İtaətİ olunması vacİb olan İmam kİm tərəfİndən təyİn olunmalıdır?


Qurani-Kərim İmamət məqamını ümumi olaraq ,,Ulul-əmr’’-adlandırır. İmamət məqamına nail olan şəxs özünün bütün xüsusiyyətləri ilə İlahi Peyğəmbərlərlə bərabər olmalı və peyğəmbərlərə itaət vacib olduğu kimi onlara daitaət etmək eynilə vacib və zəruridir.
Müsəlman ümmətinə rəhbərlik edəcək şəxs Allah tərəfindən təyin olunmalıdır. Çünki əgər rəhbər (yəni İmam) müsəlmanların özləri tərəfindən təyin olunarsa sözsüz ki,çox keçmədən fikir ayrılığına səbəb olacaqdır. Hamının eyni fikirdə olması isə məlum məsələdir ki,qeyri mümkündür. Yaranmış belə bir şəraitdə hər dəstə öz seçdiyi rəhbərə tabe olacaq bu isə qeyd etdiyimiz kimi cəmiyyətin süqutuna gətirib çıxaracaqdır.
Belə təsəvvür edək ki , müsəlman ümməti yetkin fikirə gəlib bir nəfəri özlərinə rəhbər seçirlə. Bəs onun bu məqama layiq olub-olmaması necə? Bunu necə müəyyən edə bilərlər? Haradan bilsinlər ki ,onların seçdikləri şəxs müsəlman cəmiyyətinin islah və orada haqq-ədaləti bərqərar etməyə qadir və layiq olacadır?! Haradan bilə bilərlər ki , onların seçdikləri şəxs onların gələcək həyatını məhv edib onları bədbəxtçiliyə düçar etməyəcək? Çünki əgər rəhbər seçilən şəxsin özü dünyapərəst , fasiq və təbahkar olarsa sözsüz ki idarə etdiyi cəmiyyəti də öz yolu ilə aparacaq və tez bir zamanda onu süquta uğradacaqdır.

Hökm çıxarmaq Allaha xas olan bir məsələdir.

Aləmlərin xaliq hə həqiqi sahibi Allah-Təala olduğu üçün insanlar üzərinə dini , içtimai və siyasi hakimin təyin olunması Peyğəmərinə həvalə etmiş və hər bir müsəlmana onun təyin etdiyi şəxsə tabe olmağı vacib etmişdir. Bunu üçün də müsəlmanların ixtiyar sahibi olan rəhbər (İmam) peyğəmbər tək bütün eyb və nöqsanlardan uzaq olmalı və məsumluq dərəcəsinə çatmalıdır. Çünki qeyd və şərtsiz itaət olunması vacib olan rəhbər heç bir məslənin həllimdə səhvə yol verməməli və ən doğru və düzgün qərarı çıxarmalıdır. Deməli, müsəlmanların ixtiyar sahibi olan şəxs bütün dövrlərdə insanlanrın ən alimi , ən təqvalısı və ən fəzilətlisi olmalıdır. O , özünün bütün insani xüsusiyyətləri ilə bütün insanlardan üstün olmalı və onlar üçün həqiqi örnək olmalıdır . Belə bir xüssiyyətə malik olan məsum şəxsi rəhbər olaraq adi insanların bacarıq və qabiliyyətindən xaric olduğu və bir çoxlarının belə bir iddianı etmələri mümkün olduğu üçün əgər onun təyinatı Allah tərəfindən peyğəmbərin vasitəsilə həyata keçməzsə öz fitnə-fəsadını dərhal biruzə verəcək və nəticədə hər dəstə özünə rəhbər seçəcəkdir. Seçilən rəhbərlər isə öz hava-həvəsinə uyaraq öz rəqibləri ilə mübarizə aparacaq və ixtilaflar dahada gücləndikdə qarşıdurma və müharibələr meydana gələcəkdir. Yaranmış belə bir şəraitdə Allahın cəmiyyət üçün təyin etdiyi qanun və nizam-intizam fəsad və hərcli-mərcliklə əvəz olunacaq və nəhayət zülm və haqsızlıq hər yeri bürüyəcəkdir.

İxtiyar sahibinin Peyğəmbər (s) tərəfindən təyin olunması.

Əlimizdə olan əsaslı dəlil və sübutlara istinad edərək tam qətiyyətlə deyə bilərik ki , müsəlmanların ixtiyar sahibi, şəxsən Peyğəmbər (s) tərəfindən təyin olunmuş və müsəlmanlara özündən sonra ona tabe olmalarını əmr etmişdir. Biz burada onlarda n bir neçəsinə işarə edirik:
Ğayətul-məram adlı kitabın 142-ci fəslinin 706-səhifəsində deyilir:
(Cabir ibn Abdulla Ənsari deyir: Günlərin biri Peyğəmbər (s)-dan soruşdum.Allahın bizlərə itaət olunmasını əmr etdiyi şəxs kimidir? Peyğəmbər (s) cavabında buyurdu: Onlar mənim canişinlərim və sizin rəhbərlərinizdirlər. Onlardan biricisi Əli ibn Əbi Talib , ikincisi , Həsən ibn Əli , üçüncüsü Hüseyn ibn Əli , dördüncüsü Əli ibn Hüseyn , beşincisi Baqir ləqəbi ilə məşhur olacaq və sənin onu görə biləcəyin Məhəmməd Baqir (ona mənim salamımı çatdırarsan),altıncısı Cəfər ibn Məhəmməd , yeddincisi Musa ibn Cəfər,səkkizincis Əli ibn Musa , doqquzuncusu Məhəmməd ibn Əli , onuncusu Əli ibn Məhəmməd , on birincisi Həsən ibn Əli , on ikincis həm adı mənim adımdan olan , həmdə ləqəbi mənim ləqəbimdən olan Allahın yer üzərindəki hüccət və dəlili İbn Əl-Həsən ibn Əli olacaqdır.Yer üzündə fitnə-fəsad hər yeri bürüdüyü zaman Allah-Təalan onun vasitəsilə şərqdən qərbə qədər haqq-ədaləti bərqərar edər. Qəlbləri Allah tərəfində imtahana çəkilən elə bir şəxs qalmaz ki, onların rəhbərliyini inanmasın.)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter