Romalı xristianın gördüyü yuxuların mənasında İmam Əli (ə) hansı izahatları verdi?!


Roma ölkəsindən olan xristian bir kişi yedi yuxu görür və İmam Əli (ə) bu yuxunu onun üçün yozur və o da təsdiq edir.
Birinci yuxusu. İmam (ə) buyurur: \"Yuxuda görmüsən ki, bir saray səmadan asılmışdır ki, oraya qızıldan kürsülər qoyulmuşdur. Ətrafında kənizlər, nökərlər və mələklər vardır. Bu sarayın ətrafını isə donuzlar və meymunlar tutublar. Yozumu budur ki, o saray axəril-zamanda olan zalım sultanın sarayıdır. İnsanlar zəkat vermədiyinə görə mallarını insanlardan alar. Sultanın ətrafında zalımlar vardır ki, ona zülm etməkdə yardım edərlər\".
İkinci yuxu. İmam (ə) buyurur: \"Görmüsən ki, səmadan yataq asılmışdır. İnsanlar onu parçalayırlar və ondan az bir miqdar qalır. Yozumu budur ki, həmin yataq müxtəlif məzhəblərdirlər ki, axəril-zamanda insanlar ona etiqad bəsləyəcəklər. Məzhəbdən bir şey qalmayacaqdır, məgər bir sap qədər\"...


Kafir və düşmənlərlə, müxalif olanlara birlikdə yaşamaq haqqında məsumlar hansı tapşırıqları buyurmuşlar?!


Bir tacir İmam Sadiq (ə)-ın yanına gəlib ondan soruşur: \"Vaxtaşırı mən kafirlər yaşadıqları ölkələrə səfər etməli oluram. Yoldaşlarım mənə ora getməyi məsləhət görməyirlər və deyirlər ki, əgər bu səfərlərin birində onların yaşadıqları yerlərdə ölərəmsə qiyamət günü məhşərə kafirlər ilə birlikdə daxil olaram. (yəni kafir kimi tanınaram). İmam Sadiq (ə) buyurur: Xeyr! Belə deyildir. Əgər kafirlər yaşadıqları ölkələrin birində ölərsənsə məhşərə onlarla birlikdə yox, tək başına daxil olarsan və üzünün nuru yalnız sənin qarşını ışıqlandırar.” İmam Sadiq (ə)-dan kafir və əhli kitaba dua etmək haqqında soruşduqda buyurur: Əgər onlara dua etmək istəsəniz bunu desəniz kifayətdir: (Barəkəllah fidunyakə) Yəni, Allah dünyanı bərəkətli etsin.
Alimlərdən bəziləri belə bir fikirdədilər ki, zərdüşlər, əhli kitab və digər kafirlər ilə əl-ələ görüşdükdən sonra əllər yuyulmalıdır (və ya su tapılmadıqda torpaq ilə təyəmmüm etməlidir)...


Sual: Görəsən, şiəlik Peyğəmbər(s) zamanında yaranmışdırmı?


Peyğəmbər (s) zamanında şiəliyin yaranması: Cavab: Peyğəmbər (s) zamanında səhabələrdən bir qrupu İmamətlə bağlı ayə və rəvayətleri eşitdikləri üçün, Peyğəmbərdən (s) sonra həzrət Elinin (ə) canişin olması məsələsinə iman getirmiş və onun İmamət və rəhbərliyini qəbul etmişdilər. Onların həzrət Əliyə (ə) böyük ehtiram və məhəbbəti vardı. Səhabələrdən olan həmin qrup hələ Peyğembər (s) zamanında \"İmam Əlinin (ə) şiələri” adı ilə tanınırdı. Bu barədə əhli - sünnədən də çoxlu rəvayətlər nəql edilmişdir və hazırda onların bir qismini sizin nəzərinizə çatdırırıq:
1. Əbu Hatəm Razi belə nəql edir:
\"Peyğember (s) zamanında meydana çıxan ilk ləqəb və söz \"şiə” sözü idi. Bu ləqəb səhabələrdən dörd nəfərə verilmişdi. Həmin səhabələr bunlardır: Əbuzər, Salman, Miqdad və Əmmar.” (Əbi Hatəm Razi, \"Hazirul-alimil-islamiyy”, c.10, səh. 188)
2. İban Xaldun belə yazır: \"Səhabələrin bir qismi həzrət Əlinin (ə) şiələri idi və onlar həzrət Əlini (ə) xilafətə digər xəlifələrdən daha ləyaqətli hesab edirdilər.” (\"Tarixə İbn Xaldun”, c.3, səh. 364)...


Son din olan İslam sevgini dinimizdə necə təsvir edir?!


Yaradan sevir və Onu sevənlərin sevgi hekayələrini Öz müqəddəs Kitabında anaraq gələcək məzunlara nümunə göstərir:
Sevgi - Həzrəti Nuh kimi tufan qarşısına iman çıxarmaqdı.
Sevgi - Həzrəti İbrahim kimi can, mal, övlad fəda etməkdi.
Qurban vermənin ən uca zirvəsinə yüksələ bilməkdi.
Sevgi - Atəşə atılmağı bacarmaqdı. Yanmamaq üçün deyil, yanmaq üçün atəşə könüllü girməkdir.
Sevgi, - Atəş qarşısına İMAN çıxartmaqdı.
Sevgi - Həzrəti İsmayıl kimi Canana can fəda etmək cəsarətdir.
Sevgi - Zəm-zəminə qovuşmaq üçün Həzrəti Həcər kimi təslim olmaqdı. Səfa ilə Mərva arasında qaçışdır...


Allahın insan həyatında varlığını necə izah edə bilərik?!


Kim Allahı görmək istəsə, Allah da onu görmək istəyər.
Allah buyurdu: \"Kim mənə iman gətirsə, onun imanını kamilləşdirərəm. Əgər məni yada salarsa, onunla yaxın olaram\".
Böyük Tanrı buyurdu: \"Bir xeyir iş görən adamın adına on xeyir iş yazacağam\". Hər belə insana istədiyim təqdirdə bundan da artıq bağışlayaram. Pis iş görən şəxsin əməlinin cəzası günahı qədər olacaqdır, ya da mən onu bağışlayacağam. Kim ki, bir qarış mənə yaxınlaşsa, mən ona bir dirsək yaxınlaşacağam. Bir dirsək mənə yaxınlaşana isə iki dirsəkdən artıq yaxınlaşacağam.
Hər kəs mənim tərəfimə bir addım mənim tərəfimə bir addım atarsa, mən ona tərəf qaçacağam. Hər kəs günahla dolu yerdən keçib mənim tərəfimə gəlsə və mənə tam sürətdə iman gətirsə, mən o yer qədər böyük bir bəxşişlə ona yaxınlaşacağam...


Həzrəti Peyğəmbər (s) Allah-Təalanın (c.c) bəndələrinə olan məhəbbətini səhabəsinə necə izah edir?!


Bir kişi mərhəmətli Həzrəti Məhəmmədin (s) hüzuruna gəlib dedi: \" Ey Allahin elçisi meşədən keçəndə quş balalarının səsini eşitdim.Onları götürüb,xurcuna qoydum.Ana quş başımın üstündə qanad çalanda xurcunu açıb, balalarını ona göstərdim.O balalarının yanına qondu üstünə qanadlarını açdı.Yenidən xurcunun ağzını bağlayıb bura gətirdim.\"
Məhəmməd Peyğəmbər dedi: \"Xurcunu yerinə qoy ,ağzını aç !\"
Kişi peyğəmbərin sözünə əməl etdi.Quşun balalarını əvvəlki yerinə qaytardı və analarını da yanına buraxdı.Ana quş balalarına qovuşdu.Məhəmməd Peyğəmbər buyurdu:
\"Ananın balalarına olan məhəbbət və eşqindən razısanmı? And olsun məni peyğəmbər göndərənə, Allahın öz məxluqatına olan məhəbbəti ananın balalarına olan məhəbbətindən daha çoxdur.\"


Dünya yaradılışıından bu günədək ata-anası olmadan dünyaya gələn 6 məxluq nələrdir?!


Bir gün Hz.Məhəmməd (s) belə bir sual verirlər: Ya Peyğembər! Deyin görək hansı məxluqlar və nələr anası və atası olmadan dünyaya gəlib? —Peyğəmbər (s) bu suala belə cavab verdi:- Bu dünyada ata və anası olmadan dünyaya gələn altı məxluq var.
Bunlardan birincisi Adəm Peyğəmbərdir… Allah Təala onu torpaqdan xəlq edərək xəmirini özü yoğurmuşdur. Yaratdığı cansız bədəninə ruh əta etmişdir.
İkinci ata və anası olmayan məxluq Həvvadır. Adəm Peyğəmbər tənhalıqdan sıxılır və Rəbbimiz ona bir yoldaş yaradır. Cəbrayilə əmr edir ki, Adəmin artıq qalan torpağından həvvanı yaradır, ruh, nəfəs verərək onu Adəm əleyhisalama həyat yoldaşı olması qərarını verir...


Allah-Təlanın (c.c) 99 adı və mənaları...


1. ALLAH(c.c) - Cənabi haqqın özəl adıdır
2. RƏHMAN - dünyaya, hamıya rəhm edən, acıyan
3. RƏHİM - axirətdə möminlərə rəhmət edən
4. MƏLİK - mülkü davamlı olan
5. QUDDUS - hər eyb və qüsurlardan uzaq
6. SƏLAM - salamətlik verən
7. MUMİN - əmin-amanlıq verən
8. MUHEYMİN - həmişəlik hamıya himayəlik edən...


Quran və hədislərdə gələn Allahın qəzəbi deyildikdə necə başa düşmək olar?!


Allahın qəzəbi belə deyildir ki, qəzəblənib hirslənsin. Allah Öz qəzəbi barəsində belə buyurur: “Sizə verdiyimiz pak (maddi və mənəvi) ruzilərdən bəhrələnin və həmin istifadədə (şəriət və ağılın buyurduğu) həddi aşmayın ki, (əgər aşsanız) sizə Mənim qəzəbim nazil olacaqdır. Mənim qəzəbim kimə nazil olubsa, o mütləq həlakət burulğanına düşmüşdür”. (“Taha” 81). Allahın qəzəblənməsinə səbəb olan bizik və bizim əməllərimizdir. Allahın qəzəbi dedikdə o nəzərdə tutulur ki, insan Allahdan uzaqlaşır.
Əslində Allah heç bir zaman bizə qəzəblənmir. Biz özümüz Ondan əməllərimizə görə uzaqlaşırıq və bu uzaqlaşmağa da Allahın qəzəbi deyirlər.
Bəzi əməllər vardır ki, Allahın qəzəbini daha da fəal edər. Bu əməllər işə tanış olaq:
1. Allahdan ümidsiz olmaq. O əməl ki, bizi Allahdan uzaqlaşdırar, yəni Onu qəzəbləndirər, Allahın rəhmətindən ümidsiz olmağımızdır. İnsan deyər ki, mən günah etmişəm, ancaq Allah məni bağışlamaz. Allah rəhmət qapısını mənim üzümə bağlamışdır. Bu əməl Allahın qəzəbini şiddətləndirər...


İslam maarifində \"Аllаhın gözәlliyi” vә \"Оnunlа görüş” ifаdәlәri nә мәnа dаşıyır?


Cаvаb: Qurаni-kәriмdә vә dini rәhbәrlәrin buyuruqlаrındа bәzәn Аllаh hаqqındа еlә tәbirlә rаstlаşırıq ki, bu tәbirlәr insаnın zеhnindә Аllаhın cisiм оlмаsı tәsәvvürünü yаrаdır. Мәsәlәn, \"Аllаh sizin işlәrinizi görür” vә s. hаnsı ki, Аllаh-tәаlаnın cisмә аid хüsusiyyәtlәrdәn uzаq оlduğunа әмinik. Dемәk, uyğun tәbirlәrә мünаsibәtdә diqqәtli оlмаlı, оnlаrın мәcаzi мәnаlаrını dәqiqlәşdirмәk lаzıмdır. İslам tаriхindә \"мücәssәмә” аdlаndırılмış firqәlәr hаqqındа мәluмаtlаr vаrdır. Bu firqәlәrin аdındаn göründüyü kiмi, оnlаr Аllаhın cisiм оlduğunu iddiа еtмişlәr. Bеlә bir әqidәnin yаrаnмаsının әsаs sәbәbi yuхаrıdа мisаl çәkdiyiмiz аyә vә rәvаyәtlәrin düzgün dәrk оlunмамаsıdır. Hаnsı ki, Аllаh-tәаlаnın cisiм оlмаdığını аçıq-аşkаr bildirәn аyә vә rәvаyәtlәr kifаyәt qәdәrdir. Bu аyә vә rәvаyәtlәrdә Аllаhın cisiм оlмаdığı, оnun мüqәddәs zаtının охşаrsızlığı bildirilir. Аydın оlur ki, Аllаhın görüb-еşitмәsini bәyаn еdәn аyәlәrdә gözlә görмәk, qulаqlа еşitмәk nәzәrdә tutulмur. Мüqәddәs buyuruqlаrdа \"görмәk, еşitмәk” ifаdәlәri мәcаzi мәnа dаşıyır...


Geri123..13İrəli

© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 .