Qurani-Kərimə iman gətirməkdə insanlar 4 dəstəyə bölünürlər?!


İmam Sadiq (ə) insanın bu cür, ümumi mənəvi vəziyyətini dörd halda cəmləyir və bu vəziyyəti Quranla birləşdirərək buyurur:

“İnsanlar dörd qismdirlər:

1-İmanı olanlar, lakin Qurandan nəsibi olmayanlar.
(Bu qism insanların imanı vardır, lakin Allahın kitabından məlumatları yoxdur. Yaxud Kitabdan əldə etdib, bəhrə aparmaqları yoxdur, yaxud iman var Qurana uyğun əməl yox. Halbu ki, Quran müttəqiləri, təqva əhlini hidayət edən kitabdır. Bunlar dadı şırın, lakin gözəl ətri olmayan meyvəyə bənzərlər.)

2-Qurandan nəsibi (bildikləri) vardır, lakin imanı olmayanlar.
(Bunlar qəlblərində iman olmayan, lakin Allahın kitabını gözəl bilənlərdir. Bu kimi insanlar adətən mübahisə, cədəl etmək üçün öyrənərlər.
Yaxud belə də demək olar ki, əməlləri yaxşı, Qurana yuğun, lakin əqidələri Qurana zidd olanlar. Bunlar ətri olan, lakın dadı acı meyvə kimidir.)



3-Qurandan nəsibi (biliyi) olan, həm də imanı olanlar.
( Bunlar Allahın hidayət nəsib etdiyi insanlardır. Əməl və rəftarı Qurana uyğun olan, əqidəsi düzgün olanlar. Allaha etiqadı olanlar. Bu kimi insanlar dadı və ətri gözəl meyvəyə bənzər. Ənrafına gözəl ətir, nur saçar. Əqidə və əməli gözəl olanlar.)

4-Nə imanı, nə də Qurandan payı olmayanlar.
(Bu kimi insanların imanı olmaz. Həmçinin iş və əməlləri də Quranın buyurduğları ilə uyğun olmaz. Yəni camaata, insanlığa, varlığa xeyirli olmaz. Əqidələri çürük, əməlləri zay olanlar. Bunlar bunlar insanda heç bir xoş təəssürat yaratmayan bitkiyə bənzər.)
(İləuş-şərae 1/233) (Bihar 46/255)/islaminsesi.




© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter