Axirət əhli olmaq üçün Loğman Həkimin 2 tövsiyəsi nələr olmuşdur?!


Loğman oğluna deyir: “Oğlum! Dünyada iki şeyə riayət et ki, axirət əhlindən olasan:
1. Yaxşı yoldaş tap ki, səni axirət əhlindən etsin. Çünki əgər şər yoldaş tapsan, onunla əyləşmək səni cəhənnəm əhlindən edəcəkdir.
2. Dünyada sənə çatana qənaət et ki, sağlam yaşayasan”.
Qiyamət günü olan zaman bir dəstə deyəcəkdir: “«Vay olsun mənə! Kaş (mənim azmağıma səbəb olan) filankəsi (özümə) dost tutmayaydım»”. (“Furqan” 28).
İnsanın nəfsinə bir çox şeylərin təsiri vardır. Onlardan biri də insanın yoldaş olduğu insanlardır. İnsan istəsə də, isməsə də təsir qəbul edəndir. Fikirlərinin əksər hissəsini yoldaşları tərəfindən əldə edər. Bi mövzu həm elmi, həm təcrübə yolu isə isbat edilmişdir...


Hz Suleyman (ə) Qarışqanın necə və nə haqda dua etdiyini eşitdi?!


Həzrət Süleymanın (ə) zamanında yağış yağmadığına görə qəhətlik yaranır. İnsanlar Ondan istəyirlər ki, yağış yağması üçün namaz qılsın. Hz Süleyman (ə) onlara deyir ki, sabahı günü namaz qılmaq üçün hamımız səhraya gedək. O günün sabahısı insanlar toplaşır və səhraya tərəf hərəkət edirlər. Yol gedən zaman Süleyman (ə) görür ki, bir qarışqa ayaqlarını torpağa dayayıb, əllərini yuxarı qaldıraraq, belə dua edir: “Allahım! Biz Sənin məxluqlarınıq. Sənin ruzindən ehtiyacsız deyilik. Bizləri insanların günahlarına görə həlak etmə!”. Həzrət Süleyman (ə) üzünü insanlara çevirir və buyurur: “Geri qayıdın, Allah sizi qarışqaya görə sirab edəcəkdir”. Həmin il o qədər yağış yağır ki, o cür yağışı heç bir ildə görməmişdilər.


Allahın nemətləri qarşısında şükür etməyin mümkün olub-olmaması haqda Hz Davud (ə) nə buyurmuşdur?!


Həzrət Davud (ə) belə ərz edir: «Pərvərdigara! Sənə necə şükür edim ki, şükür etməyim özü də bir nemətdir və ikinci bir şükrə ehtiyaclıdır ...» Allah buyurdu: «Ey Davud! Əgər hər bir nemətin mənim tərəfimdən əta olunduğunu anlamısansa, elə şükür etmisən».
Yuxarıda deyilənlər dil şükrünə aid idi. Şükrün ən üstün mərtəbəsi isə əməli şükürdür. Həqiqi iman qazanmaq, saleh işlər görmək, gözəl əxlaqa sahib olmaq, bütün haramlardan çəkinmək əməli şükrün nümunələridir...


Allah Taala (c.c) Hz Adəmə (ə) buyurdu: İşlər dörd şeyə qayıdır!


Allah tərəfindən bəşərin atası Adəm ə-a vəhy oldu: Bütün mətləblər, xeyr işlər dörd kəlmədə yerləşibdir. Adəm əleyhis-salam ərz etdi: O dörd şey nədir? Allah-Taala buyurdu: Biri Mənə aiddir, biri sənə aiddir, biri sən ilə xalqa aiddir, o biri isə Mənimlə sənə aiddir.
Birinci, Mənə aid olan şey budur ki, Mənə ibadət edəsən, Mənim üçün şərik qərar verməyəsən. İkinci, sənə aid olan şey budur ki, ehtiyacın olan şeyi sənə verəcəyəm. Üçüncüsü, səninlə xalqa aid olan şey budur ki, necə ki, ürəyin istəyir xalq səninlə rəftar etsin, eləcə də sən xalqla rəftar et! Dördüncüsü, mənimlə sənə aid olan şey budur ki, sən gərək dua edəsən mən də qəbul edim. Gəda yalvarmaq bacarmırsa ev sahibinin günahı nədir? Allahdan başqa hər bir şeyi ürəkdən çıxartmaq duanın şərtidir...


İlahi Peyğəmbər (ə.s) və imamlardan hansı 40 möcüzə və kəramət nəql olunmuşdur?!


Həzrət İbrahim (ə)-ın möcüzəsi: 1-Allahın iznilə quşları diriltməsi. 2-Atəşin ona soyuq olması.
3-İti bıçağın həzrət İsmail (ə)-ın başını kəsməməsi və onun əvəzinə asimandan göndərilən bir qoyunun qurbanlıq edilməsi.
Həzrət Nuh (ə)-ın möcüzəsi: 4-Möminlərə nicat verən, kafirləri isə qərq edən gəmi.
Həzrət Hud (ə)-ın möcüzəsi: 5-Güclü külək nəticəsində Hud qövmünün həlak olması.
Həzrət Saleh (ə)-ın möcüzəsi: 6-Dağın içindən diri dəvənin çıxarılması.
Həzrət Lut (ə)-ın möcüzəsi: 7-Səmadan Lut qövmünün üstünə kiçik daşların tökülməsi...


Hz Xızr Nəbi (ə) Hz Musadan (ə) ayrılan zaman hansı tövsiyələrə əməl etməyi tapşırdı?!


Хızır pеyğәmbәrin (ә) ахırıncı vәsiyyәti - İmаm Sәccаd (ә) buyurub:
\"Хızır pеyğәmbәrin (ә) Musаya (ә) ахırıncı vәsiyyәti bu idi: \"Hеç kimi günаhınа görә mәzәmmәt еtmә.”
Pеyğәmbәr (s) buyurub: \"Hәr kәs qаrdаşının еyibini görüb оnu gizlәdәrsә, sаnki, diri-diri bаsdırılmış qızı (cаhillik dövrünün аdәti) dirildәn kimidir.” \"Hәr kәs din qаrdаşının еyibini örtsә, Аllаh dа ахirәtdә оnun еyiblәrini örtәr...


Allah-Taala (c.c) Əxlaq və ədəb-ərkanda kimə oxşamağı buyurmuşdur?!


Allah-təala \"Qurani-kərim\"də möminlərə öz yaşayışlarında və hər bir həyat tərzlərində kimlərdən təqlid etmələrini belə bəyan edərək buyurur:
\"İbrahim və onunla birlikdə olanlar möminlər sizin üçün gözəl ülkü və örnəkdir.\"
(Yəni bütün yaxşı əməllərdə İbrahim peyğəmbər (ə) və ona iman gətirənlərin əməllərinə uyğun əməl etməyimiz lazımdır.)
Başqa yerdə belə buyurur: \"Həqiqətən Allahın Rəsulunun yaşayış tərzi (bütün hərəkəti, davranışı, əxlaqı...) sizlər üçün gözəl nümunədir...


Hz Peyğəmbər (s) Ayətəl-Kursini oxumağın dəyər və savabı haqda nə buyurmuşdur?!


Ayətəl Kürsinin fəzilətləri: Peyğəmbər (s.a.s) buyurur: Quranın ən əzəmətli ayəsi Ayətəl kürsidi. Merac gecəsi iki bükülmüş səhifə göründü. Birində Fatihə surəsi, o birində isə bütöv Quran yazılmışdır. Bu iki lövhədən üç nur saçırdı. Cəbrayil (ə)-dan soruşdum ki, bu nurlar nədir? Cəbrayil (ə) dedi: Bu nurun biri İxlas surəsi, ikincisi Yasin surəsi, üçüncüsü isə Ayətəl kürsidir. Ayətəl kürsi oxunan evə 30 gün şeytan, 40 gün sehirbaz daxil ola bilməz. Ayətəl kürsi nazil olan gecə şeytan özündə qorxu hiss etdi. Mədinəyə gəlib bir kişidən soruşdu: Bu gecə nə hadisə baş verib? Kişi cavab verdi:
Bu gecə Ayətəl kürsi nazil olub İmam Baqir (ə) buyurmuşdur. Kim bir dəfə Ayətəl kürsini oxusa, Allah ondan 1000 dünya 1000 axirət bəlasını dəf edər... dünya bəlalarının ən asanı olan kasıbçılıq, axirət bəlalarının ən asanı isə qəbir əzabını yüngülləşdirər.


Allah-Təala (c.c) sadə yaşayış və şöhrətdən uzaq durmaq haqda Hz Musaya (ə) nə buyurmuşdu?!


Allah dostlarının sadə yaşayışı və şöhrətdən qaçması: Allah-təala həzrət Musaya tövsiyə edir ki, təzə yox, köhnə libas geyinsin. Bəli, mö’min bir tərəfdən zahiri dəyərlərə uymamalı, digər bir tərəfdən bilməlidir ki, sadə libas ondakı təvazö halını gücləndirəsidir. Adətən, insanlar təzə və qiymətli libas geyənlərə qibtə ilə baxır. Təzə və qiymətli libas geyinən şəxs başqalarının ona olan diqqətinin artdığını görüb daha artıq bəzənməyə çalışır. Bu halda onun qəlbindəki Allah qorxusu zəifləyir. Sadə və köhnə libasa isə heç vaxt əhəmiyyət verən olmur. İnsan bu qəbil libaslarda başqalarının diqqətini cəlb etmir, zahirinə görə sevinmir. Onun üçün ilahi və mə’nəvi gözəlliklər cəvahir gözəlliyindən çox dəyərlidir. Bu qəbil insanlar üçün gözəl libas kimi dünya cazibələri əhəmiyyətsizdir. Onlar çalışırlar ki, xalqın diqqətini cəlb etməmək üçün təzə libaslar geyməsinlər. Onlar əmindirlər ki, təkamül fikrində olanlar üçün xalq diqqəti böyük bəladır...


Sülеymаn ibn Yәsаr Kəbə ziyarətində Yuxusunda hansı peyğəmbəri görərək ondan nə haqda soruşdu?!


Sülеymаn ibn Yәsаr tәqvаlı bir kişi idi vә fövqәlаdә gözәlliyә mаlik idi. О, Mәdinәdә yаşаyırdı. Bir gün dоstu ilә Kәbәnin ziyаrәtinә gеtdilәr. Оnlаr Әbvаyа çаtdılаr. Dоstu yеmәk аlmаq üçün bаzаrа gеtdi. Sülеymаn хеymәdә оturmuşdu.
Birdәn bir qаdının gözü Sülеymаnа sаtаşdı. О, Sülеymаnа аşiq оldu vә üzündәki niqаbı аçdı. Еlә bil hicаbın аltındа bir аy pаrçаsı gizlәnmişdi. Qаdın оnа dеdi: Mәnә bәхşiş еt. Sülеymаn gümаn еtdi ki, о yеmәk istәyir. Qаdın dеdi: Yеmәk istәmirәm. Mәni kаmа yеtirmәni istәyirәm. Sülеymаn utаndı vә dеdi: Sәni şеytаn mәnim yаnımа göndәrib? Sоnrа аğlаdı. Qаdın yеnә dә üzünü örtüb gеtdi. Dоstu qаyıdıb, nә hаdisә bаş vеrdiyini sоruşdu. Sülеymаn \"övlаdlаrım yаdımа düşüb”—dеdi. Dоstu dеdi: Yох, bеlә dеyil, mütlәq bir hаdisә bаş vеrib. Çох isrаr еdәndәn sоnrа Sülеymаn hаdisәni dаnışdı. О dа аğlаmаğа bаşlаdı...


Geri123..25İrəli

© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 .