Allah Təala Həzrət Peyğəmbərİ (s) necə vəsf etmİşdİr?


Həzrət Peyğəmbər (s) yer əhli üçün göndərilmiş İlahi bir nemət idi. Dil onu vəsf etməkdə acizdir. Allahdan başqa heç kəs bu Həzrəti (s) olduğu kimi vəsf edə bilməz.
Allah Təala Həzrət Peyğəmbərin (s) vəsfində buyurmuşdur: “Şübhəsiz, Allah möminlərin üzərinə, onlara (mələklərdən və cinlərdən deyil) özlərindən Onun ayələrini onlara oxuyan, onları paklaşdıran və onlara (səmavi) kitabı, şəriət hökmlərini və əqli maarifi öyrədən bir peyğəmbər göndərən zaman, haqq qoydu. Həqiqətən onlar bundan əvvəl açıq-aydın bir azğınlıqda idilər”. (“Ali-İmran” 164).
“Bu Quran dünyadakı insanları onların Rəbbinin istək və köməyi ilə qaranlıqlardan (əqidə, əxlaq və əməl əyriliklərindən) nura (İlahi hidayətə) tərəf çıxarmağın və O qüdrət və mədh olunmuş xislətlər sahibi olan (Allah)ın yoluna istiqamətləndirməyin üçün (Öz əzəli elmimizdən Lövhə, oradan Cəbrailin qəlbinə və oradan da) sənə nazil etdiyimiz bir kitabdır”. (“İbrahim” 1).
Ancaq bu kifayətdir ki, yer əhli sonuncu Peyğəmbərlə (s) daha yaxından tanış olsunlar. O Peyğəmbəri (s) ki, insanları pak etmək istəyirdi, onları doğru yola hidayət etmək istəyirdi. Bəşərə bu cür təlimlər verən insan gərək özü də pak və təlimli olsun. Allah Öz Rəsulunu (s) daha yaxşı tanıtmaq üçün buyurur: “Allaha və (ilahi rəhbərliyə aid məsələlərdə) Onun Rəsuluna itaət edin, həqiqətən, Allah (xüsusi yaradılış iradəsi ilə) siz (Peyğəmbərin) Əhli-Beyt(in)dən (əqidə, əxlaq və əməllərdə) hər cür (növ) pisliyi təmizləmək və sizi – paklığın bütün cəhətlərində – pak etmək istəyir”. (“Əhzab” 33).
Allah buyurur ki, sizə elə bir peyğəmbər göndərmişəm ki, həm özü və həm də Əhli-beyti (ə) hər bir eyb və nöqsandan uzaqdır. “Həqiqətən sizə (mələklərdən və cinlərdən deyil) özünüzdən olan bir peyğəmbər gəlib ki, sizin əziyyət və zərərə düşməyiniz ona ağırdır; o, sizi(n iman gətirməyinizi və kamala çatmağınızı) çox istəyir və möminlərə qarşı çox mərhəmətli və mehribandır”. (“Tövbə” 128).
Onun mehribançılığı o qədər geniş idi ki, bəzən cahiliyyəti görən zaman narahat olardı, ancaq Allah ona ürək-dirək verərdi. “(Ya Peyğəmbər!) Bəlkə sən onlar iman gətirməyəcəklər deyə, özünü həlak etmək istəyirsən?!” (“Şüəra” 3).
“Lakin, nə qədər ki, sən onların içindəsən, Allah onlara əzab verməyəcəkdir. Həmçinin nə qədər ki, onlar istiğfar edirlər (Allahdan bağışlanmalarını istəyirlər) Allah onlara əzab verən deyildir. (İstiğfar, müşriklər barəsindəki ayələrin içərisində olan bu ayənin kitab əhlinə aid olmasına dəlalət edir)”. (“Ənfal” 33).
Möminlər üçün rəhmət və mərhəmət qapısıdır. “Və öz mehr (məhəbbət) və təvazökarlıq qanadını möminlərdən sənə tabe olan hər bir kəsin üzərinə endir; cəzbedici çətirini onların başları üzərində aç”. (“Şüəra” 215).
Həzrət Peyğəmbər (s) ümmətinin Qurandan uzaq olmasından şikayət edən zaman Allah buyurardı: “(Həmin gün) Allahın peyğəmbəri deyəcəkdir: «Ey mənim Rəbbim! Həqiqətən mənim qövmüm (peyğəmbərliyin əvvəlindən dünyanın sonuna kimi) bu Quranı tərk etdi (və onun təlimlərini dərk etməkdən və ona əməl etməkdən üz döndərdi)». (“Furqan” 30).
Allah, Peyğəmbəri (s) bəşər üçün insanlığın nümunəsi kimi təqdim edərək buyurur: “Şübhəsiz, Allaha və axirət gününə (qəlbdə və əməldə) ümid bəsləyən və Allahı çox zikr edənlər üçün Allah Rəsulunun rəftarında həyat örnəyi və nümunəsi vardır”. (“Əhzab” 21).
“Həqiqətən, Allah və Onun mələkləri daim Peyğəmbərə salam (salavat) göndərirlər (Allah ona Öz xüsusi rəhmətini bəxş edir və mələklər onu vəsf və təqdis edirlər). Ey iman gətirənlər, ona salam (salavat) göndərin və tamamilə (onun əmrinə) təslim olun”. (“Əhzab” 56).
Allah, Qiyamət günü bizləri Həzrətin (s) mübarək əllərindən Kövsər suyu içib, behiştə daxil olanlardan qərar versin!
(Tebyan/ Deyerler.org)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter