Kərbəla torpağının neçə dərəcəsİ var?


Kərbəla torpağının beş dərəcəsi vardır. Birinci dərəcəsi su və torpaqdandır. Başqa torpaqlara bənzəyir ki, orada ağaclar və bitkilər vardır və əkinçilik edili
İkinci dərəcəsi feyz və rəhmətdir. Bu yerin türbətinin çox böyük fəziləti vardır və bütün aləm onun bu feyzindən bərhələnə bilərlər. Bu yerin türbəti başqa İmamların (ə) hərəmlərinin torpağından daha fəzilətlidir. Çünki onda elə xüsusiyyətlər vardır ki, Peyğəmbər (s) və başqa İmamların (ə) hərəminin türbətində bu, yoxdur.
Üçüncü dərəcə odur ki, Kərbəla qəm və qüssə yeridir. Allah dərgahına yaxın olan hər bir şəxs - peyğəmbərlər, övliyalar, möminlər bura yaxınlaşan zaman qəmgin olublar. İmam Sadiq (ə) bu yerin zəvvarı haqqında belə buyurur: “Zəvvar gərək susuz, ac, torpağa batmış və ağlar olsun”.
Dördüncü dərəcə budur ki, Kərbəla - cənnət nemətidir. Allah bütün behişti Kərbəlada dəfn olunanların və əba altında olan beş nəfərin nuru ilə yaratmışdır. İmam Sadiq (ə) bu hərəmi tərk edənlər haqqında buyurub: “Hər kim İmam Hüseyn (ə) ziyarətini tərk edər, xəyal edər ki, bizim davamçılarımızdandır, o, bizdən deyildir. Əgər behiştdə də daxil olsa, behişt əhlinin qonağı olar (ev sahibi olmaz)”.
Həzrət Peyğəmbər (s) buyurur: “Həqiqətən Hüseyndən (ə) behiştin iyini hiss edirəm”. Ona görə də behişt istəyənlər ilk növbədə Kərbəla qapısından keçməlidir ki, bu da o Həzrətə (ə) əza saxlamaq və o Həzrətə (ə) yaxınlaşmaqdır.
Beşinci dərəcə Rizvanallahdır. Bu, elə bir yerdir ki, bütün nemətlərin və feyzlərin ən alisi yerləşir. Kərbəla türbətinin nuru vardır ki, bütün nurlardan üstündür. Bu türbət behiştdə bütün peyğəmbərləri, övliyaları nurlandıracaqdır. Bu torpaq deyər: “Mən Allahın həmin pak torpağıyam. Pak etiqadla dəfn olunanlar hesab vermədən behiştə daxil olar və hüsnü məlabda sakin olarlar”. Yəni bu torpaqda pak əqidə ilə vəfat edən hər bir kəs behiştə daxil olar.
Həzrət Peyğəmbər (s) buyurur: “Ey Cabir! Hüseyni (ə) Kərbəlada ziyarət et, Kərbəlanın hər hissəsi behiştin parçasıdır”. Allah Cabirə uzun ömür verir və o, İmam Hüseynin (ə) qəbrini ziyarət edir.
Belə nəql edirlər ki, bir gün Peyğəmbər (s) Aişənin evində idi, Hüseyn (ə) gəlir. Aişə ona mane olmaq istəyir, Peyğəmbər (s) Hüseynin (ə) şəhadətini, məqamını danışır və buyurur: “Hüseyn (ə) Kərbəla torpağında öldürülüb, dəfn ediləcəkdir. Hər kim onu ziyarət edərsə, mənim bir həcc və bir ümrə savabım ona verilər. Aişə təəcüb edib deyir: “Sizin həcc və ümrə savabınız?” Buyurur: “Bəli iki həcc və iki ümrə savabım”.
Beləliklə, bu rəqəm 90-ə qədər gedib çıxır. Əlbəttə bu rəqəm zəvvarın məhəbbətindən, mərifətindən də asılıdır. Hansı sevgi ilə İmam Hüseyn (ə) hərəminə üz çevirdiyindən asıldır.
Əgər sizlərdən günahına görə çox qorxanı varsa, bilmirsiniz ki, tövbəniz qəbul olub, yoxsa yox, Peyğəmbər (s) vədə vermişdir ki, Hüseyn (ə) zəvvarını və əzadarını tək qoymayacaqdır. Məhşər səhrasında hər kəs özü ilə məşğul olacaqdır. Bir dəstə isə İmam Hüseynin (ə) ətrafında rəhmət ərşinin kölgəsində olacaqdır. Onlar İmam Hüseyn (ə) məclisindən o qədər ləzzət alarlar ki, hurilər onları behiştdə gözlədiklərini söyləyəndə deyərlər: “Biz İmam Hüseyn (ə) məclisinin ləzzətini sizinlə söhbətdən üstün tuturuq”.
Şeyx Şuştərinin sözləri ilə desək, əgər bizim o məclisdə iştirak etmək üçün məqamımız olmasa, belə ümid edirik ki, cəhənnəmin çalasında və zülmətli yerlərində olmayacağıq. Çünki Həzrət Peyğəmbər (s) bizə nicat verəcəkdir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter