QURANDA QULAĞIN GÖZƏ VƏ QƏLBƏ MÜQƏDDƏM OLMASININ SƏBƏBİ NƏDİR?


İndi də insanın qulağın yolu ilə təkamülə yetməsinə işarə edək. Qulağı, xüsusiyyət və quruluşu cəhətdən araşdırdıq. Qur᾿ani-kərimdə bir çox ayələrdə qulaq, göz və qəlbdən söz açılmışdır. Onların hamısında qulaq, gözə və qəlbə müqəddəm zikr olunmuşdur. Bu müqəddəmçiliyin səbəbini tapmaq olarmı? Əvvəlcə, bu ayələrin bə᾿zilərinə işarə etmişdik:
«De ki: Sizə göydən və yerdən kim ruzi verir? Qulaqlara və gözlərə sahib olan kimdir?(Yunus-31)\"
«Qulaq, göz və ürək –bunların hamısı sorğu-sual olunacaqdır!(İsra-36)»

Həmçinin, Nəhl surəsinin, 78, Mö᾿minun surəsinin 78, Bəqərə surəsinin 8, Fussilət surəsinin 20 və bir çox başqa ayələrdə qulaq, göz və qəlbə müqəddəm zikr olunmuşdur.
Alimlər elmi cəhətdən qulağın başqa əzalara görə üstünlüklərini zikr ediblər. O cümlədən, eşitməyin, ən az və çox fasiləsi min bərabər olduğu halda, bu fasilə görməklikdə çox azdır. Göz rənglərdən yalnız, müəyyən bir dəstə rəngi görə bilir. Məsələn, bənövşə rənginin əksini və qırmızıdan aşağı rəngi görə bilmir. Amma qulaq, ən aşağı və uzaq fasilə imkanında, yüzlərlə növ səsləri eşitməyə qadirdir. Ümumiyyətlə qulaq, 33300 növ səsi eşidib ayırmağa qadirdir.

Göz, bəşərin bu günə kimi ələ gətirə bildiyi 300 min rəngi görməkdən ötrü müxtəlif texnikalardan istifadə etməlidir. Halbuki, qulaq, xəstələnməyincə belə texnikaya ehtiyac yoxdur.
Həmçinin, göz, çox şiddətli nur bərabərində xətərə mə᾿ruz qalır. Belə ki, günəşin tutulmasına baxmaq, yaxud müxtəlif filmlər və televizor səhnəsi gözə əziyyət verir. Halbuki, yüzlərlə müxtəlif səslər qulağa ziyan vermir.
Nəhayət, gözün görmə meydanı məhduddur. Ancaq, qabağı və ya sağ-solu görə bilər. Halbuki, qulaq bütün altı cəhəti eşitməyə qadirdir. Bütün bunlar qulağı fizioloji cəhətdən gözə müqəddəm etməyin üstünlükləridir. Amma Qur᾿ani-kərimdə qulağın gözə müqəddəm olmasının əsas səbəbini qulağın nəfsin paklaşmasında nisbət üstünlüyünə görədir. Yə᾿ni, belə nəzərə gəlir ki, (ayələrə əsasən,) qəlbin və ruhun paklaşmasında qulağın rolu gözünkündən çoxdur.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter