QURANDA FASİQ ALİMLƏRİN AQİBƏTİ HAQDA NƏ DEYİLİR?


Quranda öz elminə əməl etməyən alimlər ulağa və itə oxşadılıb. “Əraf» surəsinin 176-cı ayəsində Allah-təala günahkar alimin (Bələmi-baura) haqqında belə oxuyuruq:
فَمَثَلُهُ كَمَثَلِ الْكَلْبِ اِنْ تَحْمِلْ عَلَيْهِ يَلْهَثْ اَوْ تَتْرِكْهُ يَلْهَثْ
«Bu adamın itə oxşarı var: Onu qovsan da, sakit buraxsan da dilini çıxardıb elə hey ləhləyir».
«Cümə» surəsinin 5-ci ayəsində də oxuyuruq:
مَثَلُ الَّذِينَ حُمِّلُوا التَّوْراهَ ثُمَّ لَمْ يَحْمِلُوها كَمَثَلِ الْحِمارِ يَحْمِلُ اَسْفارا
«Tövratın hökmlərinə mükəlləf olub ona əməl etməyən şəxslər belində kitablar daşıyan ulağa bənzəyirlər».
“Əhzab» surəsinin 30-cu ayəsində isə Peyğəmbərin (s) zövcələrinin günah etmələri haqqında belə buyurulur:
يا نِساءَ النِّبِّي مَنْ يَأْتِ مِنْكُنَّ بِفاحِشَة مُبَيَّنَة يُضاعَفْ لَهَا الْعَذابُ ضِعْفِيْنِ

«Ey Peyğəmbərin zövcələri, sizlərdən hər biriniz aşkarda günah etsə, onun əzabı iki qat olacaqdır». Peyğəmbərin (s) arvadları cəmiyyətdə adlı-sanlı şəxslər olduqları üçün onların etdikləri günahın əzabı da artıqdır. Ayədə günahın aşkar edilməsinin vurğu ilə qeyd olunması aşkarda edilən günahın cəmiyyətə mənfi təsiri ilə bağlıdır.
Rəvayət olunub ki, bir kəs İmam Səccadın (ə) yanına gəlib ərz etdi:
اِنَّكُمْ اَهْلُ بَيْتٌ مَغْفُوراٌ لَهُ

«Siz Əhli-beyt Allahın bağışladığı şəxslərdənsiniz».
Həzrət bu sözdən narahat olub o şəxsin cavabında dedi:
«Sənin dediyin kimi deyil. Bizlərdən hər birimiz yaxşı iş görsə, ikiqat savabı var. Günah işə mürtəkib də olsa, onun iki qat əzabı var!»
Sonra O həzrət “Əhzab» surəsinin 30 və 31-ci ayələrini oxudu.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter