MÜSƏLMANLARI İKİ MƏZHƏBƏ BÖLƏN İLK HADİSƏ


Bu hadisə Allah Peyğəmbəri (s)-nin “sizə məktub yazmağım üçün mürəkkəb və qələm gətirin. Siz bu məktubun vasitəsilə heç vaxt haqdan azmazsınız” – sözü qarşısında Ömər ibni Xəttab və bir çox səhabələrin mane olmasına qayıdır.
Onlar tamam həyasızlıqla Allah Peyğəmbərinin sözünün əməli olmasının qarşısını aldılar. Heç bir hörməti gözləmədən Peyğəmbərə “sayıqlamaq” töhmətini vurdular. Allah Kitabının onlara kafi olmasını iddia edib, Peyğəmbərin məktubuna ehtiyac olmadığını bildirdilər!!!
İbni Abbas bu hadisəni müsəlmanlar üçün “böyük faciə” adlandırmışdır. Onların hərəkətindən bu nəticəni alıb deyə bilərik: Müsəlmanların çoxusu Peyğəmbərin sünnəsini ayaq altına qoyub dedilər: “Quran bizə bəsdir!”
Bu yerdə Həzrət Əli (ə) və onun ardıcılı olub azlıq təşkil edən və Peyğəmbərin “Əli (ə)-ın şiələri” adlandırdığı bir dəstə adam heç bir söz demədən Peyğəmbərin buyruqlarını yerinə yetirdilər. Onun söz və əməlini sünnət, sünnətə əməl etməyi isə Qurana əməl etmək kimi vacib saydılar. Necə ki, Quran buyurmuşdur:
يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ أَطِيعُواْ اللّهَ وَأَطِيعُواْ الرَّسُولَ وَأُوْلِي الأَمْرِ مِنكُمْ
“Ey iman gətirənlər! Allah və Peyğəmbərə itaət edin.”
Ömər ibni Xəttabın rəftarı bütün müsəlmanlar arasında məşhurdur. Bütün ömrü boyu Peyğəmbər (s)-lə etdiyi müxalifətçilik hamının arasında tanınmışdır.
Sözsüz, o, sözünü heç vaxt Peyğəmbər (s)-in sünnəsinə bağlı bilməmiş və daim bunu açıqlamışdır. O, xəlifə olduğu zaman Peyğəmbər hədislərinin ziddinə fətva vermişdir. Hətta bəzən Quranın möhkəm (aşkar) ayələrinin xilafına da hökm vermişdir. Allahın halalını haram, haramını isə halal etmişdir.
Səhabələr arasında onun tərəfdarlarının onun kimi olması da təbii bir haldır. Dost və ardıcılları keçmişdə və indi də onun bidətlərini davam etdirirlər. Gələcək bəhslərdə onların Peyğəmbər (s)-in sünnəsini tərk edib Ömərin sünnəsinə əməl etmələri daha da aydın olacaqdır.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter