Təqvanı təşkil edən ünsürlər nələrdir?


Təqva
Allah-taala təqva barəsində buyurur: “...Allah yanında ən hörmətli olanınınz Allahdan ən çox qorxanınızdır.”
Hucurat 13
“Təqva” [insanın] Allahın qəzəbindən və dərgahından uzaq düşmək qorxusu vasitəsilə günahlardan çəkinməsi mənasındadır. Necə ki, sağalmaq istəyən xəstə onun səhhətinə zərərli və xəstəliyini artıracaq şeylərdən çəkinməlidir ki, müalicəsi baş tutsun və [müsbət] nəticə versin. Kamal tələbində olan insanlar da kamalla tərs gələn və ya kamalın əldə edilməsinə əngəl törədən və ya saliki kamal yolundan saxlayan şeylərdən çəkinməlidirlər ki, bu yolda müsbət nəticə əldə edə bilsinlər.” Kim Allahdan qorxsa, Allah ona (hər çətinlikdən) bir çıxış yolu əta edər və ona gözləmədiyi yerdən ruzi verər.”
Təlaq 2,3

Təqvanı təşkil edən ünsürlər
Həqiqətdə təqva üç şeydən təşkil olunmuşdur:
1. Xof;
2. Günahdan çəkinmək;
3. Allaha yaxınlaşmaq tələbi;
Bunların hər birinin şərhi bu risalədə yeri gəldikcə dolğun şərh ediləcəkdir. Qur`an və hədislərdə təqvaya geniş yer verilmişdir və müttəqilər haqqında çoxlu söz söylənilmişdir. Biz bu yığcam risalədə onların hamısını yad etmək iqtidarında deyilik. Təqvanın son hədəfi Allah-Taalaya məhəbbətdir.
“Xeyr (elə deyildir.) hər kəs öz əhdinə vəfa etsə və pis əməllərdən çəkinsə, şübhəsiz ki, Allah (belə) müttəqiləri sevər.”
Ali İmran 76


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter