ORUC TUTARKƏN SUSUZLUĞU AZALDAN QİDALAR VARMI?


Ramazan ayında yayın isti günlərinə təsadüf etməsi, sərinləşdirici və susuzluğu aradan qaldıran qidaları da gündəmə gətirib.

Oruc tutanların çətinlik çəkməməsi üçün sərinləşdirici qidalar qəbul etməyi lazımdır. Obaşdanda qəbul olunacaq bəzi qidalar sayəsində oruc tutarkən susuzluğu minimuma endirmək mümkündür.

Oruc tutanların susuzluğunu aradan qaldıracaq bəzi qidalar:

Şaftalı: Bədənin xəstəliklərə qarşı müqavimətini artırır. Bağırsaqları yumşaldır. Həzmi asanlaşdırır. Susuzluğu və ağız qoxusunu aradan qaldırır. Dərini nəmləndirir. Dodaqlara sürtüldükdə nəmləndirici xüsusiyyəti ilə oruc tutanların dodaqlarının qurumasının qarşısını alır.

Qara üzüm: Tərkibindəki antioksidant xüsusiyyəti çox qüvvətli olan və yay aylarında asanca tapılan qara üzüm də susuzluğu aradan qaldıran qidaların başında gəlir.

Qovun və qarpız: Yay meyvələrindən olan qovun və qarpız da obaşdanda soyuq şəkildə yeyildikdə uzun müddət su içmə ehtiyacını aradan qaldırır.

Ev istehsalı qatıq:
Evdə hazırlanan qatıq da susuzluğu azaldan məhsullardandır.

Pomidor:
95 faiz həcmində sudan ibarət olan pomidor, sərinləşdirici tərəvəzdir. Pomidorda bol miqdarda maqnezium, kalium və kalsium, həmçinin vitamin və lif var.

Xurma: Bol miqdarda kalium, maqnezium və dəmirdən ibarət olan xurma, sanki bir mineral mənbəyidir. İdman edənlərin sərf etdikləri enerjini sürətli şəkildə yenidən qaytarır. Səhra meyvəsi olan xurma, susuzluğu da azaldır.

Mineral su: Adi su ilə müqayisədə, tərkibində natrium, maqnezium, kalsium kimi qiymətli maddələr, həmçinin xlor, sulfat, nitrat və hidrogen karbonat kimi elementlər var.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter