Əqİq üzüyü taxmaq nİyə bəyənİlİr?


Ələ üzük taxmaq İslami mədəniyyətlərdən biridir. Bu haqda gələn bir neçə hədisə işarə edək.
Həzrət Peyğəmbər (s) üzüyünü sağ əlinə taxardı. Əqiq, qırmızı əqiq, yaqut, firuzə, büllur, zümrüd üzük taxmağı müstəhəb hesab edərdi.
Əqiq üzük taxmaq namazın savabını və fəzilətini artırar. İmam Sadiq (ə) buyurur: “Allaha dua etmək üçün göyə qalxan əllər arasında Allah yanında əqiq üzük olandan daha sevimlisi yoxdur”.
Hüseyn ibni Xalid İmam Rzadan (ə), o, da İmam Sadiqdən (ə) nəql edir ki, buyurub: “O kəs ki, əlinə əqiq üzük taxar, onun bərəkətinə görə yoxsul olmaz. Hacətləri ən yaxşı şəkildə yerinə yetər”.
İmam Sadiq (ə) cəddindən nəql edir ki, buyurub: “Hər kim əqiq üzüyünə bu sözləri həkk etsə: “Muhəmməd Nəbiyullah, Əliyyən Vəliyullah”, Allah onu pis ölümdən amanda saxlayar, fitrətlə ölər”.
İmam Sadiq (ə) İmam Əlidən (ə) nəql edər: “Əlinizə əqiq üzük taxın ki, Allah sizə bərəkət versin və bəladan amanda saxlasın”.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter