Zamandan öz xeyrİnə necə İstİfadə etmək olar?


Bismillah!Bu dünyada hər şeyi geri qaytarmaq mümkündür, zamandan savayı. Buna görə də ağıllı insan ilk növbədə , vaxtın qiymətini bilir.

Əyləncə dalınca qaçanların dilindən bu ifadəni, yəqin, tez -tez eşitmisiniz:

\"Gedək bir az vaxtımızı öldürək.\" Belələri anlamır ki,vaxtı öldürmək insanın elə özünü öldürməsinə bərabərdir.Axı zaman ömrün bir parçasıdır.
Peyğəmbərimiz(s.ə.s) buyurub ki,Allahın qarşısında duracağımız gün bizdən bir neçə vacib suala cavab istəyəcəklər:

Ömrünü nəyə sərf etmisən?

Malını nəyə xərcləmisən?

Bilyini nəyə tətbiq etmisən?

Sağlamlığını nəyin naminə itirmisən?

\"O gün Allah etdikləri əməlləri onlara xəbər verəcəkdir. Allah (onların əməllərini) bir-bir sayıb yazmış, onlar isə (etdiklərini ) unutmuşlar. Allah hər şeyə şahiddir!\"


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter