Müsəlmanın Qeybətini eşidənin vəzifəsi nədir?


Qeybət elə bir kəbirə günahdır ki, qeybət edən tənha halda onu yerinə yetirə bilməz. Ona görə də qeybəti eşidən də bu günahı yerinə yetirməkdə şərikdir.
O hal istisnadır ki, qeybəti eşidən, qeybət edənlə müxalif olar. Onu qeybət etməkdən saxlayar. O yerdə ki, onunla müxaliflik edə bilməz, gərək qeybəti eşitməkdən çəkinsin. Qəlbində qeybət edənə qarşı müxalif olsun.
Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim insanları, qardaşının olmadığı yerdə abırını aparmaqdan saxlayarsa, Allahın üzərindədir ki, Qiyamət günü onun abırını saxlasın”.
Ancaq əgər insan müxaliflik etmək yerinə, həmin insanın dedikləri ilə razı olarsa, qeybət edənin günahına şərik olar. Qiyamət günü onu da qeybət edən kimi cəzalandırarlar...


Hz Peyğəmbər (s) kimləri Ən paxıl, ən aciz və ən zülmkar xalq olaraq tanıtıdırır?!


Həzrət Peyğəmbər (s) buyurdu: Xalqın içində ən paxıl o adamdır ki, bir müsəlmanın yanından keçə, amma ona salam verməyə. Salam vermək elə bir şey deyil ki, onda da paxıllıq edəsən. Salam verməyin yüz savabı vardır. Onun doxsanı salam verənə, qalan onu isə salamın cavabını verənə çatır. Başqa bir cəhətdən salam vermək vəhdət və birlik yaradır. Xalqın ən tənbəli o adamdır ki, bekar ola, eyni zamanda da Allahın zikri ilə məşğul olmaya. Zikr etmək ki, çətin bir iş deyil. \"Kafi” kitabında rəvayət olunur ki, əgər bir adam gündə 100 dəfə \"la ilahə illəllah” desə, heç kəsin ondan çox əməli olmaz. Yalnız ondan çox \"la ilahə illəllah” deyənin əməli onun əməlindən çox olar.
\"Xalqın içində ən zülmkar adam o kəsdir ki, mənim, (yəni Həzrət Peyğəmbərin) adımı eşidir, lakin salavat çəkmir...


Sözgəzdirən insanların aravurma xasiyyəti hansı batini boşluqlardan qaynaqlanır?!


Söz gəzdirməyi yaradan amillər - Belə bir sual ortaya çıxır ki, insanın bu böyük günaha batmasına səbəb nədir? Cavab olaraq demək lazımdır ki, aşağıda qeyd olunmuş amillərdən biri söz gəzdirməyə bais olur:
1. İnsan haqqında danışdığı şəxsə qarşı bədgüman olub onu pisləyəndə;
2. Söz gəzdirmək vasitəsilə yanında pislədiyi şəxsə özünün ona qarşı mehribanlıq və dostluğunu göstərəndə;
3. İstirahət zamanı;
4. Boşboğazlıq və haqsız adamlarla həmsöhbət olmaq...


«Quran» və hədislər baxımından sözgəzdirənin aqibəti necə izah olunur?!


«Qurani-Məcid»də söz gəzdirməklə camaat arasında kin-küdurət və ədavət alovunu şölələndirən şəxslərə xəbərdarlıq edilib cəhənnəm əzabı ilə qorxudulur. Orada Əbu Ləhəbin Ümmü Cəmil adlı zövcələrindən biri barədə buyurulur: \"Onun odun daşıyan övrəti də həmçinin (cəhənnəmlikdir)\" («Təbbət»-4).
Peyğəmbər(s) buyurdu: -Aranızda kimin ən pis adam olduğunu sizə deyimmi? Ərz etdilər: -Bəli, ya Rəsulullah. Buyurdu: -Adamların ən pisi o şəxslərdir ki, söz gəzdirib dostlarının arasını vurur, saleh və namuslu adamlara eyib tuturlar.


Hz Peyğəmbər (s) qullarla yemək yeyərkən ona etiraz edən şəxsə nə cavab verdi?!


Mülayimliklə yanaşı olan idarəçilik və qayda-qanun: Peyğəmbər (s) qullarla oturub-dururdu, onlarla yemək yeyirdi. Bir gün yer üzərində oturub bir dəstə yoxsul adamla yemək yeyirdi. Səhra ərəblərindən olan və oradan keçən bir qadın təəccüblə soruşdu: \"Ey Allahın rəsulu! Sən qullar kimi yemək yeyirsən?\". Peyğəmbər (s) təbəssüm edib buyurdu: \"Vay olsun sənə! Hansı qul məndən daha artıq quldur?!\".
Sadə paltar geyinərdi, qarşısında hansı yemək olsaydı və nə hazırlansaydı, yeyərdi, xüsusi yemək istəməzdi. Xoşuna gəlmədiyi üçün heç bir yeməyi qaytarmazdı. Bütün bəşəriyyət tarixində bu xarakterlər bənzərsizdir. Yaxşı rəftarla yanaşı, o, zahiri və mənəvi təmizliyin və paklığın zirvəsində idi. Abdullah ibn Ömər deyir ki, Peyğəmbərdən (s) daha çox bağışlayan, daha çox kömək edən, daha çox şücaətli və daha işıqlı bir kəs görmədim...


İmam Əlinin (ə) İslam ümmətinə vəsiyyəti hansı məsələlər üzərində olmuşdur?!


Həzrət Əmirəl-möminin (ə) vəsiyyətlərinin birində belə buyurur: \"Sizlərə vəsiyyət, nəsihət edirəm: Allaha yaxşı bəndəçilik edib, etdiyiniz günahların əzabına görə Allahdan qorxun, özünüzə təqvalı olmağı adət edin. İkiüzlü, münafiq sifətli şəxslərdən uzaqlaşın. Onların yalan danışığı, cilvəli, hiyləli əməlləri sizləri aldatmasın. Onu bilin ki, onlar insanları düz, haqq olan yoldan uzaqlaşdıran, Allahın dinindən xaric olmuş və başqalarını da bu yoldan uzaqlaşdıran, özləri xəta edən, başqalarını da xəta eməyə məcbur edənlərdirlər.


İmam Sadiq (ə) sukut etməyin fayda və təsirləri haqda nələr buyurmuşdur?!


İmam Sadiq(ə) sükutun faydaları haqda buyurur: \"Sükut həqiqət əhlinin məsləki, dünyanın sabit və dönməz həqiqətlərinə bəsirət gözü ilə baxanların şüarıdır. Məhz elə şəxslər həqiqətlərdə qabaqcıl olmuş, yazılmamış kitablardan oxunulmamış uzun müddətli təhqiqatlar aparmış, həqiqətləri üzə çıxarmışlar.\"Sonra sükutun fayda və təsirlərini sadalayaraq buyurur:
1.Sükut bütün rahatlıqların açarı, dünya və axirətin asayişidir.
2.Sükut Allah razılığına səbəb olur.
3.Sükut Qiyamət günü haqq-hesabın yüngül olmasına səbəbdir.
4.Sükut xəta və uçurumlardan qorunmaq vasitəsidir...


Allah Taala (c.c) Hz Adəmə (ə) cəhənnəmi kimlər üçün xəlq etdiyini buyurdu?!


Allah təala Adəm peyğəmbərə belə buyurur: Ey Adəm övladı!Cəhənnəmi xəlq etməmişəm,məgər kafirlər,paxıllar,söz gəzdirənlər üçün xəlq etmişəm.
Allah təala Qurani-kərimdə belə buyurur:
\"(Ey Adəm!) hər bir həsəd edən şəxslərinn həsəd edici,işlərindən sənə pənah gətirirəm.(Yəni belə həsəd, paxıllıq edən şəxslərin şərrindən məni hifz et.)\"
Başqa surədə belə buyurur: (Ya Peyğəmbər) De ki: Pənah aparıram insanların Rəbbinə) Gizlində vəsvəsə edən şeytanın şərrindən. O şeytan ki, insanların ürəklərində vəsvəsə yaradar.O şeytan ki, cinlərdən olsun, istər insanlardan.\"


Adəm övladı nə qədər qocalsa da hansı iki xasiyyət onda cavanlaşar?!


Belə nəql edirlər ki, bir gün Harun Ər-Rəşid öz yaxın işçilərini bir yerə yığıb belə deyir:
Ürəyim istəyir bir şəxsi tapasınız ki, Rəsuli Əkrəm (s)-ı görüb və O həzrətdən eşitdiyi hədisi mənə nəql etsin. (Harun Ər-Rəşid xilafəti 170 h.q. ilində oluşdur. Peyğəmbər (s)-ı görən bir şəxs olsaydısa xeyli qoca olardı). Harunun məxsus adamları belə bir şəxsi tapmaq üçün hər yerə nümayəndələr göndərdilər. Tamamilə haldan düşmüş, zəif bir qoca kişi tapıb ehtiyatla yumşaq zənbildə Harunun xidmətinə gətirirlər. Harun qoca kişidən soruşur: Peyğəmbəri görüb bir söz eşitmisən? Belə cavab verir:
Uşaq idim atam əlimdən tutub həzrətin xidmətinə apardı. Ondan sonra peyğəmbəri görməmişəm. Harun soruşur: O gün peyğəmbərdən bir söz eşidib yadında saxlamısan ya yox? Belə cavab verir: ...


Hz Əli (ə) Çirkin nəfsin insana verə biləcəyi bədbəxtçiik haqda nə buyurmuşdur?!


\"Bu dünyada hər bir şəxsə çirkin nəfsinin istəyi onun sağlam ağlına qələbə çalsa onun rüsvayçılığı aşkar olar.\"
(Yəni hər bir günah qarşısında özünü saxlaya bilməyib hər bir haram qarşısında göz yumub keçə bilmədiyi halda özü öz üzünə rüsvayçılıq qapısını açar)
Allah təala bizləri çirkin nəfsimizə həmişə qələbə çalanlardan qərar versin.Amin! * * *
Allahın Rəsulu (s) ailə quranlar barədə belə buyurur: \"Hər bir şəxs qadının malına-dövlətinə görə onunla ailə qursa,Allah təala ancaq malın-dövlətin məhəbbətin o şəxsə verər. Əgər qadının gözəlliyinə,camalına görə evlənsə,bütün acığı gəldiyi və ya xoşlamadığı xususiyyətləri belə ailəsinə baxanda görər.
Amma hər bir şəxs dininə,abrına,həyasına görə həyalı,abırlı qadınla evlənsə,Allah təala bütün yaxşılıqları,məhəbbəti onlar üçün qərar verib,onların arasında mehribanlıq icad edər...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 .