İsrafın nİşanəsİ nədİr?


Həzrət Peyğəmbər (s) buyurur: “İsrafın nişanəsi dörd şeydir: batil işlərlə öyünmək, halına uyğun olmayan şeyləri yemək, xeyir işlərdə rəğbətsizlik, ona fayda verməyən hər kəsi inkar etmək”.
İmam Əli (ə) buyurur: “Hər kimin sərvəti varsa, gərək onu məhv etməsin. Onu yersiz yerə xərcləmək israfdır. Bu iş onu insanların arasında məşhur edər. Ancaq Allah yanında dəyərsiz edər”.
Həzrət (ə) başqa yerdə buyurur: “İsrafı tərk et və mötədil ol. Bu gün sabahı düşün. Malından zəruri miqdarda saxla və artığını ehtiyac günün (qiyamət) üçün göndər”.
İmam Səccad (ə) duada buyurur: “Məni həddimi aşmaqdan saxla, ruzimi tələf olmaqdan saxla. Malik olduqlarıma bərəkət verərək, artır, onu xeyr işlərdə istifadə etmək üçün mənə yol göstər”.
İmam Sadiq (ə) buyurur: “O şey ki, bədəni sağlam saxlayır, israf deyildir. Bəlkə israf o şeydir ki, malı tələf edər və bədənə ziyan vurar”.
İshaq ibni Əmar İmam Sadiqdən (ə) soruşur: “Möminin on köynəyi ola bilərmi?”. Həzrət (ə) buyurur: “Bəli”. Soruşur: “İyirmi köynəyi necə?” Buyurur: “Bəli, bunlar israf deyildir. İsraf odur ki, bayır və qonaqlıq paltarını ev paltarı qərar verəsən”.
Ayətullah Seyyid Məhmud Şahrəvərdi haqqında yazırlar: “Bu mərcəyi-təqlid mərcə seçilməmişdən əvvəl və sonra da kirayə evdə yaşamışdır. Ona əlaqəsi olanlar 5 min dinar verirlər ki, bu pulla ev alsın. Mərcə soruşur: “Bu pul mənimdir?” Deyirlər: “Bəli”. Elə həmin məclisdə üzünü oğlu Seyyid Əliyə tutub deyir: “Bu pulu İraq dinarına çevirin və Nəcəf, Kərbəla və Samirra hövzələrinin zəruri ehtiyacları üçün göndərin”. Orada toplaşan insanlar bir il sonra pul toplayır və mənzil alıb, mərcənin adına sənədləşdirirlər. Onu bu mənzilə köçməyə məcbur edirlər.

\\Həvzəh/


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter