Acı hadİsələrlə qarşılaşarkən nə etməlİyİk?


Cavab: Süfrədə həm turşu və istiot, həm də konfet və mürəbbə ola bilər. Uşaqlar adətən şirin şeylərə üstünlük verirlər. Hansı ki, turş və acı şeylərin də faydası var. Bəs acı hadisələrin faydası nədir? Acı hadisələr diqqəti Allaha yönəldir, iste`dadı çiçəkləndirir, günahlar üçün cəza olur, ilahi ne`mətləri nəzərə çarpdırır.
Hadisələrə münasibətdə insanlar üç qrupa bölünür: kimi uşaq tək narahat olur, kimi gənclər kimi səbr edir, kimi də yaşlılar kimi ləzzət alır. Qur`ana əsasən, çətinliklərlə üzləşən vaxt kimi hay-haray salır, kimi səbr edir, kimisi də razı qalır.

Bir qrup şəxs İslam peyğəmbərinin hüzuruna gəlib, cihada getmək istədiklərini bildirdilər. Həzrət (s) onlara minik və qılınc olmadığını bildirdikdə çox narahat olub ağladılar da. Çətin hadisələrdən tədbir, səbr, ilahi yardım vasitəsi ilə qurtulmaq olar. Baxın, limon kimi turş meyvədən limonad kimi şərbət düzəldilir!
Bəli, mahir aşpaz hətta portoğal qabığından mürəbbə hazırlayır. Dünyada, demək olar ki, bütün tullantılar təkrar e`mala qayıdır.
Həzrət Zeynəb (ə) hətta öz əsirliyindən istifadə edərək zalımların səltənətini titrətdi. Yezid, İmam Səccadın nitqi eşidilməsin deyə, azanın ucadan deyilməsini tapşırdı. İmam isə həmin azanın cümlələrini elə təfsir etdi ki, eşidənlər təlatümə gəldi. Azanın “şəhadət verirəm ki, Məhəmməd Allahın rəsuludur” cümləsindən sonra buyurdu: “Ey Yezid! Bu Məhəmməd sənin babandır yoxsa mənim?! Bu əsirlər onun övladları deyilmi?!”
İmam Kazim (ə) zindana salındığı vaxt “nə yaxşı ibadət yeridir”-buyurdu. Bir çox alimlər öz dəyərli kitablarını məhz sürgünlərdə və zindanlarda yazmışlar.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter