FİQHİ MƏNBƏLƏRİ HANSILARDIR?


ŞİƏLƏRİN FİQHİ MƏNBƏLƏRİ HANSILARDIR?

Cavab: Şiələr Allahın kitabı Qur`ana və Peyğəmbər (s.ə.v.v) sünnəsinə tabe olaraq şər`i hökmləri aşağıda qeyd olan dörd əsas mənbədən əldə edirlər:

1-Allahın kitabı, 2-Peyğəmbər (s.ə.v.v)-in sünnəsi, 3-İcma, 4-Əql.

Qeyd olunan mənbələr arasında Allahın kitabı və Peyğəmbər (s.ə.v.v) sünnəsi şiə fiqhinin əsas mənbəyi sayılır ki, onların barəsində ixtisarla söhbət edəcəyik.

ALLAHIN KİTABI-QUR`AN

Şiə məktəbinin ardıcılları Qur`anı özlərinin ən mühüm fiqhin mənbəyi, ilahi hökmləri tanımağın əsas me`yarı hesab edirlər. Çünki onların rəhbərləri fiqhi hökmləri əldə etmək üçün asimani kitabı ən yüksək bir mənbə hesab etmişlər. Belə ki, hər bir söz və nəzəriyyə Qur`an ilə müqayisə olunur, onunla uyğun olduğu surətdə qəbul olunur, əks halda isə ona e`tina olunmur. Şiənin 6-cı rəhbəri İmam Sadiq (ə) bu barədə buyurur:

كُلُّ حَدِيثٍ لَا يُوَافِقُ كِتَابَ اللّهِ فَهُوَ زُخْرُفٌ

“Hər söz Qur`anla uyğun olmasa batil və əsassızdır.”

Həmçinin İmam Sadiq (ə) Peyğəmbəri Əkrəm (s.ə.v.v)-dən belə bir hədis nəql edir:

اَيُّهَا النَّاسُ مَا جَاءَكُمْ عَنِّي يُوَافِقُ كِتَابَ اللّهِ فَاَنَا قُلْتُهُ وَ مَا جَاءَكُمْ يخالِفُ كِتَابَ اللّهِ فَلَمْ اَقُلْهُ

“Ey insanlar mənə nisbət verilən hər bir söz əgər Allahın kitabı ilə uyğun olsa məndəndir, əgər onunla uyğun olmasa məndən deyildir.”

Bu iki hədisdən aydın olur ki, müsəlmanların asimani kitabı – Qur`an şiə rəhbərlərinin nəzərində şər`i hökmlərin əldə edilməsinin ən mö`təbər və möhkəm mənbə hesab olunur.

SÜNNƏ

Sünnə dedikdə Peyğəmbər (s.ə.v.v)-in sözü, əməli və ya başqasının işini təsdiqləməsi (buna təqrir deyilir) nəzərdə tutulur və şiə fiqhinin ikinci əsas mənbəsi sayılır. Peyğəmbər (s.ə.v.v)-in Əhli-beytindən olan mə`sum İmamlar da Peyğəmbər (s.ə.v.v) sünnəsini müstəqil şəkildə nəql edənlər olub onun elminin xəzinədarları kimi qələmə verilir. Əlbəttə Peyğəmbər (s.ə.v.v)-in sözləri digər mö`təbər yollarla da gəlib çatsa şiələr tərəfindən qəbul olunur.

Biz burada iki yöndən araşdırma aparırıq:

PEYĞƏMBƏRİ ƏKRƏM (S.Ə.V.V) SÜNNƏSİNƏ İSTİNAD ETMƏYİN DƏLİLLƏRİ

Şiə rəhbərləri öz ardıcıllarına, Qur`ana əməl etməyi tövsiyə etməklə yanaşı onları Peyğəmbər (s.ə.v.v) sünnəsinə əməl etməyi də tövsiyə edir, kitab və sünnəni birbirilə yanaşı vəsf edirlər. İmam Sadiq (ə) buyurur:

اِذَا وَرَدَ عَلَيْكُمْ حَديثٌ فَوَجَدْتُمْ لَهُ شَاهِدًا مِنْ كِتَابِ اللّهِ اَوْ مِنْ قَوْلِ رَسُولِ اللّهِ ¸ وَ اِلاّفَالَّذِي جَاءَكُمْ بِهِ اَوْلَي بهِ

“Hər vaxt sizə bir hədis gəlib çatsa və Allahın kitabında, Peyğəmbər (s.ə.v.v)-in sözlərində ona dair bir şahid tapsanız qəbul edin, əks halda o söz onu deyən şəxs daha layiqdir.”

İmam Baqir (ə) Peyğəmbər (s.ə.v.v) sünnəsinə istinad etməyi camiuş-şərait fəqihin əsas şərti hesab edərək buyurur:

اِنَّ الْفَقِيهَ حَقَّ الْفَقِيهِ، اَلزَّاهِدُ فِي الدُّنْيَا، اَلرَّاغِبُ فيِ الآَخِرَةِ، الْمُتَمَسِّكُ بِسُنَّةِ النَّبيّ

“Həqiqi fəqih o kəsdir ki, dünyadan çəkinsin, qiyamət aləminə rəğbətli (müştaq) olsun və Peyğəmbər (s.ə.v.v) sünnəsinə sarılsın.”

Şiənin böyük rəhbərləri Allahın kitabı və Peyğəmbər (s.ə.v.v) sünnəsi ilə müxalifət etməyi hətta küfr hesab etmişlər. İmam Sadiq (ə) bu barədə buyurur:

مَنْ خَالَفَ كِتَابَ اللّهِ وَ سُنَّةَ مُحَمَّدٍ ¸ فَقَدْ كَفَرَ

“Hər kəs Allahın kitabı (Qur`an) və Peyğəmbər (s.ə.v.v)-in sünnəsi ilə müxalifət etsə şübhəsiz kafir olmuşdur.”

Deməli, şiələr hər bir sair islam firqələrindən öncə Peyğəmbər (s.ə.v.v) sünnəsinə dəyər verir. Bununla da şiələrin Peyğəmbər (s.ə.v.v) sünnəsi ilə yad olduğunu iddia edərək onları müttəhim edənlərin sözünün əsassız olduğu sübuta yetir.

ƏHLİ-BEYT HƏDİSLƏRİNƏ İSNAD ETMƏYİN DƏLİLLƏRİ

Şiələrin Peyğəmbər (s.ə.v.v) Əhli-beytinin hədisləri barəsindəki nəzərinin aydın olması üçün bu barədə bir neçə məsələni araşdırırıq:

a) Mə`sum rəhbərlərin hədislərinin mahiyyəti

b) Peyğəmbər (s.ə.v.v) Əhli-beytinə istinad etməyin zərurəti və e`tibarının dəlilləri.

İndi aşkar dəlillər əsasında və ixtisara riayət etməklə hər iki məsələni araşdırırıq.

PEYĞƏMBƏRİ ƏKRƏM (S.Ə.V.V) İTRƏTİNİN HƏDİSLƏRİNİN MAHİYYƏTİ

Şiənin nəzərində bəşəriyyət üçün şəriət və qanun qoymağa yalnız aləmlərin Rəbbi olan Allahın haqqı vardır. Belə ki, müqəddəs şəriətin hökm və qanunları da Allahın Öz Peyğəmbərinin vasitəsilə insanlara çatdırılır. Aydındır ki, Peyğəmbər (s.ə.v.v) yalnız vəhyin alınmasında və Allah ilə insanların arasında şəriət qoyulmasına bir vasitədir. Deməli şiələrin Əhli-beyt ¢ hədislərini öz fiqhi mənbələrindən biri hesab etmələrinin səbəbi bu deyildir ki, onun Peyğəmbər (s.ə.v.v) sünnəsi müqabilində müstəqil bir yol olduğuna inansınlaræ əksinə Əhli-beytin (ə) hədisləri yalnız buna görə mö`təbər sayılır ki, onlar Peyğəmbər (s.ə.v.v) sünnəsinin bəyan ediciləridir. Deməli şiənin mə`sum İmamlarının özlərindən heç bir sözü yoxdur, hamısı Peyğəmbər (s.ə.v.v) sünnəsindən ibarətdir.
Bu müddəanı isbat etmək üçün yaxşı olar ki, İmamların öz sözlərini qeyd edək:

1-İmam Sadiq (ə) ondan sual soruşan bir şəxsə belə cavab vermişdir:

مَهْمَا اَجَبْتُكَ فِيهِ بِشَيْءٍ فَهُوَ عَنْ رَسُولِ اللّهِ ¸ لَسْنَا نَقُولُ بِرَاينَا مِنْ شيءٍ

“Sənə verdiyim hər bir cavab Peyğəmbər (s.ə.v.v)-dəndir. Biz özümüzdən heç bir rə`y demirik.”

Başqa bir hədisdə buyurur:

حَدِيثِي حَدِيثُ اَبِي وَحَدِيثُ اَبِي حَدِيثُ جَدِّي،وَحَديثُ جَدِّي حَدِيثُ الْحُسَيْنِ،وَ حَدِيثُ الْحُسَيْنِ حَدِيثُ الْحَسَنِ، وَحَدِيثُ الْحَسَنِ حَدِيثُ اَمِيرِ الْمُؤْمِنِينَ وَ حَدِيثُ اَمِيرِ الْمُؤْمِنِينَ حَدِيثُ رَسُولِ اللّهِ¸ وَحَدِيثُ رَسُولِ اللّهِ قَوْلُ اللّهِ عَزَّ وَ جَلَّ

“Mənim sözüm atamın (İmam Baqirin) sözü, atamın sözü babamın (İmam Əliyyibni Hüseynin) sözü, babamın sözü Hüseyn ibni Əlinin, Hüseynin sözü Həsən ibni Əlinin, İmam Həsənin sözü Əmirəl-mö`minin, onun sözü Peyğəmbər (s.ə.v.v)-in sözü, Peyğəmbər (s.ə.v.v)-in sözü də böyük Allahın kəlamıdır.”

2-İmam Muhəmməd Baqir (ə) Cabirə belə buyurdu:

حَدَّثَنِي اَبِي عَنْ جَدِّي رَسُولِ اللّهِ¸ عَنْ جَبْرَئِيلَ عَنِ اللّهِ عَزَّ وَ جَلَّ وَ كُلَّمَا اُحَدِّثُكَ بِهذَا الآِسْنَادِ

“Atam mənim üçün babam Rəsuli Əkrəm (s.ə.v.v)-dən, o da Cəbrəildən, Cəbrəil də böyük Allahdan rəvayət etmişdir. Sənin üçün rəvayət etdiklərim bu sənəd əsasındadır.”

Qeyd olunan rəvayətlərə əsasən şiələrin mə`sum rəhbərlərinin hədislərinin mahiyyəti, yə`ni Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in sünnəsindən ibarət olması aydın olur.

PEYĞƏMBƏR (S.Ə.V.V) ƏHLİ-BEYTİNƏ İSTİNAD ETMƏYİN ZƏRURƏTİ VƏ E`TİBARININ DƏLİLLƏRİ

Sünnü və şiə mühəddisləri inanırlar ki, Peyğəmbər (s.ə.v.v) özündən sonra iki dəyərli əmanət qoyub getmiş, bütün müsəlmanları onlara tabe olmağa çağırmış, insanların hidayət və səadətini o ikisinə sarılmaqda hesab etmişdir. Bunlardan biri Allahın kitabı Qur`an, digəri isə Peyğəmbər (s.ə.v.v)-in Əhli-beyti və itrətidir. Burada nümunə olaraq bə`zi rəvayətləri qeyd edirik:

1-Tirmizi özünün “Səhih” kitabında Cabir ibni Əbdüllah Ənsaridən, Rəsuli Əkrəm (s.ə.v.v)-in belə buyurduğunu nəql edir:

يَا اَيُّهَا النَّاسُ اِنِّي قَدْ تَرَكْتُ فِيكُمْ مَا اِنْ اَخَذْتُمْ بِهِ لَنْ تَضِلُّواK كِتَابَ اللّهِ وَ عِتْرَتِي اَهْلَ بَيْتِي

“Ey insanlar, mən sizin aranızda iki şeyi əmanət qoyuram, əgər onlara sarılsanız heç vaxt yolunuzu azmazsınız: Allahın kitabı və mənim itrətim.”

2-Tirmizi həmin kitabda digər bir hədis nəql edir:

قَالَ رَسُولُ اللّهِ صَلَّي اللّهُ عَلَيْهِ وَ سَلَّمَ اِنِّي تَارِكٌ فِيكُمْ مَا اِنْ تَمَسَّكْتُمْ بِهِ لَنْ تَضِلُّوا بَعْدِي اَحَدُهُمَا اعْظَمُ مِنَ الآَخَرِK كِتَابَ اللّهِ حَبْلٌ مَمْدُودٌ مِنَ السَّمَاءِ اِلَي الآَرْضِ وَ عِتْرَتِي اَهْلُ بَيْتِي وَ لَنْ يَفْتَرِقَا حَتَّي يَرِدَا عَلَيَّ الْحَوْضَ فَانْظُرُوا كَيْفَ تَخْلُفُونِي فِيهِمَا

“Rəsuli Əkrəm (s.ə.v.v) buyurdu: Mən sizin aranızda iki şeyi əmanət qoyuram, əgər onlara sarılsanız məndən sonra heç vaxt yolunuzu azmazsınız. Onlardan biri digərindən üstündüræ Allahın kitabı asimanla yer arasında bağlılıq vasitəsidir, digəri isə mənim Əhli-beytimdir. Onlar “Kovsər” hovzunda mənə gəlib çatana qədər heç vaxt bir-birindən ayrılmazlar. Baxın görün, məndən sonra bu iki əmanətlə necə rəftar edəcəksiniz!”

3-Müslim ibni Həccac özünün “Səhih” kitabında Peyğəmbər (s.ə.v.v)-in belə buyurduğunu nəql edir:

اَلَا اَيُّهَا النَّاسُ فَاِنَّمَا اَنَا بَشَرٌ يُوشِكُ اَنْ يَاْتِيَ رَسُولُ رَبِّي فَاُجِيبَ وَ اَناَ تَارِكٌ فِيكُمْ ثِقْلَيْنِ اَوَّلُهُمَا كَتَابُ اللّهِ فِيهِ الْهُدَي وَ النُّورُ فَخُذُوا بِكِتَابِ اللّهِ وَاسْتَمْسِكُوا بِهِ فَحَثَّ عَلَي كِتَابِ اللّهِ وَ رَغَّبَ فِيهِ ثُمَّ قَالَK وَ اَهْلُ بَيْتِي اُذَكِّرُكُمُ اللّهَ فِي اَهْلِ بَيْتِي،اُذَكِّرُكُمُ اللّهَ فِي اَهْلِ بَيْتِي،اُذَكِّرُكُمُ اللّهَ فِي اَهْلِ بَيْتِي

“Ey insanlar, mən də bir bəşərəm, Allahın göndərdiyinin (Əzrail) mənim ardımca gəlməsi yaxındır. Mən də ona müsbət cavab verəcəyəm. Mən sizin aranızda iki ağır və dəyərli əmanət qoyuram. Onlardan biri Allahın kitabıdır ki, onda hidayət və nur vardır, Allahın kitabına sarılın! (Sonra camaatı Qur`ana rəğbətləndirib buyurdu:) Və (ikincisi də) Əhli-beytimdir. Sizi Əhli-beytimə (onların hüquqlarına riayət etməyə) tövsiyə edirəm (bu cümləni üç dəfə təkrar etdi).”

4-Mühəddislərdən bir qrupu Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in belə buyurduğunu nəql etmişlər:

اِنِّي تَارِكٌ فِيكُمُ الثَّقَلَيْنِ كِتَابَ اللّهِ وَ اَهْلَ بَيْتِي وَ اِنَّهُمَا لَنْ يَفْتَرِقَا حَتَّي يَرِدَا عَلَيَّ الْحَوْضَ

“Mən sizin aranızda iki ağır, dəyərli əmanət qoyub gedirəm. Biri Allahın kitabı Qur`an, digəri isə Əhli-beytimdir. Bunlar “Kovsər” hovzunda mənim yanıma gəlib çatana qədər heç vaxt biri-birindən ayrılmayacaqlar.”

Bu barədə mövcud olan hədislər həddindən artıq çoxdur və bu kiçik kitaba sığmaz. Böyük alim Seyyid Mirhamid Hüseyn bu rəvayətlərin sənədlərini “Əbəqatul-ənvar” kitabında (6 cilddə) bir yerə toplamışdır.

Qeyd olunan rəvayətlərdən aydın olur ki, Peyğəmbər (s.ə.v.v)-in Əhli-beytinə sarılmaq və onlara tabe olmaq Allahın kitabı və Peyğəmbər (s.ə.v.v) sünnəsi baxımından islamın zəruri məsələlərindəndir, Peyğəmbər (s.ə.v.v) Əhli-beytinin sözlərinə əhəmiyyət verməmək isə insanın azğınlığa düşməsinə səbəb olur. Belə bir sual yarana bilər ki, Peyğəmbər (s.ə.v.v)-in itrətivə Əhli-beyti kimlərdir ki, onlara itaət etmək Allahın fərmanı ilə bizə vacib olmuşdur?

Mö`təbər rəvayətlərə istinadən Peyğəmbəri Əkrəm (s.ə.v.v) Əhli-beytinin kimlər olduğunu araşdırırıq.

PEYĞƏMBƏR (S.Ə.V.V)-İN ƏHLİ-BEYTİ KİMLƏRDİR?

Qeyd olunan rəvayətlərdən aydın olur ki, Peyğəmbəri Əkrəm (s.ə.v.v) bütün müsəlmanları öz Əhli-beytinə tabe olmağa çağırmış, özündən sonra onları Qur`anla yanaşı insanların müraciət yeri kimi təqdim etmiş və tam aşkar şəkildə buyurmuşdur ki, “Qur`an və itrət heç vaxt bir-birindən ayrılmayacaq.”

Deməli, Əhli-beytin kimlər olduğunu araşdırmalıyıqæ belə ki, onlar Peyğəmbər (s.ə.v.v) tərəfindən Qur`anla yanaşı təqdim edildiyi üçün ismət məqamına malik olmalı və islam maarifinin zülal çeşməsindən bəhrələnməlidirləræ əks halda Allahın kitabından ayrılmış olacaqlar. Halbuki Peyğəmbər (s.ə.v.v) buyurmuşdur: “Qur`an və itrət Kovsər hovzunda mənə gəlib çatana qədər bir-birində ayrılmazlar.”

Beləliklə Əhli-beytin özləri və onların bariz səciyyələrinin dəqiq şəkildə tanınmasının zəruri bir məsələ olması aydınlaşır ki, bu da yalnız Peyğəmbər (s.ə.v.v) itrətindən olan şiə İmamları ilə uyğun gəlir.
İndi isə islam mühəddislərinin rəvayətlərinə əsaslanan dəlillərimizi bəyan edirik:

1-Müslim ibni Həccac “Səqələyn” hədisini bəyan etdikdən sonra yazır: “Yəzid ibni Həyyan Zeyd ibni Ərqəmdən soruşdu: Peyğəmbər (s.ə.v.v)-in Əhli-beyti kimlərdir? Onlar Peyğəmbər (s.ə.v.v)-in zövcələridirmi? Zeyd ibni Ərqəm cavabında dedi:

لَا وَ ايْمُ اللّهِ اِنَّ الْمَرْاَةَ تَكُونُ مَعَ الرَّجُلِ الْعَصْرَ مِنَ الدَّهْرِ ثُمَّ يُطَلِّقُهَا فَتَرْجِعُ اِلَي اَبِيهَا وَ قَوْمِهَا، اَهْلُ بَيْتِهِ اَصْلُهُ وَ عُصْبَتُهُ الَّذِينَ حُرِمُوا الصَّدَقَةَ بَعْدَهُ

“Xeyr (belə deyil)! Allaha and olsun, qadın bir zaman müddətində kişi ilə yanaşıdıræ kişi o qadına təlaq verə bilər, bu zaman o, atasının, qohum-əqrəbasının yanına qayıdar. Peyğəmbər (s.ə.v.v)-in Əhli-beyti o kəslərdir ki, əsl – yə`ni dərin qohumluq əlaqələrinə malik və onun ən yaxın adamlarından olsunæ o kəslər ki, Peyğəmbər (s.ə.v.v)-dən sonra sədəqə almaq onlara haramdır.”

Bu rəvayət göstərir ki, Peyğəmbər (s.ə.v.v)-in itrəti (onlara sarılmaq Allahın kitabına sarılmaq kimi vacibdir) dedikdə məqsəd o həzrətin zövcələri deyilæ onun Əhli-beyti cismi (fiziki) baxımdan o həzrətə mənsub edilməkdən əlavə, onunla mə`nəvi bağlılığa və xüsusi ləyaqətə malik olmalıdırlar ki, dünya müsəlmanlarının müraciət yeri kimi Qur`anla yanaşı qərar verilə bilsinlər.

2-Peyğəmbəri Əkrəm (s.ə.v.v) təkcə Əhli-beytin vəsfini bəyan etməklə kifayətlənmədi, onların sayının on iki nəfər olduğunu da aşkar şəkildə buyurdu. Müslim Cabir ibni Səmrətdən belə hekayət edir:

سَمِعْتُ رَسُولَ اللّهِ صَلَّي اللّهُ عَلَيْهِ وَ آلِهِ˝ وَ سَلَّمَ يَقُولُK لَا يَزَالُ الآِسْلَامُ عَزِيزًا اِلَي اِثْنَيْ عَشَرَ خَلِيفَةً ثُمَّ قَالَ كَلِمَةً لَمْ اَفْهَمْهَا فَقُلْتُ لِاَبِي مَا قَالَ؟ فَقَالَK كُلُّهُمْ مِنْ قُرَيْشٍ

“Rəsuli Əkrəm (s.ə.v.v)-in belə buyurduğunu eşitdim: “İslam on iki xəlifə ilə əziz olacaqdır.” Sonra bir söz dedi, amma mən onu başa düşmədim, atamdan “nə dedi?” deyə soruşduqda cavab verdi: Hamısı Qureyşdəndir.”

Müslim Peyğəmbər (s.ə.v.v)-dən digər bir hədis nəql edir:

لَا يَزَالُ اَمْرُ النَّاسِ مَاضِيًا مَا وَلِيُّهُمْ اِثْنَا عَشَرَ رَجُلاً

“İslam ümmətinə on iki nəfər hökmranlıq edincəyə qədər onların işləri ləyaqətlə ötüb keçəcəkdir.”

Bu iki rəvayət şiələrin dediyi “on iki İmam Peyğəmbər (s.ə.v.v)-dən sonra ümmətin həqiqi rəhbərləridir” - deyə sözlərinin düzlüyünə aşkar dəlildir. Çünki Peyğəmbər (s.ə.v.v)-in vəfatından bilavasitə sonra müsəlmanların bütün işlərində müraciət yeri sayılan, islamın əzəmət və şövkətinə səbəb olan on iki xəlifə yalnız Əhli-beyt İmamlarından ibarətdir və digər nümunəsi yoxdur. Belə ki, əgər müsəlmanların istilahında “raşidin xəlifələri” adı ilə tanınan dörd xəlifəni çıxsaq, tarixin şəhadət verdiyi kimi Bəni-üməyyə və Bəni-Abbas tayfalarından olan sair hakimlər özlərinin yaramaz əməlləri ilə islamın abır-heysiyyətini aparmış, islam ümmətini və müsəlmanları rüsvayçı vəziyyətə salmışlar. Deməli Peyğəmbər (s.ə.v.v)-in Qur`anla yanaşı qərar verib dünya müsəlmanlarının müraciət yeri kimi təqdim etdiyi Əhli-beyt dedikdə məqsəd o həzrətin Əhli-beytindən olan on iki İmamdan ibarətdiræ onlar Peyğəmbər (s.ə.v.v) sünnəsinin qoruyucuları və onun elminin daşıyıcılarıdır.

3-Əmirəl-mö`minin Əliyyibni Əbi Talib (ə) da müsəlmanların rəhbərinin Bəni-Haşimdən olmasını demişdir, bu da şiələrin Əhli-beytin tanınmasındakı sözlərinin düzgünlüyünə aşkar şəkildə dəlalət edir. O həzrət buyurur:

اِنَّ الآَئِمَّةَ مِنْ قُرَيْشٍ غُرِسُوا فِي هذَا الْبَطْنِ- مِنْ بَنِي هَاشِمٍ لَا تَصْلَحُ عَلَي مَنْ سِوَاهُمْ وَ لَا تَصْلَحُ الْوُلَاةُ مِنْ غَيْرِهِمْ

“İmamlar Qüreyşdən, Bəni-Haşim tayfasından qərar verilmişdir. Onlardan başqalarının insanlara vilayətə (rəhbərliyə) ləyaqəti yoxdur, digər hakimlərin rəhbərlikləri əsassızdır.”

NƏTİCƏ:

Rəvayətlərin məcmusundan iki həqiqət aşkar olur:

1-Peyğəmbər (s.ə.v.v) Əhli-beytinə sarılıb onlara tabe olmaq Allahın kitabına itaət etməklə yanaşı, vacibdir.

2-Qur`anın bərabəri və bütün müsəlmanların hər bir sahədəki mərcəyi (müraciət yeri) kimi təqdim olunan Əhli-beyt aşağıdakı xüsusiyyətlərə malikdir:

a) Onların hamısı Qüreyşdən, Bəni-Haşim tayfasındandır.

b) Onların hamısı Peyğəmbər (s.ə.v.v)-lə elə yaxınlığa malikdirlər ki, sədəqə onlara haramdır.

c) Onların hamısı ismət məqamına malikdirləræ əks halda əməli olaraq Qur`ani-Məciddən ayrılardılar, halbuki Peyğəmbər (s.ə.v.v) buyurur ki, o ikisi – Qur`an və itrət Kovsər hovuzunda mənə gəlib çatana qədər bir-birindən ayrılmazlar.

d) Onların sayı on iki nəfərdir ki, Peyğəmbər (s.ə.v.v)-dən sonra biri digərindən sonra müsəlmanların rəhbəri olmalıdır.

e) Bu on iki xəlifə islamın əzəmət və şövkətinə səbəb olur.

Rəvayətlərdə də qeyd olunan bu xüsusiyyətləri nəzərə almaqla aydın olur ki, Peyğəmbər (s.ə.v.v)-in “Əhli-beyt” dedikdə məqsədi (Peyğəmbər onlara tabe olmağı bütün müsəlmanlara tövsiyə etmişdir) o həzrətin itrətindən olan on iki pak İmamdır ki, şiələr də onlara tabe olaraq özünün fiqhi hökmlərini onlardan əxz etmələri ilə iftixar edirlər.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter