QURANİ-KƏRİMİN BƏŞƏRİN HƏYATINDAKI ROLU NƏDİR?


Qur\'an dəlil və sübutlarla bütün insan qruplarına müraciət edərək, onları İslama də\'vət edir və öz müraciətini heç bir zaman onların ərəb olması ilə məhdudlaşdırmır
\"Onlar Qur\'an barəsində (onun Allah kəlamı olması haqqında) düşünməzlərmi? Əgər o, Allahdan qeyrisi tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət (ixtilaf, uyğunsuzluq) tapardılar\" («Əl-Nisa», 82-ci ayə).

1. Qur\'ani-Kərim bütün dünya xalqlarının kitabıdır.
2. Qur\'ani-Kərim kamil bir kitabdır.
3. Qur\'ani-Kərim əbədi bir kitabdır.

Qur\'ani-Kərim bütün dünya xalqlarının kitabıdır

Qur\'ani-Kərim əhatə etdiyi mövzular baxımından ərəblər kimi yalnız bir millətə yaxud müsəlmanlar kimi yalnız bir qrup insana aid deyil. Əksinə, Qur\'an müsəlmanlara müraciət etdiyi kimi, qeyri-müsəlmanlarla da söhbət edir. Belə ki, Qur\'ani-Kərimin bir çox ayələrində müşriklərə, kitab əhlinə, nəsranilərə (məsihilərə) yəhudi və bəni-israillilərə qarşı çıxaraq onları haqqa doğru səsləyir. Qeyd etmək lazımdır ki, Qur\'an dəlil və sübutlarla adlarını çəkdiyimiz qruplara müraciət edərək, onları İslama də\'vət edir və öz müraciətini heç bir zaman onların ərəb olması ilə məhdudlaşdırmır. Məsələn, Qur\'ani-Kərim bütpərəstlər haqqında buyurur: \"Əgər tövbə etsələr, namaz qılıb zəkat versələr, onlar sizin din qardaşlarınızdır. Biz ayələrimizi anlayıb-bilən bir tayfa üçün belə ətraflı izah edirik\" («ət-Tövbə», 11).
Yenə də Qur\'an kitab əhli barədə buyurur: \"(Ya Mühəmməd) Söylə: \"Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan (fərqi olmayan) bir kəlməyə tərəf gəlin! (O kəlmə budur:) Allahdan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq və Allahı qoyub, bir-birimizi (özümüzə) Rəbb qəbul etməyək !\" («Ali-İmran», 64-cü ayə).
Ayələri nəzərdən keçirdikdə görürük ki, Qur\'an «Əgər ərəb müşrikləri tövbə etsələr» -buyurmayıb. Həmçinin, «Ey ərəb millətindən olan kitab əhli» də deyə buyurmayıb.
Düzdür, İslamın yarandığı ilk dövrlərdə, yə\'ni, İslama də\'vətin Ərəbistan yarımadasının hüdudlarından kənara çıxmadığı bir dövrdə, təbii ki, Qur\'an müraciətləri yalnız ərəb millətinə yetişirdi. Lakin hicrətin 6-cı ilindən e\'tibarən, artıq İslam Ərəbistan yarımadasından kənarda təbliğ olunmağa başlandıqda, onun yalnız ərəblərə məxsusluğunu iddia etmək üçün heç bir əsas yoxdur. İslama də\'vətin ümumi olduğunu Qur\'ani-Kərimin ayələri də sübut edir. Məsələn: \"Bu Qur\'an mənə sizi və ona (gələcəkdə) yetişəcək kimsələri (Qiyamətə qədər) xəbərdarlıq edib, qorxutmağım üçün vəhy olundu.\" («əl-Ən\'am», 19-cu ayə).
\"Halbuki, bu (Qur\'an) aləmlərə (insanlara və cinlərə) ancaq bir öyüd-nəsihətdir!\" («Sad», 87-ci ayə).
«Həqiqətən, bu ayə insanları qorxudan ən böyük ayələrdən biridir». («əl-Müddəssir», 36-cı ayə).
Tarixi qaynaqları araşdırdıqda da görürük ki, İslam bütpərəst, yəhudi, nəsrani kimi müxtəlif məzhəblərin nümayəndələri, həmçinin, Salman Farsi, rumlu Səhib və həbəş Bilal kimi müxtəlif millətlərin nümayəndələri vasitəsilə təbliğ edilmişdir.

Qur\'ani-Kərim kamil bir kitabdır

Qur\'ani-Kərim insaniyyətin kamil hədəfini əhatə etməklə yanaşı, onu ən düzgün və ən mükəmməl metodlarla izah edir. Çünki, həqiqəti görüb onu sevməklə əsası qoyulmuş insaniyyət hədəfi düzgün dünyagörüşünə malik olmaq, bu dünyagörüşünə münasib olan, habelə, onun ayrılmaz hissəsinə çevrilmiş əməli və əxlaqi keyfiyyətlərdən istifadə etməkdir. Qur\'ani-Kərim toxunduğumuz bu məsələni ətraflı şəkildə şərh edərək buyurur: \"Onlar dedilər: \"Ey qövmümüz! Biz Musadan sonra nazil edilmiş, özündən əvvəlkiləri (Tövratı, İncili, Zəburu və səhifələri) təsdiq edən, (Allahın bəndələrini) haqqa və düz yola (İslam dininə) yönəldən bir kitab dinlədik!\" («əl-Əhqaf», 30).
Digər mübarək ayədə buyrulur: \"(Ya Mühəmməd!) Biz (Qur\'anı) sənə haqq olaraq, özündən əvvəlki kitabı (bütün İlahi kitabları) təsdiq edən və onu qoruyan (və ya onların doğruluğuna şahid) kimi endirdik\" («əl-Maidə», 48-ci ayə).
Qur\'an keçmiş peyğəmbərlərin şəriətini əhatə etməsi haqda belə buyurur: \"(Ya Peyğəmbər) Allah: \"Dinini doğru tutun (qoruyub saxlayın) onda ayrılığa düşməyin!\"- deyə, Nuha tövsiyə etdiyini, sənə vəhy buyurduğunu, İbrahimə, Musaya və İsaya tövsiyə etdiyini dində sizin üçün də qanun etdi\" (əş-Şura-13-cü ayə).
Başqa bir ayədə isə Qur\'an ümumi surətdə buyurur: \"Biz Qur\'anı sənə hər şeyi (dini hökmləri, halal-haramı, günahı və savabı) izah etmək üçün nazil etdik!\" («ən-Nəhl», 89-cu ayə).
Qeyd olunmuş ayələr bir daha isbat edir ki, həqiqətən, Qur\'an bütün səmavi kitabların əhatə etdiyi mövzulara şamil olmaqla yanaşı, bəşər övladının səadət və xoşbəxtlik yolunu keçməsi üçün ona lazım olan bütün əməli və əqidəvi prinsipləri tam mə\'nası ilə əhatə edir.

Qur\'ani-Kərim əbədi bir kitabdır
Keçən fəsildə danışdıqlarımız bunu sübut etmək üçün kifayətdir. Çünki, hər hansı mövzuya və ya məqsədə nisbətən, mütləq şəkildə daha üstün və kamil hesab olunan bəyanın düzgünlüyü zamanla məhdudlaşmır. Bunu nəzərə alaraq qeyd etmək lazımdır ki, Qur\'ani-Kərim öz bəyanının kamil olduğunu buyurur.
Belə ki, Allah Təala «ət-Tariq» surəsinin 13-14-cü ayələrində buyurur: \"Bu (Qur\'an haqla nahaqqı) ayırd edən kəlamdır! O, oyun-oyuncaq (əyləncə) deyildir!\"
Qeyd etmək lazımdır ki, e\'tiqad prinsiplərini özündə birləşdirən əqidə inamı tam bir həqiqətdir. Əxlaqi normalara və əməli qanunlara gəldikdə isə, bütün bunlar bu dəyişməz həqiqətlərin məhsulu kimi ortaya çıxır. Həqiqətlər üzərində zaman heç bir tə\'sirə malik deyil. Onlar heç vaxt batil olmur, başqası ilə əvəz edilmir. Allah Təala buyurur: \"Biz (Qur\'anı) haqq olaraq nazil etdik, o da haqq olaraq (heç bir dəyişikliyə uğramadan) nazil oldu\" («əl-İsra», 105-ci ayə).
Başqa bir ayədə buyrulur: \"Artıq haqdan sonra zəlalətdən başqa nə qalır?!\" («Yunus», 32-ci ayə).
\"O (Qur\'an), şübhəsiz ki, çox dəyərli (qiymətli) bir kitabdır. Nə öncə, nə də sonra batil ona yol tapa bilməz\" («Fusulət», 41-42-ci ayələr).
Qur\'an hökmlərinin əbədiliyi haqda çoxsaylı tədqiqatlar aparılmışdır. Bu haqda ətraflı danışırıq, mövzudan kənar olduğuna görə bununla kifayətlənirik.
Qur\'ani-Kərim öz dəlalətində müstəqildir. Kəlamın bir növü olan Qur\'ani-Kərim sair adi kəlamlar kimi müstəqil mə\'nanı ifadə edir və öz mə\'nasını ifadə etməkdə naqis deyil. Qur\'anın hərfi tərcümədən anlaşılan mə\'nanı deyil, başqa bir mə\'nanı ifadə etməsi haqda isə heç bir sübut yoxdur. Bu onunla izah olunur ki, ərəb leksikologiyası ilə yaxından tanış olan hər bir şəxs Qur\'an ayələrinin mə\'nasını tam aydınlığı ilə başa düşür. Həmçinin, Qur\'anda bir çox ayələrə rast gəlirik ki, burada insanlara \"Əgər, Qur\'anın Allah kəlamı olmasına inanmırsınızsa, onda buna bənzər bir kəlam gətirin!\"-deyə, müraciət olunur. Aydındır ki, insanlarla ünsiyyətdə olmaq, müraciət etmək o zaman məntiqə uyğun sayılır ki, bu danışıq onların başa düşdüyü tərzdə aparılsın. Bundan başqa Allah Təala «Muhəmməd» surəsinin 24-cü ayəsində buyurur: \"Onlar Qur\'an barəsində düşünməzlərmi? Yoxsa ürəklərinə kilid vurulmuşdur?\".
Həmçinin, buyurur: \"Onlar Qur\'an barəsində (onun Allah kəlamı olması haqqında) düşünməzlərmi? Əgər o, Allahdan qeyrisi tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət (ixtilaf, uyğunsuzluq) tapardılar\" («Əl-Nisa», 82-ci ayə).
Bu ayələrdə Qur\'an insanları onda düşünməyə səsləyir və ilk baxışdan insana ixtilaflı görünən ayələr üzərindəki şübhə bu düşünmə vasitəsilə aradan qalxır. Mə\'lum məsələdir ki, əgər ayələr öz mə\'nalarını aydın şəkildə ifadə etməsəydi, onlar üzərində düşünərək qarışıq nəzərə çarpan məsələlərin bu vasitə ilə həll olunmasının mümkünlüyü fikri də qeyri-məntiqi olardı.
Qur\'an ayələrini düzgün başa düşmək üçün \"Peyğəmbərin (s) və Əhli-beytin (ə) izahına müraciət olunmalıdır\"-fikrindən başqa, Qur\'anın zahiri mə\'nasının hüccət olmaması haqda heç bir dəlil yoxdur. Lakin bu fikri düzgün hesab etmək olmaz. Çünki Peyğəmbərin (s) və Əhli-beytin (ə) izahının hüccət olmasını Qur\'an vasitəsilə əsaslandırmaq lazımdır. Buna görə də Qur\'anın mə\'nasını, hüccət olmasını yalnız onların izahına aid etmək düzgün deyil. Əksinə, nübüvvəti, İmaməti sübut etmək üçün nübüvvətin sənədi olan Qur\'andan istifadə etmək lazımdır. Lakin bu o demək deyil ki, Peyğəmbər (s) və Əhli-beyt (ə) Qur\'anın zahiri mə\'nasından anlaşılmayan bir sıra şər\'i qanunlara aid olan cüz\'i məsələləri izah etməkdə mə\'sul deyillər. Bunu sübut edən bir neçə ayəni nəzərdən keçirək.
\"Sənə də Qur\'anı nazil etdik ki, insanlara, onlara göndəriləni (hökmləri, halal-haramı) izah edəsən və bəlkə, onlar da düşünüb dərk edələr!\" («ən-Nəhl», 44-cü ayə).
\"Peyğəmbər sizə nə verərsə, onu götürün; nəyi qadağan edərsə, ondan əl çəkin\" («əl-Həşr», 7-ci ayə).
\"Biz hər bir peyğəmbəri, ancaq ona Allahın iznilə itaət olunsun deyə, göndərdik\" («ən-Nisa»,64-cü ayə).
«(Əksəriyyəti yazıb-oxumaq bilməyən) ümmi ərəblərə özlərindən peyğəmbər göndərən Odur. Əvvəllər haqq yolundan açıq-aşkar azsalar da onlar (Allahın) ayələrini oxuyar, (bu Peyğəmbər) onları (günahlardan, şirk və küfr çirkabından) təmizləyir, onlara kitabı və hikməti (Qur\'anı və şəriəti) ayələri öyrədir». («əl-Cumə», 2-ci ayə).
Qeyd olunmuş ayələr bir daha sübut edir ki, Rəsuli-Əkrəm (s) Qur\'anın Allah tərəfindən göndərilmiş İlahi müəllimidir. Peyğəmbər (s) də öz növbəsində, mütəvatir yolla nəql olunmuş \"Səqəleyn\" hədisində Əhli-beytin (ə) onun canişini olduğunu qeyd edir. Yə\'ni, Peyğəmbərdən (s) sonra Qur\'anın mə\'na dərinliklərinə baş vurmaq, dəqiq izahlar vermək adi şəxslərə deyil, yalnız mə\'sum İmamlara (ə) xas olan bir xüsusiyyətdir. Lakin bununla yanaşı, xüsusi tə\'lim almış hər bir şəxs ayələrin zahiri mə\'nasını anlamaq imakanına malikdir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter