Allahı zikr edərək rahatlaşar və qəzəbdən və stressdən uzaq olar. Ona görə də ibadəti və Allah haqqında təfəkkürü unutmayın.

5. Bağışlamaq - unutmaq demək deyildir. Bağışlamaq o deməkdir ki, baş verən hadisələrdən ibrət alaq. Bu təcrübə bizə öyrədir ki, bir daha nə özümüzü və nə də başqalarını qurban etməyək. Bağışlamaq daxili aramlıq gətirər. Çünki bu zaman həyat yolumuz hamar olar.
/Deyerler.org/


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter