Mütə nikahı haqda Quranda ayə varmı?


\"Nisa\" surəsinin 24-cü ayəsi və onun mənası:

وَ الْمُحْصَناتُ مِنَ النِّساءِ إِلاَّ ما مَلَكَتْ أَيْمانُكُمْ كِتابَ اللَّهِ عَلَيْكُمْ وَ أُحِلَّ لَكُمْ ما وَراءَ ذلِكُمْ أَنْ تَبْتَغُوا بِأَمْوالِكُمْ مُحْصِنينَ غَيْرَ مُسافِحينَ فَمَا اسْتَمْتَعْتُمْ بِهِ مِنْهُنَّ فَآتُوهُنَّ أُجُورَهُنَّ فَريضَةً وَ لا جُناحَ عَلَيْكُمْ فيما تَراضَيْتُمْ بِهِ مِنْ بَعْدِ الْفَريضَةِ إِنَّ اللَّهَ كانَ عَليماً حَكيما

\"Müharibə əsiri kimi malik olduğunuz arvadlardan suvay, ərli arvadlar da sizə (haram edilib). (Bu) ilahi fərizədir (ki, Allah sizin üçün yazmışdır). Bunlardan (bu deyilmiş qadınlardan) ayrılarını, iffətli şəkildə və zinakarlığa yol vermədən, mallarınızla onlarla evlənmək istəməyiniz halal edilmişdir. Mütə etdiyiniz arvadların kəbinlərini bir fərizə olaraq onlara verin! Məhriyyə müəyyən ediləndən sonra, bir-birinizin (məhriyyənin və ya müddətinin azaldılması və ya çoxaldılması barədə ) razılaşmağınızın günahı yoxdur. Həqiqətən, Allah elm və hikmət sahibidir.\"

Ayənin qısa şərhi

Həmin surənin 23-cü ayəsində Allah-taala ana, bacı, qız övlad və başqa bir qrup insanla evlənməyi haram etmişdir. Surənin 24-cü ayəsinin davamında növbəti bir tərəflə evlənmək haram sayılmışdır. Hazırda ayənin təfsirindən xülasə şəklində söz açmaq istəyirik. “Muhsinatu minən-nisa” - dedikdə əri olan qadınlar nəzərdə tutulur. Bu cümlə sözü gedən surənin 23-cü ayəsindəki “Ummuhatikum” sözünə bağlıdır.
Sonra hikmət sahibi olan Allah bir halı istisna edir. Bunlar müsəlmanlarla müharibə zamanı onların əlinə keçən ərli qadınlardır. Ayənin hökmünə əsasən istibradan (paklanandan) sonra onlarla evlənmək caizdir.
(الا ما ملكت ايمانكم).
“Kitabullah ələykum” o deməkdir ki, Allah-taala bu hökmləri sizə vacib etmişdir. “Kitabullah” feli verilməyən məfuli-mütləqdir (xüsusi növ tamamlıqdır). Bu cümlə əslində belədir:
كتب الله ذلك كتابا عليكم
\"Kətəbəllahu zalikə kitabən ələykum.\" “Əhəllə ləkum ma vəraə zalikum” cümləsində “ma” hissəsinin işlənməsi və kişi cinsində olan əvəzlikdən istifadə olunması göstərir ki, “uhillə” sözü qadınların halal olması mənasında deyil. Çünki “ma” hissəsi insan üçün işlədilmir. Və “zalikə”sözü də kişi cinsi üçündür. Bütün bunlardan məlum olur ki, həmin on altı şeydən başqa halal olan əməl şəhvətə aid olan, cinsi əlaqə və ya bu kimi işlərdir. Bu həmin
حرمت علیمک امهاتکم - ayəsində nəzərdə tutulan əməldir.
“İn təbtəğu biəmvalikum muhsininə ğəyrə musafihin” cümləsi “Uhillə ləkum ma vəraə zalikum” cümləsinin ətf bəyanı (izahı) və ya onun bədəlidir (əvəzidir). “Muhsinin” sözündə burada “iffətli qadınlar” nəzərdə tutulmuşdur. “Səfəh” isə “zina” mənasındadır. “Ğəyrə musafihin”, yəni iffətli və pak qadınlar.
Ayənin mənası budur ki, öz mal-dövlətinizdən istifadə edin və iffətli qadınlarla evlənin. Mal-dövlət ona görə vurğulanır ki, hər iki evlənmə növündə mehriyəni ödəmək üçün maddi imkan lazımdır.
فما استمتعتم به منهن فاتوهن اجورهن فریضه

Əllamə Təbatəbai bu ayənin təfsirində yazır:
“Bih” sözündə zəmir “Uhillə ləkum ma vəraə zalikum” cümləsində nəzərdə tutulan əmələ qayıdır. Bu da “şəhvani kam alma” və yaxud bu mənanı çatdıran hər hansı sözdən ibarətdir. Nəticədə “ma” sözü saxlamaq üçün işlənərək “hər zaman” mənasında olacaqdır. Car və məcrur olan “minhunnə” də “istəmtətum” cümləsinə aiddir. Beləcə ayənin mənası budur ki, hər zaman qadınlardan kam alsanız onların haqlarını özlərinə ödəməyiniz vacibdir.
Habelə “Ma” sözünü mosul kimi və “İstəmtətum” cümləsini onun siləsi kimi də nəzərdə tutmaq olar. Bu halda “bih”-in zəmirini mosula aid etmək də mümkündür. “Minhunnə”-nin car və məcrurunu isə mosulu izah edən söz saysaq, ayənin mənası belə olacaqdır:
“Qadınların hər birindən cinsi əlaqə ilə kam alsanız haqlarını verməlisiniz”. Bu cümlənin başında “fa” şəkilçisi olduğu üçün keçən söhbətin təfrii(şaxələrə ayrılması) və nəticəsi sayılır.
Bəzilərinin külliyyata və ya deyə bilərsiniz cüziyyatın külli mətləbə təfrii və tətbiqi. Bu mənaya heç bir şübhə yoxdur. Çünki öncəki mətləb bu idi ki, öz sərvətinizdən istifadə edərək iffətə riayət etmək şərtilə zövcə axtarın, sifah və ya zinadan kənar olun. Yuxarıda dediyimiz kimi bu söz kənizdən hər iki növ kam almağı, yəni daimi və müvəqqəti nikahı özündə cəmləşdirir. Belə isə “fəməstəmtətum bihi minhunnə fəətihunnə ucurəhunnə” cümləsinin bu cümləyə tətbiqi, şübhəsiz, cüzinin külliyə tətbiqi babından və yaxud cüzi qisimlərin bəzilərinin külli məqsəminə (bölünəninə) tətbiqi kimi olacaqdır.
Bu cür tətbiq Allah kəlamında çox istifadə olunmuşdur. Məsələn:
ایاماَ معدودات فمن کان منکم مریصاَ او علی سفر - ayəsində qeyri-adi halda (xəstə və ya səfərdə) olan bəzi müsəlmanlar, külli (bütün) müsəlmanlara tətbiq olunmuşdur.
فاذا امنتم فمن تمتع بالعمره الی الحج - şərif ayəsi həccin üç qismindən birini məqsəmin (həccin) əslinə tətbiq etmişdir. Bu kimi digər ayələr də mövcuddur.
ولا جناح عليكم فيما تراضيتم به من بعد الفريضة ان الله كان عليها حكيما
Ayənin sonuncu hissəsində buyurulur: “Əgər əqd tərəfləri (kişi və qadın) öz razılıqları ilə mehriyənin miqdarını sonradan azaldıb çoxaltsalar, eybi yoxdur.” Yuxarıdaki ayənin təfsirində digər bir ehtimal da vardır: “Müvəqqəti evlənmədən sonra iki tərəfin evlilik müddəti və ya mehriyə məbləğini artırmaq barəsində sövdələşmələrinin eybi yoxdur.”
Ayənin sonunda buyurulur: “Allah bəndələrin məsləhətindən agah və öz qanunvericiliyində həkimdir.”

Yuxarıda dediklərimiz ayənin qısa təfsiri izahı idi.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter