İnsanların İbadətlərİnİ yaşlılığa saxlamaları doğrudurmu?


Allah normal bir ağla və şüura sahib olan hər kəsi Quran əxlaqını yaşamaqla və dinin hökmlərini yerinə gətirməklə məsul tutar. Bu ibadətləri yerinə gətirən bir insan həm dünya həyatında gözəl bir həyat yaşayır, həm də sonsuz cənnət həyatını qazanır. İnsanın “gəncliyimi yaşayım, necə olsa ölməyimə yaxın ibadətlərimi də edər, axirəti də qazanaram” düşüncəsi ilə Allaha qarşı olan məsuliyyətini bilə - bilə saxlaması axirət həyatını əldən verməsinə səbəb ola bilir. Allah “Günah işlər görməkdə davam edərək ölüm yetişən anda : “ Mən indi töbvə etdim ” – deyənlərin və kafir olaraq ölənlərin tövbəsi qəbul olunmaz. Biz onlar üçün şiddətli bir əzab hazırlamışıq. ( Nisa surəsi, 18 ) ayəsilə inanlara bu həqiqəti xatırlatmışdır. Ayrıca unudulmamalıdır ki, heç kim ölümlə nə zaman qarşılaşacağını bilməz. Bununla belə insanın öləcəyi vaxtı bilirmişcəsinə ibadətləri yerinə gətirməyi bəlirli bir vaxta saxlaması şübhəsiz ki, böyük bir xəta olar. Ancaq ölümlə qarşılaşdıqdan sonra insan hər nə qədər peşman olub geri dönməyi istəsə də bir daha belə bir imkanı əldə edə bilməyəcəkdir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter