Hz Əli (ə) insanlar üç cürədirlər... Ağıllı, axmaq və dinsiz


◘Həzrət Əli (ə) buyurur: «İnsanlar üç cürdür; ağıllı, axmaq və dinsiz.

Ağıllı insanın ayini din, xasiyyət və təbiəti mülayim, fitrəti isə rəydir. (Zahirən, məqsəd budur ki, işlərində məqsədyönlü fikrə və səhih rəyə malikdir.) Əgər soruşsalar cavab verər. Elə ki, ağzını açar düz söz deyər, qulaq asan zaman başa düşər. Söz danışanda yalan danışmaz. Ona arxayın olana xəyanət etməz.

Lakin axmağa xeyirli bir iş təklif etsələr diqqət yetirməz, yaxşı iş göstərsələr tərk edər. Onu cahil-cahil işlərə dəvət etsələr qəbul edər. Danışanda yalan danışar, sözü düz başa düşməz, dərk etsə də diqqət yetirməz.

Dinsiz insan isə əmanətə xəyanət edər. Ləyaqətsiz işləri sevir. Ona etibar edən şəxsdən ötrü xeyirxah niyyəti olmaz.»


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter