QURANIN ƏN ÇOX ÜMİD VERİCİ AYƏSİ HANSIDIR?


Qeyd etdiyimiz \"Hud\" surəsinin 114-cü ayəsinin təfsirində \"Məcməul-bəyan\" təfsirinin müəllifi (Təbərsi), Əmirəl-mö`minin Əli (əleyhissalam)-dan maraqlı bir hədis nəql edir.
“Günlərin birində Həzrəti Əli (əleyhissalam) cəmiyyətə üzünü tutub soruşur: Bilirsiniz, Qur`anda ən ümidverici ayə hansıdır? Bə`ziləri dedilər: Budur: “Şübhə yoxdur ki, Allah özünə şərik qoşanları əfv etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlayar.(Nisa-48)” İmam buyurdu: Yaxşıdır. Amma, mən istədiyim ayə deyil. Bə`ziləri dedilər: Bu ayədir: “Hər kəs pis iş gördükdən və ya zülm etdikdən sonra Allahdan bağışlanmasını dilərsə, Allahın bağışlayan və mərhəmətli olduğunu görər.(Nisa-110)” İmam yenə buyurur: Mən istədiyim ayə deyil. Bə`ziləri dedilər: Bu ayədir: “De ki: Ey özlərinə zülm edən bəndələr! Allahın rəhmətindən ümidinizi üzməyin!(Zümər-53)” Həzrət buyurur: İstədiyim ayə deyil! Əhali soruşur: Bəs hansı ayədir? Həzrət buyurur: Ən ümidbəxş ayə, bu ayədir:
“Namazı gündüzün iki başında və gecənin əvvəlində qıl«“


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter