“Allahdan başqa hər şey məhvə məhkumdur” ayəsİnİn məfhumu nədİr?


Cavab: Nəzərə almalıyıq ki, ayədə “həlak” kəlməsi işlədilmişdir. Həlak olmaq isə məhv olmaq, fəna olmaq deyil. İnsanın nəinki ruhu, həm də cismi tamamilə məhv olmur. Çürüyüb torpağa qarışan insan cismi qiyamət günü yenidən əvvəlki vəziyyətinə qayıdır.
Demək, insanın nə ruhu, nə də cismi tamamilə məhv olub getmir. Ayədəki “həlak” kəlməsi parçalanma mənasında da işlənə bilər. Əgər insanın ruhu ilə cismi arasındakı əlaqə qırılırsa, onun haqqında “həlak oldu” demək olar. Amma bu o demək deyil ki, insan tamamilə fani olur.
Məsələni aydınlaşdırmaqdan ötrü başqa ayələrə nəzər salaq: “Əvvəlki Ad qövmünü o həlak etdi. Səmud qövmünü də; onlardan kimsə qalmadı; Nuh qövmünü isə onlardan da qabaq; Şübhəsiz ki, Ad, Səmud və Nuh qövmünün həlak edilməsi onların öldürülməsinə işarədir. Ona görə də haqqında danışılan ayəni “fani olmaq” mənasında yox, “parçalanıb dağılmaq” mənasında başa düşməliyik. Bəli, doğrudan da, yalnız Allahın pak zatı istənilən bir viranəlikdən uzaqdır.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter