KAFİRLƏR HANSI XÜSUSİYYƏTƏ MALİKDİRLƏR?


Münafiqlərin və möminlərin malik olduqları xüsusiyyətləri nəzərə alsaq, kafirlərin fərdi və ictimai xüsusiyyətləri məlum olar. Quran ayələrində işarə olunan bu xüsusiyyətlərin bəziləri ni qeyd etməyi münasib görürük:
1-Dinin qarşısını almaq üçün mal-dövlət xərcləmək.
Həqiqətən, kafirlər öz mallarını (Bədr, Ühüd və digər müharibələrdə olduğu kimi insanları) Allahın yolundan saxlamaq üçün xərcləyirlər. Tezliklə hamısını xərcləyəcəklər, (amma bu) sonra onlar üçün bir həsrət (dağı) olacaqdır və daha sonra məğlub olacaqlar. Kafirlər (Qiyamət günü öz qəbirlərindən) Cəhənnəmə doğru toplanacaqlar.
Ənfal (36)

2-İlahi nişanələrə istehza.
(Allah) həmişə (dünyanın müxtəlif yerlərində və sizin özünüzdə) Öz (tovhid və əzəmət) nişanələrini sizə göstərir. Belə isə Allahın ayələrinin hansı birini inkar edirsiniz?!
Gafir 81

3-Batil bir işə görə boş-boşuna mübahisə etmək.
Biz peyğəmbərlərimizi yalnız müjdə verən və qorxudan olaraq göndəririk (çünki, hökmlərin icrası İmamın vəzifələrindən, mükafat və cəza vermək isə Allahın işlərindəndir). Küfr edən kəslər, vasitəsi ilə haqqı yox etmək üçün batil yerə mübahisə edirlər (qeyri-məntiqi tələblər irəli sürür, Qiyamətin nə vaxt olacağından, Əshabi-Kəhfin sayı və ruhun həqiqəti barəsində suallar soruşurlar ki, şəkk-şübhə yaradaraq Qur’anı və peyğəmbərlik möcüzələrini aradan aparsınlar). Və onlar Mənim ayə və nişanələrimi, həmçinin qorxudulduqları şeyi ələ salırlar.
Kəhf 56

4-Haqqı tapdamaq.

5-Qurana iman gətirməmək.
Və kafir olanlar dedilər: «Əsla bu Qur’ana və ondan öncə olana (səmavi kitablara) iman gətirmərik». Və əgər zalımları Rəbbi qarşısında (hüzurunda) ayaq üstə saxlanılıb bir-birləri ilə danışan halda görsəydin (çox təəccüblənərdin). Zəiflədilənlər təkəbbürlülərə deyərlər: «Əgər siz olmasaydınız, biz mütləq mömin olardıq».
Səba 31

6-İlahi əmrlərdən üz çevirmək.
Biz göyləri, yeri və onların arasında olanları yalnız haqq olaraq (uca və ağılın qəbul etdiyi bir hədəf üçün) və müəyyən müddətədək (varlıq aləminin quruluşunun pozulacağı Qiyamət gününədək) yaratmışıq. Küfr edənlər qorxudulduqları şeydən üz döndərirlər.
Əhqaf 3

7-Yersiz etirazlar.

8-Həzrət Peyğəmbərə (s) istehza etmək.

9-Nəfsani istəklərə uymaq.

10-Əqlə tabe olmamaq.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter