NAMAZI YÜNGÜL SAYIB QILMAQ FİKRİNDƏ OLMAMAĞIN BƏLALARI NƏDİR?


İslam Peyğəmbəri (s.ə.v.v.) buyurur: hər kim (istər kişi, istərsə də qadın) səhlənkarlıq edib namaz qılma- maq fıkrində olsa, Allah-Təala ona 17 bəla verər: 5-i dünyada, 3-ü ölən vaxt, 3-ü qəbirdə, 3-ü Qiyamətdə və 3-ü Sirat körpüsündən keçəndə. Dünyada: 1. Yaşayı- şında ruzi və bərəkət çəkilər. 2. Üzündən nur çəkilər. 3. İslam dinindən ona bəhrə çatmaz. 4. Saleh şəxslərin onun barəsində etdiyi duaları qəbul olunmaz. 5. Duası qəbul olunmaz. Qiyamətdə: 1. Heyvan surətində məş- hur olar. 2. Əməl məktubu soləlinə verilər. 3. Hesabı uzun çəkər. Sirat körpüsündə: 1. Allah, rəhmət nəzərini ona salmaz və (günahdan) paklanmaz. 2. Günahından əvəz qəbul olunmaz. 3. Hesabına görə min il saxlanılar sonra onu Cəhənnəmə daxil edərlər, Allah Quranda buyurur: (Cəhənnəm əhlindən soruşdular) Sizi Cəhən- nəmə salan nədir? Cavab verərlər: Biz namaz qılanlar- dan deyildik! (Müdəssir sur. 42-ci ayə). Ölən vaxtda: 1. Zillətlə can verər. Özündə elə ağırlıq hiss edər ki, sanki dağ altında qalıb və elə zəifləyər ki, sanki ona şallaq vurarlar. 2. Elə teşnə olar ki, əgər dünyanın bütün suy- unu içsə yenə doymaz. 3. Elə acar ki, əgər dünyanın bütün yeməklərini yesə yenə doymaz.
Qəbrdə: 1. Şiddətli qəm və qaranlıq. 2. Qəbr sıxıntı- sı və Qiyamətə qədər əzab. 3. Rəhmət mələklərinin müjdəsindən məhrumluq.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter