QURANDA NAMAZ HAQDA NƏ BUYURULUB?


«...Həqiqətən, namaz [insanı] çirkin və pis əməllərdən çəkindirər. Allahı zikr etmək [Allahın, cəlalını və əzəmətini həmişə, hər yerdə yada salmağ], şübhəsiz ki, [savab etibarilə bütün başqa ibadətlərdən] daha böyükdür...(Ənkəbut-45) »
«O kəslər ki, əgər onları yer üzündə yerləşdirsək [onlara bir yer versək] namaz qılar, zəkat verərlər...]»(Həcc-41)
«Sizi Cəhənnəmə salan nədir?
Onlar deyəcəklər: Biz namaz qılanlardan deyildik».(Müddəsir-42-43)
«[Müsibət vaxtında] səbr etmək və namaz qılmaqla [Allahdan] kömək diləyin! Bu, ağır iş olsa da, Allaha itaət edənlər üçün ağır deyildir»(Bəqərə-45).
«Ey Rəbbim! Məni də, nəslimdən olanları da [vaxtlı-vaxtında, lazımınca] namaz qılan et. Ey Rəbbim! Duamı qəbul buyur!(İbrahim-40)»
«...Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz (vacib) edilmişdir»(Nisa-103).


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter