«ƏBCƏD HESABI» NƏDİR?


Yaxın və ürta Şərq, o cümlədən Azərbaycan klassik şairləri müəyyən şəxsin təvəllüd və vəfatı; bir əsərin yazılması, bir binanın tikilməsi, yaxud hər hansı mühüm bir hadisə haqqında yazdıqları şeirlərdə həmin tarixi qeyd edirlər. Belə qeydlər, eyni zamanda, bu sə- nətkarlarm qabiliyyət və istedadının xüsusiyyətlərindən biri hesab olunur. Bu cür şeirlərə «maddeyi-tarixli» şe- irlər, həmin tarixə isə «maddeyi-tarix» deyilir. Bu tarix bəzən açıq (hərf, heca, söz və ya sözlərlə), bəzən də «əbcəd hesabı» ilə şeirin müxtəlif yerlərində, çox vaxt isə sonunda qeyd olunur. Məsələn, Seyid Əzim Şirvani öz tərcümeyi-halma həsr etdiyi şeirində təvəllüd tarixini belə yazır:
Iki yüz əlli birdə bəd həzar,
Əsri-sultan Məhəmmədi-Qacar.
(1251-ci ildə Məhəmməd şah Qacar zamanı)
Burada tarix (hicri qəməri ilə) aydın sözlərlə ve- rilmişdir.
«Əbcəd hesabı» finikiyalıların əlifbası (sonralar ərəb əlifbası) əsasında qurulmuş, onlardan isə ərəblərə keçmişdir.
«Əbcəd» 8 kəlmə ilə ifadə olunan 28 hərfdən iba- rətdir. Həmin kəlmələrin birincisi «əbcəd» olduğu üçün buna əbcəd hesabı deyilir. Bu kəlmələrin düzülüşü aşağıdakı qaydadır:
1. Əbcəd; 2. Həvvəz; 3. Hütti; 4. Kələmən; 5. Sə- fəs; 6. Qərəşət; 7. Səxiz; 8. Zəziğ.
Bu kəlmələrin birinci hərfi əlifdən ( I ) doqqu- zuncu hərfi taya (-^) kimi tək-tək, onuncu hərfi yedən (tş) on səkkizinci hərfi sada (^) kimi on-on, on doqquzuncu hərfi qafdan (6) iyirmi səkkizinci hərfi ğeynə ( £_) kimi yüz-yüz qiymətinə malikdir.
Həmin hərflərin adları və qiymətləri aşağıda gö- stərilən qaydadır:
1. Əlif ( I ) - (-) - 1
2. Be (M) - (B) - 2
3. Cim fe) - (C) - 3
4. Dal (J) - (D) - 4
5. Ha (0 - (H) - 5
6. Vav (j ) - (B) - 6
7. Ze ( j ) - (Z) - 7
8. He (c) - (H) - 8
9. Ta ( ^) - (T) - 9
10. Ye ( ^ ) (Y, İ) - 10
11. Kaf ( -i I) sözlərini əbcəd qaydası ilə
hesablayıb üstünə də bir gəlsək (çünki şairin özü «bir» sözünü - yəni bir rəqəmini «iki aşiq» sözündən alınan rəqəmin üstünə gəlməyi qeyd edir), hicri-qəməri tarixlə 942-ci il, miladi ilə 1537-ci il alınır. Beləliklə, aydın olur ki, M.Füzuli «Leyli və Məcnun» poemasmı (miladi) 1537-ci ildə yazmışdır.
Q.Zakir Qarabağın Mehriban kəndindən olan yaxın dostu şair Baba bəy Şakirin vəfatına həsr etdiyi şeirində onun vəfat ilini aşağıdakı beytdə maddeyi- tarixlə belə qeyd etmişdir.
Müsibət salınan tarixi amma oldu «tarixim»
Köçüb ustad, Zakir, bihünər şagird mən qaldım.
Həmin beytdəki tarixim sözü əbcəd yolu ilə he- sablandıqda hicri-qəməri ili almır ki, bunu da miladi tarixə çevirdikdə 1845-ci ilə bərabər olur.
Q.Zakirin tərcüməyi-halmdan məlumdur ki, o, qoca yaşlarmda Qarabağ hakimi Tarxan Mauravov
tərəfindən həbs edilərək Bakıya sürgünə göndərilmiş, özünün şəxsi malikanəsi olan Xmdırıstan kəndi qarət olunmuşdur. Şair həyatında baş vermiş bu faciəli hadi- sənin «maddeyi-tarixi»ni aşağıdakı beytdə belə göstər- mişdir:
Nami-səkzadələri sərbəsər etdim ədad,
Düşdü tarix həmana «Tərxan mrof sək».
Həmin beytin ikinci misrasındakı «Tərxan mrof sək» sözləri əbcəd qaydası ilə hesablandıqda: T - «-W> = 9, r - «j » = 200, x - «£»=600, a - « I » = 1, n - «j » = 50, m - «f » = 40, r - «j » = 200, o - «j » = 6, f = » = 80, s - «^>» = 60, k - «<» = 20, 1266-cı hicri-qəmri ili alınır. Həmin ili miladi tarixinə çevirdikdə 1850-ci ilə bərabər gəlir.
Yuxarıda qeyd olunan məlumat «əbcədi-kəbir»ə («böyük əbcəd») aiddir. Bundan başqa, «əbcədi-səğir» («kiçik əbcəd»)də vardır. «Əbcədi-səğir»də on ikinci hərfə qədər (əlifdən lam-a kimi) hərflər öz qiymətində almır (hesablanır). Sonrakı hərflərin qiymətindən on iki-on iki atılır, artdığı hesablanır. Bəzi hərfdən on iki- on iki atılandan sonra artığı qalmır. Məsələn, «S»-in (sin-in) qiyməti 60-dır. Beş dəfə on iki atılanda artıq qalanı olmur. O, səbəbdən də «0» nəzərə almmır və he- saba daxil olmur.
Başqa cür hesablanan «əbcəd»lər də vardır ki, onlara ən çox təsəvvüf şeirlərində təsadüf olunur.
Klassik ədəbiyyatımızda başlıca olaraq və əksər hallarda «əbcədi-kəbir»dən istifadə olunmuşdur.*

(* Äzərbaycan klassik ədəbiyyatında işlədilən ərəb və fars sözləri lüğəti. Ä.M.Babayev, C.B.İsmayılzadə (Rəmzi), «Maarif» nəşriyyatı, Bakı, 1981)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter