Allah Öz ruhundan üfürdü – nə deməkdir?


Bu ruh Həzrət Adəmdə (ə) olmuşdur. Bu ruh haqqında nəzərlər müxtəlifdir.

Əbu Bəsir nəql edir ki, İmam Sadiqin (ə) yanında idim və söhbət Qədr gecəsində ruhun nazil olmasından düşdü. Soruşdum: “Qurbanın olum, məgər ruh – Cəbrayildir?”.

Həzrət (ə) buyurdu: “Cəbrayil (ə) – mələkdir, ruh isə mələkdən də böyük varlıqdır”.



İmam Sadiq (ə) başqa yerdə buyurur: “Peyğəmbərlərdə və vəsilərdə beş ruh vardır: bədən ruhu, ruhul-qudus, ruhul-qüvvə, ruhu-şəhvət, ruhu-iman.

Möminlərdə dörd ruh vardır ki, ruhul-qudus yoxdur.

Kafirlərdə üç ruh vardır: bədən ruhu, şəhvət ruhu və qüvvət ruhu.

İman ruhu bədənlə o zamana qədər olar ki, insan kəbirə günahı etməmiş olsun. O zaman ki, kəbirəni yerinə yetirər, ruh ondan ayrılar.

Ancaq əgər ruhul-qudus hər kəsdə olsaydı, heç bir zaman kəbirə günah yerinə yetirməzdilər”.

Beləliklə aydın olur ki, Allahın Öz ruhu dedikdə məhz ruhul-qudus nəzərdə tutulmuşdur ki, bu ruh da ancaq peyğəmbərlərdə və onlarınvəsilərində olur. Onlar isə heç bir zaman cəhənnəmə düşmürlər./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter