Salavatdan sonra \"və əccil fəracəhum\" demək nə üçündür?


Adətən Əhli-Beyt davamçıları Peyğəmbər (s) və onun Əhli-Beytinə salavat göndərərkən ardınca \"Və əccil fəracəhum” (Onların zühurunu tezləşdir) deyirlər. Bu ifadə müsəlmanlar üçün sədaqət rəmzidir. Bu ifadəni işlətməklə sanki onlar İmamın (ə.f) dəvətinə \"Ləbbeyk!” deyirlər. Əhli-Beyt (ə) ardıcılları İmamın (ə.f) zühurunun həsrətindədirlər. Aşiqlər hər gün İmamlarının (ə.f) intizarındadırlar. İmamın (ə.f) fərəci üçün dua etmək Şeytanın belini sındıracaq əməllərdən hesab edilir.
Salavatdan sonra \"və əccil fəracəhum” demək İmam Zamana (ə.f) qarşı beyəti təzələmək, verilən əhdin üzərində durmaq, tağut və batilə qarşı nifrət, həqiqət tərəfdarı olmağın nişanəsidir. Bu kəlməni dilə gətirmək zəmanənin İmamının diqqətini cəlb etmək sayılır. Müsəlman kəs Peyğəmbər (s) və Əhli-Beytə salavat göndərərkən bunu uca səslə deməli, aydın şəkildə tələffüz etməlidir. Hədislərdə qeyd olunmuşdur ki, salavatı uca səslə demək insanı münafiqlik kimi sifətlərdən uzaq saxlayır və Şeytanı sarsırdaraq lərzəyə gətirir...


Bu günün işini niyə sabaha saxlamaq olmaz?


Bu günün fürsətlərini əldən vermək – ağılsızlıqdır. Hər kim bu fürsətləri əldən verərsə, yeni fürsətlər əldə etmək ehtimalı azalar. Çünki fürsətlər bulud kimidir, gəlib keçərlər. Onları saxlamaq olmur. Ayətullah Haqşinas buyurur: “Ömrünüzün qalan hissəsini dərk edin. İşlərinizi sabaha saxlamayın. Elə həmin bu gün, bu axşam yerinə yetirin. Mən də gərək keçmişdəkilərimin əvəzini verəm”.
İmam Əli (ə) buyurur: “O şey ki, ömründən qalıbdır – dərk et və demə: “Sabah və birisi gün”. Çünki səndən əvvəlkilər arzularına söykəndikləri, bu gün və sabah dediklərinə görə həlak olublar. Çünki Allahın əmri ilə bu qafillərin ani ölümü gəlib çatıbdır”...


Islam maarifinə əsasən hansı əməllər insan qəlbinə rahatlıq və nuranilik gətirər?!


Qəlb – Allahın məkanıdır və müqəddəs yerdir. İnsan çalışmalıdır ki, bu məkanda Allahdan qeyrisini sakin etməsin. Əgər insanın qəlbi ancaq Allahla olarsa, qəlbini elə nur əhatə edər ki, başqa bədən üzvlərinə də təsir qoyar. Bəs nə edək ki, qəlbimiz həmişə nurani və Allahla olsun? Qəlbi dirçəldən və aydınladan əməlləri yerinə yetirmək. O cümlədən:
1. Alimlərlə ünsiyyətdə olmaq. “Və (Biz) belə məsələləri insanlar üçün çəkirik. Lakin onları alimlərdən başqa heç kim anlamır (və dərinliyinə, həqiqətinə varmır)”. (“Ənkəbut” 43).
2. Dostlarla görüşmək. “Mömin kişilər və möminə qadınlar bir-birlərinin dost, yardımçı və başçılarıdırlar”. (“Tövbə” 71).
3. “Tövhid” (“İxlas”) surəsini çoxlu demək. 2. Az yemək. 3. Alimlərlə yoldaş olmaq. 4. Gecə namazı qılmaq. 5. Namaz qılmaq üçün məscidə getmək.


İnsanın öz adını dəyişməsinə din icazə verirmi?


Ad insanın şəxsiyyətini, kimliyini bəlli edən, onu tanıdan bir əlamətdir. Əvvəla, valideynlər uşağa ad qoyarkən elə etməlidirlər ki, uşaq böyüdükdən sonra öz adından xəcalət çəkməsin. Çox zaman insanlar əcaib və hətta nalayiq ad daşımalarından utanır və öz adlarını dəyişirlər.
Dinimiz adı dəyişdirməyi qadağan etmir. Əgər bir insan könüllü surətdə öz adını dəyişdirmək fikrinə gəlibsə, bu iş icazəlidir. Hətta dinə və əxlaqa zidd olan bir adı daşıyan adamın adını dəyişdirməsi daha yaxşı olar. Lakin layiqli və gözəl bir adı dəyişib, milli-mənəvi, dini-tarixi dəyərlərə zidd olan ad götürmək icazəli deyil...


İslam dininin məsum rəhbərləri saçlara qulluq barədə məsləhətlər veriblər!


Saçla bağlı İslam dinində buyurulanlar --Saç baxımı həm qadınlar, həm də kişilər üçün çox əhəmiyyətlidir. Heç də təsadüfi deyil ki, İslam dininin tanınmış simaları da saçlara qulluq barədə məsləhətlər veriblər. FaktXəbər olaraq bu barədə hədisləri təqdim edirik.
1. İmam Kazim (ə) buyurur: \"Başın tükü uzun olsa, gözün görmə qabiliyyəti zəifləyir və nuru gedir. Saçı qısaltmaq gözü işıqlandırır və onun nurunu artırır\". (“Mustətrəfatus-sərair”, s. 57, hədis 17. “Biharul-ənvar”, c. 76, səh 85, hədis 10)
2. İshaq ibn Əmmar: \"İmam Sadiqə (ə) dedim ki, sənə qurban olum, bəzi vaxtlar boynumun ardının tükləri çoxalır və məni bərk narahat edir. Həzrət buyurdu: \"Ey İshaq! Bilmirsənmi ki, boyunun ardının tüklərini təraş etmək qəmi aradan aparır?\"\". (“Əl-Kafi”, 6, səh. 485, hədis 8)
3. İmam Sadiq (ə): \"Başı əmənkömənçi ilə yumaq (insanı) baş ağrısından amanda saxlayır, yoxsulluğu uzaqlaşdırır və başı kəpəkdən təmizləyir\". (“Səvabul-əmal”, səh. 36, hədis 1. “Biharul-ənvar”, c. 76, səh. 86, hədis 1)...


ŞÜBHƏ VƏ İDDİA -14 : Elm adamlarının çoxu ateistdir və din adamları axmaqdır.


Cavab: Bu iddianın əslində, ciddiyə alınmaması lazımdır amma sıx təkrarlandığı üçün toxunmaq istədim. “Pew Research Center” (Pew Araşdırma Mərkəzi)
araşdırmalarının nəticələrinə görə dünyada: 1. Ateist elm insanları – 41% 2. Tanrı yaxud bir növ üstün gücə inanan elm adamları – 51%-dir.
Yekun olaraq çağdaş elmin ortaya çıxmasına töhfə vermiş adamlarından tut, son yüz il içində Nobel mükafatı alan elm adamlarına qədər inanca sahib elm adamları həmişə olmuşdur. İndi isə məşhur teist alimlərdən bir neçəsinin adını qeyd etmək istəyirəm: 1. Albert Eynşteyn 2. İsaak Nyuton 3. Çarlz Darvin 4. Rene Dekart.............


Şübhə-8 Allah varsa, pisliklər niyə var? Uşaqlar təcavüzə uğrayır? Allah niyə buna qarşı çıxmır?


Cavab: Bu tipli suallar çox sıx rastlanan suallardandır. Qısa cavab vermək lazım gələrsə, Allah bu dünya kimi axirətidə yaradacaq olandır. Bu dünyada edilən pis əməllərin cəzasını Qiyamət saatında verəcək deyə, Allahın bu dünyada pisliklərə yol verməsi, Allahın varlığı iddiasını aradan götürmədiyi üçün boş və mənasız iddiadır. Çünki Allah, bizə pis əməllər etmək üçün seçim haqqı verməklə müstəqil iradəmizi işlətməyimizə icazə vermişdir. Və göndərdiyi dinə uyğun həyat keçirdərək pis əməlləri qadağan, yaxşı əməlləri tövsiyə etməyimizi istəyib...


Şübhə-5: Dini və şəxsi həyatda İnanmaq yox, bilmək istəyirəm?!


Cavab: Ruhların, cinlərin, əxlaqın və gözəlliyin elmi şəkildə isbatı olmaması bunların yoxluğunu qəbul etməyə səbəbiyyət vermədiyi kimi, Allahın varlığınıda elmi şəkildə isbat edə bilməmək, Allahın yox olduğu mənasını vermir. Bu kainatın sonu olmadığı üçün kainatın sonu olmayacağına inanmaq kimidir. Biz √2=1.4 etdiyini təbiətdə nəyəsə baxaraq, müşahidə apararaq yaxud laboratoriyada sınaq keçirdərək sübut edə bilmərik. Bu onda √2=1.4 olmadığı mənasınımı verir bizə? Əlbəttə ki, xeyr.
Enis Doko: “Elm səbəbləndirilmiş inancdır”...


ŞÜbhə-4 Deyək ki, Allah var. Bəs niyə sadəcə bizə görə bu qədər zəhmətə girib bu böyüklükdə kainatı yaratdı?


Cavab: Bunu belə açıqlamaq olar: Günəş işıq saçdığı üçün, günəş adlanır. Yəni Allah ən gözəl yaradılışa sahib olduğu üçün, Allah adlanır.
Məsələn: Bülbül oxusada, oxumasada bülbüldür. Amma oxumağı, onun bülbül olmasına məna gətirir. Yəni Allah, yaratmaq qabiliyyəti olduğu üçün yaradar. Əgər yaratmasa idi, qabiliyyətinin mənası qalmazdı.
Nəticə etibarı ilə deyə bilərik ki, ateistlər irrasional inanclarında təkid edirlərsə, Firon kimi qarşısında əsanı əjdahaya çevirən Musanın təbliği kimi teistlərin açıqlamalarıda faydasızdır. Yəni bütün iddialara cavab verilsə belə, iman gətirməyə qarşı olan zehinə sahib insanın özü bunları görmək istəmirsə, iman gətirməsidə mümkün deyil...


İnsanın zati fəqirliyi nə deməkdir?


Rəhmətlik İmamın (r.ə) “Vədeyi didar” kitabında oğluna yazdığı nəsihətlərin birində oxuyuruq: “Oğlum! Əhməd Xomeyni! Allah hidayətini sənin ruzin qərar versin! Dünya istər əzəli olsun, istərsə də əbədi – hamı fəqirdir. Çünki var olmaq onların zatı deyildir. Əgər fəqir olan bu cahana xitab edərək desən ki: “Ey fəqir varlıqlar! Kim sizin ehtiyacınızı aradan qaldıra bilər?”. Hamısı fitrət dili ilə fəryad çəkərlər: “Biz o mövcuda möhtacıq ki, bizim kimi fəqir deyildir və kamil varlıqdır”. Bu fitrət də onların özündən deyildir.
“(Ya Peyğəmbər!) haqqa tapınaraq ürəyini bu dinə sarı döndər. Allah həmin fitri din əsasında insanları yaratmışdır. Allahın xilqətində əsla bir dəyişiklik ola bilməz (və Onun dinində də olmamalıdır). Sabit və möhkəm olan din – budur. Lakin camaatın əksəriyyəti (bunu) bilmir”. (“Rum” 30).
Tövhid fitrəti Allahdandır və fəqir məxluqlar zatən fəqir və möhtacdırlar. Onların fitrətinin fəqir olması həmişəlikdir. İstər əzəli olsun, istərsə də əbədi. Ondan başqası işləri aça bilməz. Hər kimin camalı və kamalı vardır – özündən deyildir, Ondandır...


Geri123..55İrəli

© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 .