BAXIŞ (HİCAB VƏ BAXIŞIN HÖKMLƏRİ) HAQDA SUALLARA CAVABLAR


Sual: İnsanın bağ-bağçadan, gül-çiçəkdən ləzzət aldığı kimi kişi və ya qadına baxıb ləzzət alması haramdırmı?
Cavab: Adətən belə baxışlar cinsi ləzzətlə müşayiət olunduğundan eyblidir.
Sual: Qadınların qrup şəklində kişilərlə birlikdə mahnı oxumasının hökmü nədir?
Cavab: Eyblidir.
Sual: Əgər qadın özünü zinətləndirsə, çöhrəsinə zinət verib nişan üzüyü taxsa, üzünü və əllərini örtməsi vacibdirmi?
Cavab: Üzük kimi zinət əşyalarının eybi yoxdur. Amma üzünə bəzək verməsinə irad var.
Sual: Sürmə, qaşın alınması, əqiq üzük, saat, gözəl tibbi eynək qadın üçün zinət sayılırmı və o örtünməlidirmi?
Cavab: Zahirən bunlar qadağan olunmuş zinət sayılmır.
Sual: Qadının naməhrəm adamlara iynə vurmasının hökmü nədir?
Cavab: Qeyri-zəruri hallarda caiz deyil.
Sual: Qadın həkim olmadıqda, qadının kişi həkimə müraciət etməsinin hökmü nədir?
Cavab: Zəruri hallarda eybi yoxdur.
Sual: Qadının naməhrəm kişi ilə əlində əlcək olan vəziyyətdə görüşməsinin hökmü nədir?
Cavab: Yaxşı olar ki, bu iş görülməsin.
Sual: Naməhrəm qadının gülüşü fəsada səbəb olmazsa, onu eşitməyin hökmü nədir? Fəsad səbəbi olarsa hökm nədir?
Cavab: Fəsad qorxusu olmadıqda eybi yoxdur.
Sual: Adətən saçının bir hissəsi görünməyən çadralı qadının simasına baxmağın hökmü nədir? Belələri həmin qaydada örtünməyə adət etmişlər və xəbərdarlığa məhəl qoymurlar.
Cavab: Əgər ləzzət almaq məqsədi olmasa baxmağın eybi yoxdur.
Sual: İran İslam Respublikasının televiziyasından yayımlanan xarici filimlərə baxmağın hökmü nədir? Bu filimlərdə adətən örtüksüz xanımlar iştirak edir.
Cavab: Fəsad qorxusu olmasa eybi yoxdur.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter