DUADA NƏ ISTƏYƏK?


Duanın müstəsna əhəmiyyətini nəzərə alaraq, Allahdan nə istəmək daha yaxşı olar? Dua açarı ilə ilahi xəzinələri açan insan, şübhəsiz ki, həmin xəzinədən ən qiymətli şeyi götürməyə çalışmalıdır. Görən qızıl-gümüş, ləl-cəvahiratdan da dəyərli bir şey varmı bu xəzinədə? Sözsüz ki, dünya ne’mətlərinin istənilən hər biri həmişəlik deyil və dünyada qalasıdır. Əbədi ne’mətlər isə həmişə insanın istifadəsindədir. Xəzinədən götürdüyümüz ne’mət axirət ne’məti olsa, heç vaxt əldən çıxmaz. İnsanın dərdini daha da artıran dünya ne’mətlərinə aldanmamalıyıq. Allahdan əbədi, davamlı, faydalı ne’mətlər təmənna etməliyik. Əks-təqdirdə bir gün həmin ne’mətlərdən ayrılacaq və öz yanlış seçimimizə görə təəssüf edəcəyik.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter