İslam əxlaqında Həsəd ilə qibtənin fərqi nədir?!


Həsəd – xarlıq və özünü alçaq görməkdir ki, həsəd aparan özündə hiss edər. Onun ardınca arzu edər ki, başqaları malik olduqları nemətdən məhrum olsunlar. Həmin nemət ona çatsa da, çatmasa da. Bəs həsəd ilə qibtənin fərqi nədədir? Qibtə – elə bir ruhiyyədir ki, insan istəyir ki, başqalarının malik olduqları yaxşı sifətlərə o da malik olsun. Ancaq həmin şəxsin və onun malik olduqlarının məhv olmasını arzu etməz. Bəs həsədin amilləri hansılardır?
1. Batini xəbislik. Bəzi insanların batini o qədər xəbisdir ki, başqalarını nemət içində görməyə taqətləri yoxdur.
2. Xarlıq hiss etmək. Özlərini xar və kiçik hesab edərlər. Başqalarının kamalını görməyə taqətləri olmaz...


Başqalarının sirrini öyrənmək olarmı?


O kəs ki, insanlara qarşı bədgüman olar, onun sirlərini öyrənməyə çalışar ki, öz bədgümanlığı üçün şahid əldə etsin. O, bu yolla başqalarının əmin-amanlığını xətərə salmış olar.
İnsanların sirrini açmağa çalışmaq, əslində sui-zəndən qaynaqlanır. Nəticədə sui-zənni gücləndirər.
Həzrət Peyğəmbər (s) buyurur: “Ən pis insanlar – bəd güman bəsləyənlər və bədgümanların ən fasidi isə insanların sirrini açmağa çalışanlardır. İnsanların sirrini açmağa çalışanların ən alçağı – onların ən çox danışanıdır”. İnsanların sirrini açmağın təsirləri. İnsanların sirrini açmağın həm fərdi və həm də ictimai təsirləri vardır. Bu təsirlərə nəzər salaq. 1. Cəmiyyətin əmin-amanlığı təhlükəyə düşər. Əgər cəmiyyətdə insanların sirrini açmaq hissi güclənərsə, insanların ictimai əmin-amanlığı təhlükəyə düşər. Etimad, dostluq və qardaşlıq insanları tərk edər. O kəs ki, başqalarının eybini açmağa çalışar – özünə dost tapa bilməz. İmam Sadiq (ə) buyurur: “İnsanların sirrini açmağa çalışma ki, dostsuz qalacaqsan”...


Çirkin sözlər və söyüş insana birinci hansı pislikləri gətirər?!


Çirkin sözlər çirkin insanları cəzb edər! Söyüş söymək və dilə pis söz gətirmək – rəzil sifətlərdəndir ki, möminin şəninə yaraşmır və onun məqamını aşağı salır.
Və əgər hansısa cahil pis sözü Məsumların (ə) ünvanına söyləyirsə, bu, artıq ağır cinayətdir, küfrdür. Dinizmiz buyurur ki, Məsumların (ə) ünvanına layiq olmayan sözü demək – Allaha pis söz deməyə bərabər edilir. Hər kim Allaha pis söz deyər – şirk edər, hər kim Peyğəmbərə (s) pis söz deyər – Allaha küfr edər. Bu səbəbdəndir ki, Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim Əlini (ə) söyər – məni söymüş olar. Hər kim məni söyər – Allahı söymüş olar”.
Dinimiz ölülərə belə pis söz deməyi qadağan edir. Belə ki, Peyğəmbərimiz (s) buyurur: “Ölülərinizə söyməyin. Çünki onlar qabaqcadan göndərdiklərinə çatıblar. Əgər mömindirsə, dirilər kimi ona söyüş söymək caiz deyildir...


İnsanda hansı əxlaqi xüsusiyyətlər onu peşiman və başı aşağı olmaqdan qoruyar?!


İmam Cavad (ə) buyurur: “Üç şey vardır ki, hər kim ona malik olar, peşman olmaz:
1. Tələsməkdən çəkinmək. 2. İşlərdə məsləhət etmək. 3. Bir işin qərarını verən zaman Allaha təvəkkül etmək”.
Mübarək dinimiz bizə ən yaxşı və ən pis insanları tanıdır.İmam Həsən Müctəba (ə) buyurur: “İnsanlar dörd dəstədirlər:
1. O dəstə ki, əxlaqları vardır, ancaq dünyadan (bəhrələri) yoxdur. 2. O dəstə ki, dünyadan bəhrələri vardır, ancaq əxlaqları yoxdur.
3. O dəstə ki, nə (dünyadan) bəhrələri vardır, nə də əxlaqları. Onlar – ən pis insanlardırlar. 4. O dəstə ki, həm əxlaqları vardır və həm də dünyadan bəhrənirlər – onlar ən yaxşı insanlardırlar”....


İslam maarifinə əsasən İnsanlarla münasibəti yaxşı etmək üçün 6 tövsiyə nələrdir?!


Gözəl əxlaqa malik olmaq üçün bəzi məharətləri əldə etməyə çalışmaq lazımdır. Bu məharətlər ilə tanış olaq:
1. Qulaq asmağı bacarmaq. İnsanın nəfsini islah etməsində qulaq asmağı bacarmağın rolu böyükdür. Biz qarşı tərəfə cavab vermək üçün, onun dediklərinə diqqətlə qulaq asmağı bacarmalıyıq. Nə zaman kiminsə bizimlə dərdləşməyə ehtiyacı olur, o zaman həm gərək ona qulaq asaq və həm də onunla həmdərd olmağa çalışaq. \"Onların bəziləri Peyğəmbəri incidir və «o, (başdan-başa) qulaqdır (hər bir kəsin sözünü qəbul edir)!» deyirlər. De: «O, sizin üçün yaxşı bir qulaqdır, (bütün danışıqlarında) Allahı təsdiqləyir, möminlərə etimad göstərir və sizdən iman gətirənlər üçün bir rəhmətdir». Allahın Peyğəmbərini incidən kəslər üçün ağrılı bir əzab olacaqdır”. (“Tövbə” 61).
Bu ayə bizə örnək olaraq Həzrət Peyğəmbəri (s) tanıtmışdır ki, qulaq asmağı bacaran insan idi...


İblis (lən) imanlı şəxsin hansı iki halında onu yolundan azdıra bilir?!


İslam Peyğəmbəri Hz Muhəmməd (s) buyurdular: “Hz Musa ibn İmran (ə) bir yerdə əyləşmişdi ki, İblis (lən) ona tərəf gəldi.
Hz Musa (ə) Şeytandan (lən) soruşdu: Hansı günahdır ki, imanlı şəxsi sənin qarşında məğlub və səni ona qalib edər?!
Şeytan (lən) Hz Musanın (ə) cavabında dedi:
1-Mən imanlı şəxsə o zaman qələbə çalaraq haqq yoldan azdıra bilirəm ki, Öz əmələrini hamının əməllərinə nisbətdə böyük və daha yaxşı hesab edə!
2-Mən imanlı şəxsə o zaman gələbə çala bilirəm ki, kiçik günahlarını dəyərsiz hesab edir və Allahın əzəmətindən günahlarına görə qoruxmayır...


İmam Səccad (ə) oğlu Muhəmməd ibn Əlini (ə) hansı beş dəstə insanlarla dost olmaqdan çəkindirir?!


İmam Saqiq (ə) atasından nəql edir ki, İmam Baqir (ə) buyurdu: “Atam Əli ibn Hüseyn (ə) mənə belə buyurdu:
-Oğlum! Beş dəstə insanlara diqqət et, onlara yaxınlaşma və dost olma! Ərz etdim: Atacan! Onlar kimlərdirlər?! Buyurdu:
1-Yalançılarla dostluq etmə, axar suya bənzəyər ki, uzağı yaxın, yaxını isə səndən uzaqlaşdırar! (Həqiqətləri olduğu kimi göstərməz)
2-Fasiq və pis işlər görmək adəti olandan kənar gəz, çün səni bir tikəyə və ya ondan azına satar!
3-Xəsis insandan ehtiyatlı ol! Çünki sənə ehtiyacın olduğu zaman imkanları ilə kömək verməkdən çəkinərək səni çarəsiz qoyar!
4-Ağılsızlarla dostluq etməkdən uzaqlaş, çünki sənə kömək etmək istədikdə sənə ziyan verər!...


Hansı 4 sifətə malik olan, kamil imanlı və günahdan paklanmış olar?!


Hədislərimiz bizləri həyanın fərdi və ictimai təsirləri ilə tanış etmişdir ki, onlara nəzər salaq:
1. Allah sevgisi. Həzrət Peyğəmbər (s) buyurur: “Allah həyalı, pak ətəkli insanı sevər. Xəcaləti olmayan dilənçiyə nifrət edər”.
2. İffət və pak ətəkli olmaq. İmam Əli (ə) buyurur: “Həyanın səmərəsi – iffətli və pak ətəkli olmaqdır”.
3. Günahların pak olması. İmam Səccad (ə) buyurur: “Dörd şey vardır ki, hər kimdə olarsa, İslamı kamil və günahları pak olar. Allahı ilə o halda görüşər ki, Allah Təala ondan razı olar: O kəs ki, insanların faydasına olan şeyi Allah üçün yerinə yetirər. İnsanlarla danışan zaman doğru danışar. Allahın və insanların yanında çirkin hesab olunan şeylərdən həya edər. Ailəsi ilə xoşrəftar olar”...


Oruc tutan insan, rəftarlarına xüsusi diqqət etməlidir!


Hədislərə nəzər salan zaman görürük ki, oruc tutan bir qadın söyüş söyür və Peyğəmbər (s) buyurur: “Bu qadına yemək verin, yesin”. Qadın Həzrətə (s) deyir ki, mən orucam. Həzrət (s) buyurur: “Necə orucsan ki, söyüş söyürsən? Oruc o demək deyildir ki, kimsə su içməyib, yemək yeməsin. Bəlkə oruc tutanın bütün əza və üzvləri də özü kimi oruc tutmalıdır”. Rəhmət və bərəkət ayı olan Ramazan ayında bütün qəlblər düz və həqiqi yola hidayət olar. Bu, elə aydır ki, bütün qəlblər nurani olar. Ancaq naməhrəmlə söhbət və ya zarafat etmək bu fəziləti azaldır. İnsana bəla nazil edir. Bu bəlanın sayəsində də qəlbərin nuru sönər və zülmətə bürünər.
İmam Əli (ə) buyurur: “Ey Allahın bəndələri! Naməhrəmlə söhbət etmək - bəlanı nazil edər. Qadınlara göz tikmək - qəlblərin görmə nurunu söndürər. Həmçinin gözün ucu ilə (qadına) baxmaq - şeytanın hiyləsindən və tələsindəndir”. Bu, elə bir aydır ki, hətta nəfəslərimiz belə ibadət sayılır. Naməhrəmə baxmaq və ya onunla zarafat etməklə bu müqəddəs fəzanı kirlətmiş olarsan...


Nə edək ki, orucumuz qəbul olsun? Əhli-Beytin (ə) tapşırıqları


Nə edək ki, orucumuz qəbul olsun? Hədislərimizdə oxuyuruq ki, oruc - mühüm bir ibadətdir. Allah dərgahında qəbul olan oruc təkcə gün ərzində ac və susuz qalmaq deyildir. Orucun əsas qəbul olma şərti - bədəni və ruhu günahlardan uzaqda tutmaq deməkdir. İmam Əli (ə) buyurur: “O qədər oruc tutan var ki, aclıqdan başqa faydası yoxdur”.
Həzrət Əli (ə) yenə buyurur: “Nəfsin orucu - beş hiss orqanını günahlardan saxlamaq və qəlbi bütün pisliklərdən boşaltmaq deməkdir”.
Həzrət Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq ki, qeybət və söz gəzdirmək orucu pozar. Haqq sahibi razı olmayınca, namaz və oruc 40 gün qəbul olmaz.
İmam Sadiq (ə) buyurur: “Oruc tutdunsa - gərək gözün, qulağın, dilin də oruc olsun. Gözünüzü harama baxmaqdan, qulağınızı haram eşitməkdən və dilinizi yalan və fəhşadan saxlayın”...


Geri123..44İrəli

© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 .