Allah QURANDA MÜŞRİKLƏRİN ƏMƏLLƏRİNƏ NECƏ MİSAL çəkİR?


Qur᾿ani-Kərim müşriklərin şirklə qatışmış əməllərini belə mə᾿nalandırıb misal gətirərək, buyurur:
«[Həcc əməllərini yerinə yetirin] batildən haqqa dönərək yalnız Allaha təslim olduğunuz və Ona şərik qoşmadığınız halda! Allaha şərik qoşan kimsə, göydən düşən quşların onu sür᾿ətlə alıb apardığı, yaxud küləyin sovurub uzaqlara atdığı bir şeyə bənzər.(Həcc-31)»
Əslində bu ayədə, göy, tövhidə kinayədir. Şərik qoşmaq, insanın bu aləmdən aşağı düşməsinə səbəb olur. İnsan, bu uca məqamdan aşağı endikdə iki aqibətdən birinə giriftar olur: Ya yerə çatmamışdan əvvəl, leş yeyən quşların qida maddəsi olur, başqa sözlə desək, insan, tövhid sahəsindən çıxmaqla, hər birisi insanın varlığını məhv edən həva-həvəslər caynağına giriftar olur. Yaxud, tövhidi əldən verdikdən sonra salamat qalarsa, sonradan elə bir tufan burulğanına giriftar olur ki, bu tufan, insanı bir anda yerə çırpır. Belə ki, bədəni parça-parça olub, hər bir zərrəsi bir tərəfə düşür. Bu tufan sanki, həmişə insana yaxın Şeytana kinayədir.
Doğrudan da şirk qoşmağa, bundan daha gözəl və aydın bənzətmə ola bilərmi? Bir mətləbə də daha çox diqqət olunmalıdır. Bu gün sübut olunmuşdur ki, insan, azad şəkildə aşağı tullanan anda heç bir çəkisi olmur. İnsanın bu zaman fövqəl`adə iztirab hissi keçirməsi də, həmin çəkisizliyinə görədir.
Bəli! Hər kəs imandan çıxıb şirk qoşmağa tərəf gəlsə, sabit güvənc yerini əldən verər və onun ruhunda belə bir çəkisizlik əmələ gələr. Onun ardınca da, həmin şəxsə fövqəl`adə qəribə bir iztirab hissi hakim olar.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter