Necə edək kİ, Allahın dostu olaq?


Biz hamımız Allahı sevirik. Onu öz Məhbubumuz bilirik. Ancaq O, bizi nə qədər sevir və nə qədər Ona yaxınıq - bunu bilmirik. Onun bu qədər aşiqi içində biz hansı məqamda yeləşdiyimizi dəqiq bilmirik.
Halbuki, biz bilirik ki, elə insanlar var ki, Allaha hamıdan çox yaxındırlar. Onlar Allahın birinci dərəcəli dostlarıdır. Əgər bu insanların rəftar və əməlinə diqqət etsək, onların nə üçün bu qədər Allaha yaxın olduğunun səbəbini görərik. Bu yolla Allahın sevimlisi olmağın rəmzini kəşf etmiş olarıq. Ona olan fasiləmizi yaxınlaşdırarıq.
Bu yolda bir neçə qapı vardır və hər qapının da öz açarı. Bizimlə Məhbubumuz arasına fasilə salmış bu bağlı qapıları həmin kilidlər açarlar. Bu açarlar da Allahın həqiqi aşiqlərinin əlindədir.
Bu aşiqlər həmin qapıların hansı açarla açılmasını çox yaxşı bilirlər. Bu açarları tapmaq üçün həmin aşiqlərin həyat təcrübəsinə nəzər salmalıyıq.
Bəs Allahın həqiqi aşiqləri kimlərdir? Kimlər Allahın birinci dərəcəli dostlarıdır?
Bu aşiqlərdən birini Allah öz Xəlili və dostu adlandırmışdır və o Həzrət İbrahimdir (ə).
İlahi peyğəmbərlər (ə) Allaha ən yaxın olan insanlardır. Onunla sevgi dolu rabitələri vardır. Ancaq bu peyğəmbərlərin içərisindən Allah yalnız birini öz dostu adlandırmışdır. ”Allah İbrahimi (Özünə) dost tutmuşdur”. (“Nisa” 125).
Bunu hamımız yaxşı bilirik ki, İlahi dərgahda heç bir insan səbəb və dəlil olmadan müəyyən məqama çata bilməz. Allah hər bir kəsin imtiyazına və ləyaqətinə görə ona məqam bəxş edir. Allah bütün insanları sevir, lakin Allah bu insanların daha çox tutumu olduğunu bilir və onların tutumlarına görə məqamlarını başqalarından üstün edir.
Həzrət İbrahim (ə) də Allahın Xəlil məqamına nail olmuşdur. Sözsüz ki, onun xüsusi imtiyazı olmuşdur. Bəs Həzrət İbrahimin (ə) bu imtiyazı nə idi?
Qurani-Kərim Həzrət İbrahimin (ə) bir çox imtiyazlarını sayır. Bu böyük peyğəmbərin (ə) şəxsiyyəti o qədər dəyərli idi ki, Allah onu başqa bəndələrinə nümunə kimi tanıdır. “Şübhəsiz, İbrahim(in) və onunla birlikdə olanlar(ın rəftarın)da sizin üçün gözəl bir örnək vardır”. (”Mumtəhənə” 4).
Həzrət İbrahimi (ə) Xəlil edən sifətlər:
1. Qonaqpərvər idi və gecə namazı qılardı. Cabir ibni Abdullah Ənsari nəql edir: “Peyğəmbərdən (s) eşitmişəm ki, buyurub: “Allah İbrahimi (Öz) dostu seçmişdir. Ona görə ki, (başqalarına) təam verər, gecə insanlar yatan zaman namaz qılardı””.
2. Heç kimin əlini rədd etməzdi. İmam Baqir (ə) buyurur: “Allah İbrahimi (Öz) Xəlili qərar vermişdir. Çünki heç bir ehtiyaclı insana rədd cavabı verməzdi”.
3. Allahdan başqa heç kimdən heç nə istəməzdi. İmam Sadiq (ə) buyurur: “Həzrət İbrahimi (ə) atəşə atan zaman Cəbrayil (ə) onu göydən yerə enən halda qarşıladı. Ona buyurdu: “Ey İbrahim! Hacətin varmı?” Həzrət cavab verdi: “Səndən (heç bir zaman) hacət istəmərəm””.
4. Çoxlu səcdə edərdi. İmam Sadiqdən (ə) soruşurlar ki, niyə Allah İbrahimi Öz Xəlili qərar verdi? Həzrət (ə) cavab verir: “Çünki o, çoxlu səcdə edərdi”.
Həzrət İbrahimin (ə) bu dörd sifətinə malik olmağa çalışaq və Allaha yaxınlaşıb, Onun dostu olaq.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter