Leylətül-cəvayİzİ HANSI GECƏLƏRDİR VƏ ONLARInecə keçİrməliYİK?


Hədislərə əsasən Fitr bayramının gecəsi Qədr gecələri kimi beş gecələrdən biridir ki, Allah Təala onları seçmişdir.
Həzrət Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq: “(Allahın) gecələri arasında seçdiyi gecələr: cümə gecəsi, Şəban ayının 15-i gecəsi, Qədr gecəsi, Fitr və Qurban bayramlarının gecələridir”. Bu imtiyaz ancaq bu gecəyə aid deyildir. Onun gündüzü də gecəsi kimi fəzilətlidir.
Həzrət Peyğəmbər (s) davam edərək, buyurmuşdur: “Onun gündüzləri arasından seçdiyi günlər: cümə günləri və bayram günləridir”.
Şübhəsiz ki, bu hədislərdə işlənən seçmək sözü xüsusi İlahi feyzin nazil olmasıdır. Bu əyyamda daha çox ibadət və isteğfar etməklə özümüzü bu xoş rəhmət mehinə tərəf çevirmiş olarıq. Əgər bu gecəni oyaq qalsaq, ibadət etsək - daha fəzilətli olar. İmam Rzadan (ə) nəql edilir: “Əmirəl-möminin (ə) üç gecəni yatmazdı. Ramazan ayının 23-cü gecəsi, Fitr bayramının gecəsi və Nimeyi-şəban gecəsi”. Həzrət (ə) özü bu haqda belə buyurur: “Əgər Fitr bayramı və Qurban bayramı gecələrini saxlaya bilsən, belə et. Bu gecələrdə çoxlu dua et, namaz qıl və Quran
tilavət et”.
Bu gecənin fəzilətini Məsumlardan (ə) gələn hədislərdə daha aydın görmək olur. Həzrət Peyğəmbər (s) buyurur: “O zaman ki, Ramazan ayının ilk gecəsi gəlib çatar, Allah yaratdıqlarına (inayətlə) baxar. O zaman ki, Allah bəndəsinə (inayətlə) baxar, heç bir zaman ona əzab verməz. Allah (bu ayın) hər gündüzü və gecəsi minlərlə insanı atəşdən azad edər. O zaman ki, ay 29-cu gecəyə çatar, Allah o gecə həmin ay boyunca azad etdiklərinin sayı qədər insanı atəşdən azad edər. O zaman ki, bayram gecəsi olur, sabahkı bayrama hazırlaşan mələklərinə vəhy edər: \"Ey
mələklər qrupu! İşini kamil şəkildə görən işçinin mükafatı nədir?” Mələklər cavab verərlər: “Mükafatı kamil şəkildə verilər”. Allah Təala buyurar: “Mən sizi şahid tuturam ki, onları bağışladım”.
Başqa bir hədisdə Həzrət Peyğəmbər (s) buyurur: “Fitr bayramı gecəsinə ki, leylətul-cəvayiz deyirlər, Allah əməl edənlərin müzdünü hesabsız verər. Fitr bayramının səhərisi Allah mələklərini bütün şəhərlərə göndərər, onlar yerə enərlər. Yolların üzərində dayanıb deyərlər: “Ey Muhəmmədin (s) ümməti! Kərim Pərvərdigarınıza tərəf bayıra çıxın ki, çoxlu mükafat
verir və böyük günahları bağışlayır. İnsanlar namazxanada toplaşan zaman Allah mələklərə buyurar: “Mənim mələklərim! İşini görən işçinin müzdü nədir?” Mələklər deyərlər: “Ey bizim Məbudumuz və Sərvərimiz! Onun mükafatı odur ki, müzdü kamil verilmiş olsun”. Allah buyurur: “Siz mələklərimi şahid tuturam ki, Mən Ramazan ayında oruc tutmalarının və namaz qılmalarının mükafatı olaraq, Öz rizayətim və bağışlanmamı qərar verdim”. Sonra buyurar: “Ey Mənim bəndələrim! Məndən istəyin! İzzət və cəlalıma and olsun ki, bu gün bu cəmdə olanlar dünyanız üçün bir şey istəsəniz sizə verərəm. İzzətimə and olsun ki, o zamana qədər ki, Məni
özünüzə nəzarət edən kimi bilsəniz, eyblərinizi gizlədərəm. İzzətimə and olsun ki, sizə pənah verərəm, sizi cavidan səhabələr qarşısında rüsvay etmərəm. Qayıdın ki, bağışlanmışsınız, Məni razı etdiniz, Mən də sizdən razıyam”.
Fitr gecəsinin başqa bir fəzilətlərindən biri də odur ki, o gecə Cəbrayil (ə) öz halal ruzisi ilə iftar verən insanların əlini sıxar.
Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim Ramazan ayında halal gəlirindən oruc tutanlara iftar veribsə, bu ayın bütün gecələrində mələklər ona salam göndərərlər. Və Fitr bayramı gecəsində Cəbrayil (ə) ona əl verəcəkdir. Hər kim Cəbrayilə (ə) əl verər, göz yaşları çox və qəlbi yumşaq olar”. Bir kişi sual verir: “Ey Allahın Peyğəmbəri (s)! Əgər kiminsə o qədər pulu yoxdursa?” Buyurur: “Bir tikə çörək”. Soruşur: “Əgər o, da yoxdursa?” Buyurur: “Bir ovuc yemək”. Soruşur: “Əgər o, da olmasa?” Buyurur: “Bir qurtum süd”. Soruşur: “Əgər o da olmasa?”. Buyurur: “Bir qurtum su””.
Bu hədislərdən görmək olur ki, Fitr bayramının həm gündüzünün və həm də gecəsinin əhəmiyyəti böyükdür. O zaman Allahın rəhmət yağışı əhatəli şəkildə nazil olar, bütün susuzlarını feyzindən bəhrələndirər.
Bu zaman məhdud olduğu üçün onun hər anından bəhrələnmək tövsiyə edilmişdir. Bu gecə və gündüzdə namaz qılmaq, dua etmək və çoxlu Quran oxumaq məsləhət görülür.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter