Cəhənnəm əhli qəbirə aparılanda hansı məsələlərdən şikayətlənər?!


\"Biharul-ənvar”ın 3-cü cildində \"Kafi” kitabında nəqlən yazmışlar ki, Həzrət Əliyyibnil Hüseyn əleyhis-salam buyurdu: ...
Cənazəni aparanlara deyir ki, mən sizə şikayət edirəm məni aldadan düşmənimdən ki, məni fəlakət vadisinə atdı. Və mənim dadıma çatmadı; mən şikayət edirəm sizə, məni tək qoyub gedən dost və rifqlərimdən; mən sizə şikayət edirəm, öz malımla, zəhmət və xərcimlə düzəltdiyim evdən ki, hal-hazırda başqası onu tutubdur. Mənimlə mehribançılıq edin, məni qəbrə tərəf aparmaqda tələsməyin.” Zəmrə dedi: Əgər meyyit belə sözləri deyirsə, az qalar ki, cənazəni aparanların çiynindən yerə düşüb qaçsın...


Hansı üç dəstə insanlar qiyamətdə daha çox həsrət çəkəcəklər?!


Qiyamət günü – həsrət günüdür. İnsanların əksər hissəsi həmin günü hansısa əməli yerinə yetirmədiklərinə və ya yerinə yetirdiklərinə görə həsrət çəkəcəklər. Ancaq bu günü ən çox həsrət çəkənlər üç dəstə olacaqdır. Onlarla tanış olaq:
1. O kəs ki, axirətini başqasının dünyası üçün satacaqdır. Həzrət Peyğəmbər (s) buyurur: “Qiyamət günü bütün insanlardan ən peşman olanı o kəsdir ki, axirətini başqasının dünyası üçün satmışdır”.
2. O kəs ki, ədalətdən dəm vurar, ancaq özü ədalətə riayət etməz. İmam Sadiq (ə) buyurur: “Qiyamət günü ən peşman olan şəxs o kəsdir ki, insanlar üçün ədalətdən danışar, ancaq özü başqalarına qarşı ədaləti rəva bilməz”...


Hansı saleh əməllərin nəticəsi insanı qəbirdə qoruyar?! İmam Sadiqin (ə) hədisi


Əbu Bəsir İmam Sadiqdən (ə) nəql edir ki, buyurur: “O zaman ki, möminin cənazəsini qəbrin ortasına qoyarlar, onunla birlikdə qəbrə 6 gözəl sima daxil olar.
Onlardan biri sağ tərəfində dayanar. Biri sol tərəfində dayanar. Üçüncüsü üzü ilə üzbəüz dayanar. Dördüncüsü başının arxasında dayanar.
Beşincisi ayaqlarının yanında dayanar. Onlardan altıncısı ki, hamısından daha gözəldir – başının üstündə dayanar. Bu yolla qəbir sahibini qoruyarlar.
O sima ki, hamısından daha gözəldir, qalan beş simadan soruşar: “Siz kimsiniz? Allah sizə xeyir versin”.
O sima ki, meyitin sağ tərəfində olar – deyər ki, “mən – namazam”...


Behiştin 8 qapısının üzərində nə yazılıb? Hz Peyğəmbərin (s) övladı ölənə nəsihəti


Həzrət Peyğəmbərin (s) bu haqda buyurduqlarına nəzər salmaq üçün hədislərin sorağına gedək. Belə ki, Həzrət (s) nəql edir: “Merac gecəsində məni səmaya aparan zaman mən behişti gördüm ki, 8 qapısı var idi. Hər bir qapısının üstündə dörd kəlmə yazılmışdı ki, hər bir kəlməni bilib əməl edən üçün bütün dünya və onda olanlardan daha yaxşıdır.
1=Birinci qapının üzərinə yazılmışdı:
“Yeganə Allahdan başqası yoxdur və Muhəmməd (s) - Onun rəsulu və Əli (ə) - Allahın yer üzündə olan vəlisidir. Hər bir şeyin yolu və çarəsi vardır. Rahatlığa çatmağın yolu - dörd sifətdir: qənaət, haqq toxumu səpmək, kini tərk etmək, xeyir əhli ilə yoldaş olmaq”...


Axirət aləminə səyahət - Bədənimiz bir pərdədir!


Bədənimiz bir pərdədir - Tamamilə aydındır ki, təbiət aləminin maddi cismi insanın gözünə çökmüş qalın hicab, keçilməz və möhkəm pərdədir. Yalnız ölmək, bu maddi dünyadan çıxmaqlabu pərdə kənara çəkilə bilər və insan bu vaxtadək görmədiklərini görə bilər. \"Sən bundan qafil idin. Artıq bu gün gözündən pərdəni götürdük.
Sən bu gün sərrast görürsən.”
Mən bir halda dünyadan getdim ki, gördüm dayanmı şam və bədənimdəki xəstəlik yox olub, sağlamam. Yaxınlarım cənazəmin ətrafında mənim üçün ağlayır, mən də onlar ağladıqları üçün qəmginəm. Onlara deyirəm ki, \"mən ölməmişəm, xəstəlikdən qurtulmuşam.”Amma kimsə mənim sözlərimə qulaq asmır. Sanki məni görmürlər, səsimi eşitmirlər. Anladım ki, onlar məndən uzaqdırlar...


Qiyamətin Sirat körpüsündən asan keçməyin yolları hansı əməllərdən asılıdır?!


Sirat körpüsündən asan keçməyin yolları:
1. Möminə libas vermək
2. Müsəlman qardaşına borc vermək
3. Xəstəyə qulluq etmək
4. Kamil dəstamaz almaq
5. Məscidə getmək
6. Çörək pulu qazanmaq və öz əl zəhməti ilə dolanmaq...


İnsаn öz ölüm vахtını öyrәnә bilәrmi? Bu haqda Quranın baxışı


Kimlәr öz ölüm vахtlаrındаn хәbәrdаrdır? Ölüm vахtı vә ölüm mәkаnı ilаhi hikmәtә әsаsәn insаnlаrdаn mәхfidir. Bu iş qеybi işlәrdәn sаyılır. Qur`аni-kәrimdә buyurulur: \"Kimsә sаbаh nә еdәcәyini bilmir. Kimsә bilmir ki, ölüm оnа hаrаdа yеtişәcәk. Yаlnız Аllаh öz yаrаtdıqlаrının hәr işini bilir, аlәmin bütün sirlәrindәn аgаhdır.”
Uyğun аyәyә әsаsәn, insаn hаnsı mәkаndа ölәcәyindәn хәbәrsizdir. Аllаh bu işi gizli işlәrdәn qәrаr vеrmişdir. \"Nәhcül-bәlаğә”dә ölüm vахtının mәхfiliyi hаqqındа dеyilir: \"İnsаnın әcәli gizlidir.” Dеmәk, insаnın ölüm vахtı vә ölüm yеri mәхfi işlәrdәndir. İnsаndа bu bаrәdә hеç bir mәlumаt yохdur. Hәzrәt Pеyğәmbәr (s) vә оnun mәsum Әhli-bеytindәn (ә) gәlәcәk vә ölüm vахtı hаqqındа dаnışаn bir çох rәvаyәtlәr nәql оlunmuşdur. Mә`lum оlur ki, pеyğәmbәr vә mә`sum imаmlаr kimi şәхslәr öz ölüm yеrlәri vә ölüm vахtlаrı hаqqındа mә`lumаtlı оlmuşlаr. Bә`zәn bu bаrәdә sәhаbәlәrә dә хәbәrlәr vеrilmişdir. Mәsәlәn, Hәzrәt Әli (ә) Mеysәmә оnun şәhаdәt хәbәrini vеrdi...


Hz Peyğəmbərin (s) hədisinə əsasən hansı üç dəstə insanlar behiştə daxil olmayacaqlar?!


Rəsuli Əkrəm (s) etdiyi sifarişlərindən birində belə buyurur:
Camaatın bir neçə dəstəsi behiştə daxil olmayacaqlar:
1 - Valideyinlərinin tərəfindən nifrətlənən övlad.
2 - Öz ailəsinin (həyat yoldaşının) pis yolda gəzdiyini bilib, yenə onu qəbul edib, onunla birlikdə yaşayan kişi.
3 - Bir də özünə qadın kimi arayiş verib bəzənib-düzənən və ya danışığı, hərəkəti ilə özünü qadına oxşadan kişilər behiştə daxil olmayacaqlar...


İMANSIZ ÖLÜMƏ APARAN GÜNAHLAR HANSILARDIR?!


Müxtəlif Quran ayələrində əməli puç edənlərdən şirk (Allaha şərik qoşmaq) və küfr (Allahı inkar etmək) zikr edildi. Bəs başqa günahlar necə? Onlar da əməlləri puç edirmi? Bəli, bəzi günahlar barədə məxsus rəvayətlər vardır. Məsələn, aqvalideynlik (ata-ananın üzünə qayıtmaq, itaətsizlik etmək) barədə buyurulub: Nida yetişər, ey aqvalideyn, nə etsən də səndən qəbul olunmaz. İnsanın ardınca ananın narazılıq ahı onun dağca əməllərinə od vurar. Digər günahlardan, böhtan imansızlığa səbəb olar. Başqalarının əziyyətinə, incidilməsinə bais olan həsəd də bu günahlardandır.
KÜFRÜN KƏFFARƏSİ İMAN, GÜNAHIN KƏFFARƏSİ TÖVBƏDİR - Kəffarə günahın təirini məhv etmək, örtmək mənasındadır. İmanı qəbul etməklə əvvəlki küfrlərin məhv olacağına şəkk yoxdur...


Qiyamət günü hansı üç günahın üzrü qəbul olunmaz?! İmam Sadiqin (ə) hədisi


İmam Sadiqdən (ə) nəql olunan hədisdə deyilir:
\"Üç şеydә hеç kimdәn üzr qәbul оlunmаz:
1. Әmаnәti qаytаrmаq, istәr sаhibi yахşı, istәr pis insаn оlsun;
2. Әhdә vәfа еtmәk, istәr pis, istәrsә yахşı insаn оlsun;
3. Аtа-аnаyа yахşılıq еtmәk, istәr yахşı, istәr pis insаn оlsunlаr.”


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 .