Nə üçün dualarımız qəbul olmur?


İMAM ƏLİ (Ə) BUYURUR:


-Dualarınız ona görə qəbul olmur ki,qəlbiniz 8 halda xəyanət etmişdir:

1.Allah Təalanı tanıdınız, amma, onun haqqını yerinə yetirmədiniz.

2.Göndərdiyi Peyğəmbərə iman gətirdiniz, amma, sonra onun buyurduqlarına müxalif (qarşı) çıxdınız.

3.Quran oxudunuz,amma, ona əməl etmədiniz.

4.Dediniz Allahın əzabından qorxuruq, ammaəzaba düçar edəcək işlər gördünüz.

5.Dediniz Allahın mükafatına çatmaq istəyirik, amma əməlləriniz sizi bu mükafatlardan uzaq saldı.

6.Allahın nemətlərindən yeyirsiniz, amma şükr etmirsiniz.

7.Əmr olundu ki şeytanla düşmən olun, dildə düşmənik dediniz, ammaəməldə onunla müxalif olmadınız.

8.Başqalarında eyib axtardınız, amma öz eyiblərinizi görmədiniz.

Bəs siz bunların neçəsindən çəkinirsiniz?


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter