NƏFSİN TƏRBİYƏSİNDƏ MƏQSƏD NƏDİR?


Nəfsin tərbiyəsi dedikdə nəfsani bəlalardan qorunmaq nəzərdə tutulur. Nəfs bağbanın əkdiyi cavan ağac kimidir. Bağban gecə-gündüz onun qulluğunda durur, onu zərərverici həşəratlardan qoruyur. Nəfs də ağaca bənzəyir. İnsan bağban kimi ona qulluq etməlidir.


QƏLBİN SALAMATLIĞI ÜÇÜN NƏ ETMƏLİ?


Qiyamət günü insana nicat verə biləcək amillərdən biri də salamat qəlbdir. Mal və övladın isə insana faydası yoxdur. Pak qəlbin səmərəsi pak əməldir. Qiyamət səhnəsində nur saçar. İmam Səccad (ə) səlim qəlbi Allahın böyüklüyünü yada salaraq, İlahi inayətdə bilərdi.


GÜNAH İNSANLA NƏ EDƏ BİLİR?


Günah insan həyatına ən çox ziyan vuran amildir. İnsana həm mənəvi və həm də maddi ziyan vurur. Günahın insana vurduğu mənəvi ziyandan biri bəndə ilə Allah arasına fasilə salmasıdır.


XALİS TÖVBƏ EDƏNİN GÜNAHINI ALLAH NECƏ ÖRTƏR?


Tövbə - bir növ üzr və bağışlanmaq istəməkdir. Üzrxahlıq üç cür olur: ya insan deyir ki, mən etməmişəm, ya deyər ki, buna görə etmişəm, ya da deyər ki, mən etmişəm və pis iş görmüşəm, ona görə də onu tərk etmişəm. Bu axırıncı növ üzrxahlıq - həmin tövbədir. Fiqh elmində tövbə - günahı tərk etməkdir. Etdiyi günaha görə peşman olub, onu tərk etməyi qərara almaqdır.


BAĞIŞLAMAĞI NİYƏ ÖYRƏNMƏLİYİK?


Biz insanlar bilməliyik ki, intiqam almaq yerinə başqa bir iş görə bilərik ki, daha müsbət nəticələr gətirər. Bu, bağışlmaq və əfv etməkdir. O zaman ki, qarşı tərəfi bağışlayırsınız, onun kabusundan xilas olursunuz. Həyatınız daha aram və daha sakit olmağa başlayır. O zaman ki, qarşı tərəfi bağışlayırsınız, sizin daxilinizdə müsbət hisslər oyanar. Mühüm deyildir ki, o şəxs sizin bağışlamağınıza layiq olsun, yoxsa yox. Siz mənfi hisslərdən xilas olmağa layiqsiniz - mühüm olan budur.


QƏZƏBİMİZİ NECƏ YATİZDİRAQ?


Həm din alimləri, həm də psixoloqlar qəzəbi əksər pisliklərin açarı adlandırırlar. Onlar belə əqidədir ki, düzgün qərar çıxardan zaman sakit qəlbdən və sağlam ağıldan kömək almaq lazımdır. Qəzəb həm qəlbi öldürər və həm də ağlı işdən salar. Xeyir iş üçün yol qalmaz.


DOST NECƏ OLMALIDIR?


İnsanın bu dünyada yaxşı dosta çox ehtiyacı vardır. Onunla qəmini, qüssəni, sevincini bölüşmək, ondan faydalı məsləhətlər almaq istəyirsən və buna ehtiyac duyursan. Bu elə bir ehtiyac hissidir ki, onun yerini başqa bir şeylə doldurmaq olmur. Bu hiss yaşına və zamanına baxmır, insanın yarandığı ilk gündən bu ehtiyac hiss olunur.


İNSAN ÖZÜNÜ NECƏ İSLAH ETMƏLİDİR?


\"İnsan özünü necə islah etməli?\" sualına cavab vermək üçün bir neçə məsələyə diqqət yetirmək lazımdır:
1. Bədənin sağlam və gümrah olması üçün idman zəruri olduğu kimi, özünüislahetmədə də nəfslə mübarizə aparmaq zəruridir.


Təqvanı təşkil edən ünsürlər nələrdir?


Allah-taala təqva barəsində buyurur: “...Allah yanında ən hörmətli olanınınz Allahdan ən çox qorxanınızdır.”


BAXIŞLARI GÜNAHDAN KONTROL ETMƏK ÜÇÜN NƏ ETMƏLİYİK?


1- Allaha inam. Allaha etiqad və insanın Allah məhzərində olmağına yəqini olmasıdır. Allahın hər şeydən, eləcə də insanın daxilində baş verənlərdən xəbəri vardır. Bütün bunlar insanın baxışını kontrol etməsinə kömək edər. İmam Sadiq (ə) buyurur: “Günaha gözlərini bağlamaq - ancaq insanın qəlbində Pərvərdigarın əzəmət və cəlalını müşahidə etdikdən sonra mümkündür”.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 .