Hər hansı bİr fİzİkİ əksklİk qarşısında şİkayət etmək dogru olarmı?


Hər hansı bir fiziki əksiklik qarşısında şikayət etmək dogru olarmı?


Xəstəlik, şikəstlik ya da kasıblıq kimi əksikliklər, insanın dünya həyatının keçiciliyini anlaması və cənnətə özləm duyub, bu yöndə cəhd etməyə yönəlməsi üçün Allahın yaratdığı özəl vəziyyətlərdir. Bu səbəblə də bunlar əslində Allahın qullarına olan lütfündən qaynaqlanmaqdadır. Dünyada əksiklik kimi görünən bu mövzular, ibrət almasını bilən bir insanın sonsuz həyatı baxımından böyük bir nemətə çevrilir. Allah dünya həyatının əksikliklərinə və çətinliklərinə qarşı, Allahın razılığını qazanmaq məqsədilə təvəkkül edib səbir göstərən qullarına cənnətini vəd etmişdir. Dahası Allah orada bu kəslərin həm mənəvi, həm də fiziki baxımdan bütün əksikliklərini ödəyəcək, onları ən gözəl surətdə həm də sonsuz bir yaradılışla yaradacaqdır.

Ona görə bu səbəblə bir acizlik qarşısında dünya həyatında etməsi vacib olan şey, bu gerçəyi heç unutmadan sonsuz ağıl sahibi olan Rəbbimizə tamamilə təslim olmasıdır. Çünki Allahın bir insan üçün təqdir etdiyi qədərdə o insanın heç bilmədiyi xeyirlər və bir çox hikmət vardır. İnsanların kasıblıq, çirkinlik ya da xəstəlik kimi xoşlarına getməyən vəziyyətlərə qarşı üsyankar və şikayətçi bir tutum içində olmaları Quran əxlaqına uygun deyildir. İnsana düşən Allahın onun üçün təqdir etdiyi qədərə razı olmaqdır. Unutmamaq lazımdır ki, hər hansı bir vəziyyətdən şikayətçi və məmnuniyyətsiz olan bir insan, əslində Allahın onun üçün dilədiyi bir gözəlliyə qarşı məmnuniyyətsiz bir davranış göstərmiş olur. Bu isə Allaha qarşı böyük bir nankorluqdur. Möminlərin bu mövzuda göstərməli olduqları ideal davranış isə Quranda belə bildirilmişdir:
De : “ Allahın bizim üçün yazdığından başqa bizə heç bir şey üz verməz. O bizim ixtiyar sahibimizdir. Buna görə də möminlər yalnız Allaha təvəkkül etsinlər! ” ( Tövbə surəsi, 51 )


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter