Ərİnİn mehrİban həyat yoldaşı olması üçün nə etməlİ?


Ovf Şeybaninin Əyas adlı bir qızı var idi. Ömər ibn Həcər adlı bir oğlan ona elçi göndərdi. Qızın ata-anası ona müsbət cavab verdilər. Gecə qızın ər evinə getmək vaxtı gəlib çatdı. Ana qızını xəlvətə çağırıb, gələcəkdə evdarlıq, övlad və ər qarşısındakı vəzifəsini layiqincə yerinə yetirməsi və xoşbəxt olması üçün ona nəsihət verdi: “Qızım, sən öz doğmalarından ayrılıb özgə evinə gedirsən. Bizdən ayrılıb onlarla oturub-duracaqsan. Sözsüz, gərək ərinin qarşısında təvazökar olasan ki, onunla ünsiyyətin yaxşı olsun. Ərinin mehriban həyat yoldaşı olmasını istəyirsənsə, bu nəsihətlərə yaxşıca qulaq as:
1. Qənaətcil ol, ərinin tapşırıqlarına yaxşıca qulaq as və onları yerinə yetir.
2. Özünə onun üçün bəzək-düzək ver ki, sənə baxanda narahat olmasın.
3. Həmişə ətirli ol ki, sənin qoxun onun üçün ən yaxşı ətir olsun.
4. Yemək zamanı ona qulluq et. Çünki ac insan həyəcan və narahatlıq içində olur.
5. İstirahət etmək istəyəndə ona şərait yarat. Çünki mümkündür ki, yuxusuzluqdan qəzəblənə.
6. O olmayanda onun malını yaxşı qoru, evindən ehtiyatlı ol və övladlarına xidmət et.
7. İşlərində ona kömək et.
8. Onun sirlərini yayma, yoxsa arxayın ol ki, əlindən amanda olmayacaqsan.
9. O narahat olduğu zaman gülmə.
10. Onun sevindiyi zaman qəmgin olma.
Əgər bu nəsihətləri eşidib vaxtında yerinə yetirsən, həyatınız behişt həyatı kimi olacaq”. (Əl-Mustətrəf, 2-ci cild, səh.327.)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter