Qurani Kərimi Əbd olmaq istəyən mömin üçün hansı 4 göstərişləri buyurmuşdur?!


Ubudiyyət – bir insan üçün bəndəliyin ən zirvəsi və insanın təkamül nöqtəsidir. Ubudiyyət – Allahın pak zatı qarşısında təslim olmaqdır.
Ubudiyyət – heç bir şərt olmadan Məbuda tabe olmaqdır. Onun əmrlərini soğru-sualsız yerinə yetirməkdir. Bu cür insan həqiqi Məbudundan başqa bir şey düşünməz. Ancaq Onun yolunda addımlayar. Ondan qeyrisini unudar. “Ey (Bizim peyğəmbərimiz Muhəmmədə (s)) iman gətirənlər! Rüku və səcdə edin, Rəbbinizə ibadət edin və xeyir iş görün ki, bəlkə nicat tapasınız. (Bu ayə bütün şəriətlərin və ictimai xeyir əməllərin xülasəsidir)”. (“Həcc” 77).
Bu ayə möminlərə dörd göstəriş verir: 1. Rüku edin. 2. Səcdə edin. 3. Allaha ibadət edin. 4. Yaxşı əməl yerinə yetirin ki, nicat tapasınız...


Qurani Kərim haqqında 25-50-ci sualların cavabları - İkinci bölüm


...26) Sual: Hansı surə Quranın ürəyi adı ilə tanınmışdır? Cavab: “Yasin” surəsi (36-cı surə)
27) Sual: Quranın gəlini adı ilə tanınan surə hansıdır? Cavab: “ər-Rəhman” surəsi (55-ci surə)
28) Sual: İmam Hüseyn (əleyhis-salam) adı ilə tanınmış surənin adı nədir? Cavab: “əl-Fəcr” surəsi (89-cu surə)
29) Sual: O hansı surədir ki, onun ayələrnin sayı on dörd məsumun sayı qədərdir? Cavab: “əs-Səff” surəsi. (61-ci surə)
30) Sual: O hansı surədir ki, onun kəlmələrinin sayı on dörd məsumun sayı qədərdir? Cavab: “əl-Әsr” surəsi (103-ci surə)


Qurani Kərimin haqqında 1-25-ci suallara-cavablar ... Birinci bölüm


Әziz Quran aşiqləri! Quran haqqında olan bəzi ümumi məsələləri əldə etmək istədikdə aşağıdakı verilmiş sualların cavabına diqqət yetirə bilərsiz.
1) Sual: Quran neçə surədən ibarətdir? Cavab: Quran 114 surədən təşkil tapmışdır.
2) Sual: Quran neçə cüz (hissə)dən ibarətdir? Cavab: Quran 30 cüzdən ibarətdir.
3) Sual: Quran neçə hizbdən (hissənin qismindən) təşkil tapır? Cavab: Quran 120 hizbdən ibarətdir.
4) Sual: Quranın neçə ayəsi vardır? Cavab: Quranın 6236 ayəsi vardır.
5) Sual: Qurani-Kərim neçə hərfdən ibarətdir? Cavab: Qurani-Kərim 323671 hərfdən ibarətdir.


Qurani-Kərimin (ə) ayələrinə əsasən Elm imanın kamilliyində nə belə təsiri vardır?!


Elm imanın tamamlayıcısıdır! Elm bir çox hallarda imanın müqəddiməsi və tamamlayıcısıdır. Buna görə də \"Qurani-Kərim”də elm təriflənmiş və adı imanla yanaşı çəkilmişdir:
\"Allah da sizdən iman gətirənlərin və (xüsusilə) elm bəxş edilmiş kimsələrin dərəcələrini ucaltsın\" («Mücadələ»-11)
Bu mərhələləri tamamlamaqla məlum olur ki, elm və iman iki ifadədən əmələ gəlmişdir. Əgər iman eşq və ürfan ifadəsindəndir desək, doğru söyləmiş olarıq. Buna görə də
«Kümeyl» duasında oxuyuruq: \"İlahi! Məni əfv et. Ey mənim Mövlam, ey mənim Rəbbim, Sənin əzabına səbir edərəm, amma fəraqına necə səbir edim?\"
Bu aşiqin məşuqu ilə münacatıdır. Buna görə də harada imandan söz açılırsa, məhəbbət və eşq məsələsi də ortaya çıxır...


Cümə günü vəfat edənlər qəbir əzabından amanda qalarlar!


... Bəziləri də \"şəhidlər əzab görməyəcəksə, siddiqlər heç görməyəcək\" deyir. Allaha və Peyğəmbərə itaət edənlər (axirətdə) Allahın nemətlər verdiyi nəbilər (peyğəmbərlər), siddiqlər (tamamilə doğru danışanlar, etiqad dürüst, peyğəmbərləri hamıdan əvvəl təsdiq edən şəxslər), şəhidlər və salehlər (yaxşı əməl sahibləri ilə) bir yerdə olacaqlar. Onlar necə də gözəl yoldaşlardır! (\"Nisa\" surəsi, 4/69) Bəziləri də bunu cümə günü ölən siddiqlər və şəhidlər şəklində götürür.
Bir rəvayətdə \"Cümə günü ölən şəhid savab alır və qəbir əzabından qorunur\" deyilir. Hətta Acluni, Həraməyndə və Məkkə yolunda ölənlərə aid rəvayətlərdə buna əlavə edir. \"Ən doğrusunu Allah bilər\", - deyib Mübarəkfurinin fikrinə baxaq: \"Təbii ki, bütün bunları müqayisə etmək və ya bir fikir söyləmək bizim həddimiz deyil. Təslim olmaq və itaət etmək lazımdır. Çünki bunu söyləyən Rəsuli-Əkrəmdir (s).\"


Dünya malını puç sayıb ona görə həsrət çəkməmək haqda Qurani Kərimdən bir neçə ayə


Allah-təalanın həzrət Musaya üçüncü öyüdü bu idi ki, dünya və dünya ne’mətləri ona böyük görünməsin. Dünya malını böyük sayan insan adətən yoxsulları saya salmır, varlılara həsəd aparır. İnsan bilməlidir ki, dünya ne’mətləri nə qədər böyük görünsə də, Allahın nəzərində heçdir: \"De ki, dünya matahı cüz’i bir şeydir və axirət dünyası təqvalılar üçün daha da üstündür.”
Əgər mö’min qəbul etsə ki, hətta milyardlarla ölçülən dünya malı heçdir, var-dövlətə görə narahat olmaz, varlılara həsəd aparmaz. Belələrini yalnız axirət ne’mətləri düşündürür. Onlar yalnız Allahın razılığını qazanan mö’minlərə qibtə edirlər. Bəli, dünya malını heç sayan insan nə varlılara qibtə edir, nə də yoxsulları əskik sayır. O başa düşür ki, hamının yoxsul saydığı bir kəs Allahın nəzərində daha əziz ola bilər...


İMAN-ın mənası və mömin şəxsin nişanələri nələrdir?!


Allah-taala buyurur: \"İman gətirib imanlarını zülmlə qatışdırmayanlar əmin-amanlıqdadırlar. Haqq yola yönəlmişlər də onlardır!”
İman [kəlməsi] lüğətdə təsdiq mə`nasındadır, yə`ni inanmaq. Və təhqiq əhli arasında xas təsdiq mənasındadır və bu həmin təsdiqdir ki, qəti elm və Peyğəmbərin (s) buyurduqlarına qəlbi inam onunla hasil olur.
İmanın nişanələri: İmanın nişanəsi odur ki, insan bilməli olacağı şeyi bilməli, deməli olacağı şeyi deməli, etməli olacağı şeyi etməli və çəkinməli olacağı şeydən çəkinməlidir. Bütün bu dediklərimiz \"saleh əməl” adlanır və bəhs etdiyimiz təsdiq (iman) üçün lazımlı və artıb-azaltmaq qabiliyyətinə malikdir.
Və buna görə də saleh əməl hər yerdə imanla yanaşı zikr olunur. Necə ki, Allah buyurur: \"Yalnız iman gətirib yaxşı əməllər edən...(ziyanda olmayacaq...


Oxucuları maraqlandıran hansı sualların cavabını Qurandan soruşa bilərik!


19 suala Quran ayələrindən cavablar:
- Sən kitabsan? Quran: \"Bu, insanlar üçün bir açıqlama, doğru yolu göstərən rəhbər və öyüd-nəsihətdir.\" (Ali-İmran\" 138)
-Kim tərəfindən nazil olunub? Quran: \"(Ya Rəsulum!) Həqiqətən, Quran sənə hikmət sahibi olan, (hər şeyi) bilən Allah tərəfindən təlqin (vəhy təlim) olunur.\" (\"Nəml\"6)
-Nə üçün nazil oldun? Quran: \"Ey insanlar! Rəbbinizdən sizə bir öyüd-nəsihət, kökslərdə olana bir şəfa, möminlərə doğru yolu göstərən rəhbər və mərhəmət gəlmişdir.\" (\"Yunis\" 57)
-Kimə nazil oldun? Quran: \"Muhəmmədə haqq olaraq nazil oldu\" (\"Muhəmməd\" 2)
-Peyğəmbərin qarşısında üzərimizə hansı vəzifə düşür?
Quran: \"Peyğəmbər sizə nə verirsə, onu götürün, nəyi də qadağan edirsə, ondan çəkinin. Allahdan qorxun. Həqiqətən, Allah şiddətli cəza verəndir.\" (\"Həşr\" 7)...


Əbd olmaq istəyən Qurani Kərim mömin üçün hansı 4 göstərişi edir?!


... “Ey (Bizim peyğəmbərimiz Muhəmmədə (s)) iman gətirənlər! Rüku və səcdə edin, Rəbbinizə ibadət edin və xeyir iş görün ki, bəlkə nicat tapasınız. (Bu ayə bütün şəriətlərin və ictimai xeyir əməllərin xülasəsidir)”. (“Həcc” 77). Bu ayə möminlərə dörd göstəriş verir:
1. Rüku edin. 2. Səcdə edin. 3. Allaha ibadət edin. 4. Yaxşı əməl yerinə yetirin ki, nicat tapasınız.
Bəli, namaz – insanı kamala çatdıran ən mühüm ibadətdir. Ubudiyyətə gedən yol namazdan keçər. Bəndə əgər kamala çatmaq istəyirsə, gərək namaz qılsın və namazını kamilləşdirsin.
İman və saleh əməl isə insanı təkamül etdirən başqa bir amildir. Hədislərimiz buyurur ki, əgər behiştə yüksəlmək istəyirsənsə, bir qanadın iman və o biri qanadın saleh əməl olmalıdır. Ona görə də hər kim kamala çatmaq istəyirsə, gərək namazın ətəyindən yapışsın. İman və saleh əmələ malik olsun. İmanı gücləndikcə, saleh əməlləri də artacaqdır. Bu cür insan Allah bəndəsi olmağa layiqdir...


Qurani-Kərimdə kar və korlar deyildikdə, kimlər nəzərdə tutulur?


Əgər qəlb, daxilində olan rəzil sifətlərdən xilas ola bilməzsə, İlahi feyzdən məhrum qaldığı üçün möhürlənər. Bu cür qəlbin üzərində günahın qabarı və toz-torpağı əyləşər. Qəlbi kor və kar edər, nə görər və nə də eşidər. “Doğrudan da Biz cin və insanların çoxunu (sanki) Cəhənnəm üçün yaratmışıq. Çünki onların qəlbləri var, amma onunla (həqiqətləri) dərk etmirlər, onların gözləri var, lakin onunla (ibrət üçün) baxmırlar və onların qulaqları var, amma onunla (haqq maarifi) eşitmirlər.
Onlar heyvanlar kimi, bəlkə (onlardan) daha azğındırlar (çünki onlar inkişaf və təkamül istedadına malik olduqları halda, batil və puç yola gedirlər) və onlar həmin qafillərdirlər”. (“Əraf” 179).
Əlbəttə ki, burada kar və kor deyildikdə, zahiri cismin karlığı və korluğu nəzərdə tutulmur. Bunlar – batinə aid olan həqiqətdir. “Məgər onlar yer (üzün)də gəzib dolaşmayıblar ki, düşünən qəlbləri və ya eşidən qulaqları olsun?! Çünki əslində zahiri gözlər kor olmur, lakin sinələrdəki ürəklər kor olur”. (“Həcc” 46).
Həzrət Peyğəmbər (s) bu haqda buyurur: “Ən pis korluq – qəlb korluğudur”.


Geri123..31İrəli

© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 .