Bütün yaxşı İşlərİn mükafatı on qat olurmu?


Cavab: Qur`an buyurur: “Kim yaxşı bir iş görərsə ona həmin işin on qat əvəzi verilər.(Ənam-16)”
Amma ən əsası bu işi görmək yox, onu qiyamət gününədək qorumaqdır. Verilmiş əmanəti yolda itirmək əmanətdarlıq deyil. Bir çox işlər xeyir hesab olunsa da son məqsədə çatmadığı üçün puça çıxır.
Xeyir işi görən adamın məqsədi özünü göstərmək, Allahdan qeyrisinin diqqətini cəlb etmək olsa, bu işin müqabilində axirət mükafatı yoxdur. Xeyir işi görən zaman və ya bu iş başa çatdıqdan sonra insan günaha yol verərsə, qazandığı savab əlindən çıxar.
Demək, əsas məsələ görülmüş xeyir işi axirət gününədək qorumaqdır. Yuxarıdakı Qur`an ayəsində də yaxşı iş görməkdən yox, yaxşı iş gətirməkdən danışılır.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter