İslam maarifinə görə kimlərin qarşısında təvazökarlıq zəruridir?


Kimlər qarşısında təvazökarlıq etməliyik:
1. Sübhan Allahın qarşısında. “Şübhəsiz, iman gətirib yaxşı işlər görən və öz Rəbblərinə inamla könül verən kəslər – cənnət əhlidirlər və orada əbədi qalacaqlar”. (“Hud” 23). Onlar iman gətirib, saleh əməllər görərək, Allah qarşısında təvazökarlıq ediblər.

2. Möminlərin qarşısında təvazökarlıq etmək. “Öz təvazökarlıq qanadını möminlər(in üstün)ə sər”. (“Hicr” 88).

3. Yoxsullar qarşısında. “Rəbblərinin razılığını qazanmaq və Ona yaxınlaşmaq istəyərək, səhər-axşam Onu çağıranları öz yanından qovma!”. (“Ənam” 52).

4. Valideyn qarşısında. “Və mehribanlıq üzündən onların qarşısında təvazökarlıq və kiçiklik qanadı sal (təvazökarlıq göstər) və «ey Rəbbim, körpəlikdə məni (rəhmət üzündən) tərbiyə etmələrinin müqabilində onların hər ikisinə rəhm et» de!”. (“İsra” 24).

5. Müəllim qarşısında. “Musa ona dedi: «(İcazə verirsən) öyrədildiyin həqiqətə istiqamətləndirmə elmlərindən mənə (də) öyrətməyin məqsədi ilə sənə tabe olum?»”. (“Kəhf” 66).

Beləliklə deyə bilərik ki, təvazökarlıq – bizi Allaha yaxınlaşdıran, dünya və axirət səadətimizə səbəb olan gözəl əxlaqi sifətlərdəndir. Təvazökarlıq təkəbbür sifətinin əksidir və insan əgər bu gözəl sifətə yiyələnə bilərsə, İlahi qürb məqamına yaxınlaşar və insanların sevimlisi olar./ahliman.info


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter