Müsəlman nİyə optİmİst olmalıdır?


Nəhcul-bəlağə” kitabında insanların müsbət sifətlərinə və rəftarlarına xüsusi diqqət edilir. İmam Əli (ə) nəinki bu mövzuya diqqət edirdi, əslində başqalarını da bu cür olmağa hidayət edərdi.
Misal üçün, dünyanın gözəlliklərinə diqqət edək. Allahın mübarək sifətlərini təbiətdə görməyə çalışaq. Başqalarının yaxşı işlərini xatırlayaq. İnsan gələcəyə ümid etdiyi üçün, müsbət düşünər. Müsbət düşünmək insana üç möcüzəli nəticə gətirər.
Birinci odur ki, Allahdan gələn köməyin intizarını çəkir. Allaha təvəkkül edən bir insan şübhəsiz ki, gələcəyinə görə həmişə ümidli olur və yaxşı şeylər gözləyir.
İmam Əli (ə) buyurur: “Nikbinlik odur ki, əməli xalis edəsən. Günahlardan bağışlanmaq üçün Allaha ümid bəsləyəsən”.
Həzrət (ə) başqa yerdə buyurur: “Müsəlman insan xəyanətdən uzaq olduğu üçün gələcəyinə görə iki gözləntisi vardır: ya Haqqın nidasına “Ləbbeyk deyər” - Allahın yanında nə varsa, hamısı ən yaxşı şeylərdir. Ya da bu dünyada Allahdan ruzisini alar. Ona görə də müsəlman insan gələcəyinə nikbin olan insandır”.
İkincisi isə başqalarının düzgün əməl gördüyünü gözləyir. İslam dini başqalarına sui-zənn bəsləməyi qadağan etmişdir. Sui-zənnin mənası budur ki, bir müsəlman o biri müsəlmanın əməllərinin pis olmasını zənn edər və fikirləşər. Bu nöqtəni qeyd etmək lazımdır ki, başqalarına qarşı bədbin olmaq, insanların keçmişinə baxaraq olmur. Bəlkə bədbin olmaq o deməkdir ki, bir müsəlmanın gələcəkdə pis əməl görəcəyinə inanmaqdır. Ona görə də başqalarının yaxşı əməllərinə ümidvar olaq və onlardan ancaq müsbət işlər gözləyək. Bu hiss bizdə nikbinlik yaradar.
İmam Əli (ə) buyurur: “Bədbin insanlar başqalarının yanlış rəftar edəcəyini gözləyirlər. Çünki özləri də bədbin olduqları üçün düzgün iş görməzlər. İnsanların ən pisi o kəsdir ki, bədbin olduğu üçün başqalarına etimad etməz. Başqaları da onun pis rəftarına görə ona etimad etməzlər”.
Bu hədisdə bədbin insanın cəmiyyətdə yaratdığı fəsadın şahidi oluruq. Bədbin insanın baqşaları ilə qurduğu ictimai rabitə - yanlış rabitədir. Əgər insan baqşasına etimad etməzsə, deməli onun gələcəkdə pis iş görəcəyinə inanır.
Halbuki, “Nəhcul-bəlağə” bizlərə nikbin olmağı tövsiyə edir. Çünki nikbinlik bizim müvəffəqiyyət qazanmağımız üçün zəminə yaradar və bu zəminələr müvəqqəti deyildir, bəlkə daimidir.
İmam (ə) buyurur: “O zaman ki, yaxşılıq hər zamanda və zəmanənin insanları arasında artarsa, bu halda əgər kimsə başqasının günah etmədiyi halda ona bədgüman olarsa, zülm etmiş olar. O zaman ki, fəsad zəmanənin insanları arasında üstünlük təşkil edərsə, hər kəs başqasına yaxşı güman bəsləyərsə, özünü aldatmış olar”.
Üçüncüsü budur ki, yaxşı hadisələrin baş verməsini gözləyər. O zaman ki, bir müsəlman Allah tərəfindən köməyin gəlməsini gözləyir, başqalarının da düzgün rəftar etməsini gözləyər. Nəticəsi bu o olar ki, gələcəkdə yaxşı hadisələrin baş verməsinə ümidvar olar.
Beləliklə, deyə bilərik ki, bir insanın gələcək üçün nikbin olması üçün Allahın yardımına və insanların yaxşı əməllərinə ümid etməsi zəruridir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter